ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

 

PREZİDENT İLHAM ƏLİYEVİN VAŞİNQTON SƏFƏRİ AZƏRBAYCANIN DÜNYA BİRLİYİ ÜÇÜN ƏHƏMİYYƏTLİ BİR ÖLKƏ OLDUĞUNU ORTAYA QOYUB

 

Martın 30-da Vaşinqtona səfər edən Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində artıq bir neçə görüş keçirib.

 

Xüsusi diqqət çəkən görüşlərdən biri dövlət katibi Con Kerri ilə olub. Görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələr, strateji tərəfdaşlıq münasibətlərinin inkişaf məsələlərinə xüsusi toxunulub. Con Kerri rəsmi Vaşinqtonun Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirdiyini bildirib.

 

Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması ABŞ-ın Azərbaycanın dünyada artan nüfuzuna beynəlxalq münasibətlər sistemində yerinə verdiyi əhəmiyyətlə yanaşı, həm iki ölkə arasında inkişaf edən dostluq tərəfdaşlığın təzahürüdür.

 

Prezident İlham Əliyevin ABŞ dövlət katibi C.Kerri ilə görüşündə ifadə olunan fikirlər, səmimiyyət ölkələr arasında qarşılıqlı etimad mühitinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu açıq şəkildə göstərib.

 

C.Kerri Prezident İlham Əliyevə Azərbaycanın iqtisadi imkanlarının, eləcə regional təhlükəsizlik münasibətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətinə bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürünü bildirib. Dövlət katibi iki ölkə arasında bir çox sahələri əhatə edən üzərində birgə aparılan qarşılıqlı maraqların olduğunu xüsusi qeyd edib. Amerikalı diplomat sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana minnətdarlığını ifadə edib. Həmçinin C.Kerri "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında Azərbaycanın liderliyini yüksək qiymətləndirib, Avropanın uzunmüddətli strateji maraqlarının təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi üçün layihənin ciddi addım olduğunu vurğulayıb.

 

Dövlət katibi ABŞ-ın Dağlıq Qarabağ probleminin tezliklə öz həllini tapmasını istədiyini deyib.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırıb. Bu da fəal iqtisadi əməkdaşlığın nümunəsi kimi səciyyələndirilməlidir.

 

Azərbaycanın liderliyi ABŞ-ın fəal dəstəyi ilə ilk dəfə Xəzər Aralıq dənizlərini bir-biri ilə birləşdirən Bakı-Tbilisi Ceyhan neft Bakı-Tbilisi qaz boru kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələr həyata keçirilib.

 

Azərbaycan rəhbərliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə bütün iştirakçı tərəflərə fayda verən bir layihədir. İki ölkə regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, hərbçilərimiz NATO qoşunları ilə birlikdə bu ölkədə davamlı sülhün təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər.

 

Ümumilikdə, belə nəticəyə gəlmək olar ki, Prezident İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri, ticarət naziri Penni Pritzker digər şəxslərlə görüşü, aparılmış müzakirələr iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaq.

 

Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqton sammitində iştirakı yerli ekspertlər tərəfindən mühüm hadisə kimi qiymətləndirilib. Politoloqların gəldiyi qənaətə görə, prezident İlham Əliyevin bu mötəbər tədbirə dəvət alması Azərbaycanın regionda artan gücünün, qlobal proseslərdə oynadığı əhəmiyyətli rolun göstəricisidir.

 

Məsələ ilə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin bu cür mötəbər tədbirdə iştirak etməsi xüsusi dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu, Azərbaycanın regional aktyor kimi böyük əhəmiyyətə malik olduğunu göstərir: "Bu, həm beynəlxalq məsələlərdə dövlətimizin oynadığı önəmli rolu özündə ehtiva edir".

 

E.Mirzəbəyli qeyd edib ki, prezident İlham Əliyevin ABŞ-da keçirdiyi görüşlər, o cümlədən, dövlət katibi Con Kerri ilə apardığı danışıqlarda səslənən fikirlər Azərbaycanın bütövlükdə dünya birliyi, eyni zamanda, ABŞ üçün əhəmiyyətli bir ölkə olduğunu ortaya qoyub: "Con Kerri ilə görüşdə Azərbaycanın bir çox məsələlərdə ABŞ-la ortaq mövqedən çıxış etdiyi bildirilib, xüsusilə terrorizmlə mübarizədə ölkəmizin əhəmiyyətli rolu oynadığı vurğulanıb. Bunlar çox önəmli faktorlardır. Digər tərəfdən, belə bir mötəbər tədbirdə Azərbaycanla bağlı həqiqətlərin səslənməsi ölkəmizə əlavə bir tribunanın verilməsinə imkan yaradır. Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev keçirdiyi bütün görüşlərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını xüsusi olaraq vurğulayır. Azərbaycan bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu qənaətindədir".

 

Politoloq vurğulayıb ki, bu səfər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həlli istiqamətinə aparılan fəaliyyətin intensivləşməsinə təkan verəcək.

 

Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşü istər regional münaqişələrin həllinə, istərsə meqalayihələrin həyata keçirilməsinə mühüm töhfə verə bilər. Onun sözlərinə görə, iki ölkə arasında aparılan danışıqlar, xüsusilə  Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilər: "Çünki regional iqtisadi layihələrin həyata keçirilməsində əsas məsələ məhz təhlükəsizlik məsələsidir. Buna mane olan ən böyük problem məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir".

 

A.Nağıyev qeyd edib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətlərdə daima inkişaf olub: "Düşünürəm ki, bundan sonra da olacaq. Təbii ki, anti-Azərbaycan qüvvələri daim olub olacaq. İlk növbədə, bu Ermənistana onun havadarlarına şamil edilir. Yəni, Azərbaycan istər daxildə, istərsə xaricdə dini dəyərlərə, tolerantlığa hörmətlə yanaşmaqla bərabər öz dünyəviliyinə, insan haqlarının qorunması məsələsinə sadiqdir. Dövlətimiz bu istiqamətdə öz müstəqil siyasətini yürüdür. Bütün bunlar Azərbaycanda islahatlar prosesinin sürətlənməsinə zəmin yaradır".

 

Yeni Azərbaycan Partiyasının Siyasi təhlil proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə hesab edir ki, Prezident İlham Əliyevin ABŞ-da keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzdan xəbər verir. O "Trend"ə bildirib ki, Prezident İlham Əliyevin bu sammitə məhz ABŞ Prezidenti tərəfindən dəvət edilməsi Azərbaycanın dövlətçiliyinə verilən qiymətdir: "Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Prezidentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir".

 

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sammitə dəvət edilməsi ilə Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq aləmdə nüfuza malik olduğunu bir daha təsdiq edib.

 

A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın bu sammitə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı anti-Azərbaycan kampaniyasına Evin qəti mövqeyini göstərir.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, Prezidentin ABŞ səfəri Azərbaycan üçün olduqca vacibdir: "Azərbaycanın potensiallı ölkə kimi dünyanın güclü dövlətləri, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə əlaqələrini genişləndirməsi müsbət hal kimi dəyərləndirilir. Azərbaycanla ABŞ-ı həm strateji, həm də iqtisadi maraqlar birləşdirir ki, bu da bölgənin təhlükəsizliyi məsələsində öz müsbət rolunu oynamaqdadır. Enerji layihələrində aparılan işlərin də böyük əksəriyyətinin ABŞ tərəfindən dəstəklənməsi dövlətimiz üçün vacib amildir. Ona görə də, Azərbaycan bu əlaqələrin geniş müstəvidə inkişaf etdirilməsində maraqlıdır. Məlumdur ki, Azərbaycan ABŞ-la regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdır. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz dəstəyini verir. ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında öz fəaliyyətinə yenidən nəzər salacağı da səfər çərçivəsində söylənən fikirlərdən açıq şəkildə sezilir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlətimiz apardığı düzgün xarici siyasətlə dünya arenasında yerinirolunu möhkəmləndirməyə nail olur".

 

Deputat Bəxtiyar Əliyev isə "Trend"ə bildirib ki, Azərbaycan bu gün nəinki regionda, hətta dünyada ciddi bir partnyor kimi qəbul edilən ölkədir: "Bu həm də onun göstəricisidir ki, sülhün, sabitliyin qorunmasında, dünyada enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu böyük və əhəmiyyətlidir. Azərbaycanda gedən yüksək iqtisadi inkişaf, demokratik proseslər ölkəni dünyada əhəmiyyətli bir dövlətə çevirib".

 

B.Əliyev qeyd edib ki, bu gün Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında strateji, qarşılıqlı əməkdaşlıq səviyyəsində münasibətlər qurulur: "Hesab edirəm ki, dövlət başçısının bu səfəri qarşılıqlı münasibətlərə, Azərbaycanın regionda önəmli roluna öz müsbət təsirini göstərəcək".

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 1 aprel.- S.3