31 Mart   Soyqırımı BSU-da yad edilib

 

Bakı Slavyan Universitetində (BSU) 1918-ci il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günün 98-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

 

BSU-dan 525.az-a verilən məlumata görə, tədbir soyqırımı ilə bağlı qısametrajlı filmin nümayişi ilə başlayıb, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərasimi açan BSU-nun rektoru, professor Asif Hacıyev azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə məruz qaldığını vurğulayıb.

 

Rektor qeyd edib ki, faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyada sivil insanlara qarşı yönəlmiş genosiddir. Heydər Əliyev tərəfindən soyqırıma dövlət səviyyəsində siyasi hüquqi qiymət verildiyini deyən Asif Hacıyev 31 Mart soyqırımının dünya arenasında lazımi səviyyədə tanınacağını əminliklə bildirib.

 

Tədbirdə çıxış edən Azəbaycan Respublikası Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının Sosial şöbəsinin rəisi, polkovnik Kamal Əliyev, Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, BSU-nun Azərbaycanşünaslıq tədris mdəniyyət mərkəzinin dosenti Sadir Məmmədov BSU-nun magistrantı Səməndər Həsənov qırğınların heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd ediblər.

 

Çıxışçılar bildiriblər ki, bu faciə barədə məlumatları həm dünya dövlətlərinə, xalqlarına, həm də Azərbaycan gənclərinə çatdırmaq hər bir azərbaycanlının borcudur.

 

525-ci qəzet.- 2016.- 1 aprel.- S.4