Bilik FonduAzərbaycan multikulturalizminin qaynaqlarıkitabı təqdim edildi

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər Universitetində Bakı Beynəlxalq Multikulturalizm MərkəzininAzərbaycan multikulturalizminin qaynaqlarıseriyasından akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyiAzərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarıkitabının təqdimatı keçirilib.

 

Fonddan 525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor, fəlsəfə doktoru Həsən NiknafsMultikulturalizm ili”ndə xalqın həyat tərzinə çevrilmiş dövlət siyasəti kimi qəbul edilən çoxmədəniyyətliliyin tədqiqi təbliğinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini Bilik Fondunun bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun həyata keçirdiyi layihələr barədə məlumat verərək, 2016-cı ilinMultikulturalizm ilielan edilməsinə dair ölkə rəhbəri tərəfindən təsdiqlənmiş Tədbirlər Planının icrası ilə bağlı Fondun qarşısında duran vəzifələr, universitet müəllimlərinin lektoriyalarda tələbələrin layihələrdə iştirakı imkanlarından söz açıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün NağısoyluAzərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarıkitabını auditoriyaya təqdim edərək, nəşrin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında, əsrlər boyu milli ədəbiyyatımızda dolğun əksini tapmış çoxmədəniyyətlilik prinsiplərinin geniş təbliğ olunmasında mühüm rol oynayacağına əmin olduğunu bildirib.

 

Auditoriyanın suallarını cavablandıran qonaqlar “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını universitet kitabxanasına hədiyyə ediblər.

 

525-ci qəzet.- 2016.- 6 aprel.- S.2.