7 Aprel Ümumdünya Sağlamlıq Günüdür

 

 

1948-ci ilin aprelin 7-si Birləşmiş Millətlər Təşkilatının (BMT) ən mühüm qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nizamnaməsinin qüvvəyə mindiyi gündür.

 

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Məqsəd, dünyanın bütün ölkələrinin dövlət hökumət rəhbərlərinin, səhiyyə sisteminin, ictimaiyyətin, özəl sektorun, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin diqqətini insan sağlamlığının qorunmasına, gələcək nəslin sağlam gümrah böyüməsi kimi bəşəri bir amilə yönəltməkdir. Bu günün keçirilməsində maraqlı bir cəhətdə odur ki, hər dəfə insan sağlamlığına problem yaradan bir məsələ xüsusi qabardılır bu problem Ümumdünya Sağlamlıq gününün mövzusu kimi tövsiyə edilir. ÜST bu ilin Ümumdünya  Sağlamlıq gününün mövzusu diabet kimi ən ciddi bir problemə həsr edib. Beynəlxalq Diabet Federasiyasının (BDF) məlumatına görə, hazırda 400 milyondan çox insan diabetdən əziyyət çəkir, 20 ildən sonra isə onların sayının iki dəfə artacağı gözlənilir. Xeyli miqdarda insan isə bu xəstəliyi daşıdığı halda ondan xəbərsizdir. Bu məkrli xəstəlikdən hər səkkiz saniyədə bir nəfər, il ərzində isə 4 milyon adam dünyasını dəyişir. Diabet əlilliyə gətirən əsas xəstəliklərdən biridir. Xəstəliyin ağırlaşmasında ürək-damar xəstəliyi, ağır böyrək xəstəliyi aşağı ətrafların amputasiyası kimi kəsgin fəsadlar qaçılmazdı. Azərbaycan Respublikası Əmək Sosil Müdafiə Nazirliyinin verdiyi məlumata görə, şəkərli diabetin fəsadları nəticəsində 11 min nəfərdən çox adam əlil olub.

 

BMT-nin Baş Assambleyasının diabet üzrə 20 dekabr 2006-cı il tarixində qəbul etdiyi Qətnamədə deyilir: "Diabet xroniki, üzücü, böyük xərclər tələb edən ağır fəsadlarla müşahidə edilən xəstəlik olmaqla, dünya dövlətlərinə, onların iqtisadiyyatına, əhaliyə böyük təhlükə yaradır". BDF-in hesablarına görə, dünyada səhiyyəyə ayrılan xərclərin 12 faizdən çoxu diabetə sərf olunur. 2030-cu ilə kimi diabetə ayrılacaq vəsaitin məbləği isə 500 milyard ABŞ dollarını ötəcəyi gözlənilir.

 

Göründüyü kimi bu xəstəliyin belə surətlə artımı bütün dünya ölkələri, xüsusi ilə iqtisadiyyatı aşağı səviyyədə olan ölkələr üçün çox ciddi təhlükələr yaradır. Diabetin sürətli epidemiyası respublikamızdan da yan keçməyib. Hazırda Azərbaycanda 210.0 min nəfər şəkərli diabetlə (ŞD) insan qeydiyyatdadır, onlardan uşaq yeniyetmələrin sayı - 1234 nəfər, I-ci tip ŞD - 20270 nəfər II-ci tip ŞD- 189107 nəfərdir.

 

Respublikamızda diabetin problemlərinə böyük diqqət yetirilir. MDB ölkələri arasında ilk olaraq diabetlə bağlı Qanun Azərbaycanda qəbul edilmişdir (2003-cü il, 23 dekabr). Bu Qanun əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti diabet üzrə bir neçə Dövlət Proqramı qəbul edib.

 

Dünyanı bürümüş iqtisadi böhranın nəticələri şübhəsiz ki, respublikamızın iqtisadi inkişafına da təsirsiz ötüşməyib. Buna baxmayaraq ölkə başçısı İlham Əliyevin sosial sahələrin dayanıqlı təminatına olan daimi diqqəti nəticəsində səhiyyə sahəsində olan Dövlət Proqramının, o cümlədən, diabet üzrə Proqramının vaxtında qəbul edilməsi ŞD xəstələrinin dövlət qayğısından əvvəllərdə olduğu kimi yenə bəhrələnəcəklərinə bariz sübutdur. Nazirlər Kabineti 28.01.2016-cı il tarixində "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"-nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu, diabet üzrə üçüncü Dövlət Proqramıdır. Bu Proqramların icrası üçün hər il dövlət büdcəsindən ünvanlı olaraq vəsait ayrılıb. 2016-cı ilin dövlət büdcəsində Dövlət Proqramının icrasına yönələn maliyyə vəsaiti 40.1 milyon manat nəzərdə tutulub. Dövlət Proqramının icrasına ayrılan vəsaitin bütünlüklə Səhiyyə Nazirliyinin mərkəzləşdirilmiş xərclər üzrə ayrılması  respublikanın bütün şəhər rayonlarında qeydiyyatda duran ŞD xəstələrinin insulin şəkərsalıcı dərmanlarla təmin edilməsində dönüş yaradıb. ŞD xəstə uşaqlar üçün 90 ədəd insulin pompası alınaraq onlara paylanıb.

 

ŞD xəstələrinin müalicəsində ən mühüm cəhətlərdən biri xəstənin özünün gündəlik vəziyyətinə şəxsi nəzarət etməsidir. Bunun üçün ŞD xəstəliyinin idarə edilməsi xüsusilə özünənəzarət haqqında məlumatının olması ona riayət etməsi ən mühüm vəzifələrdən biridir.

 

Azərbaycan Diabet Cəmiyyəti (ADC) öz Nizamnaməsinə uyğun olaraq müntəzəm surətdə ŞD xəstələrinin diabetə risk qruplarının  maariflənməsinə böyük diqqət yetirir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəsi ilə 2014-cü ildə Bərdə, Qax, İmişli Balakən rayonlarında Diabet Məktəblərini təşkil edib. ADC yenə bu il üçün belə bir layihənin Qazax, Ağstafa, Tovuz Şəmkir rayonlarında Mərkəzi Rayon Xəstəxanaları nəzdində təşkil edilməsi məqsədi ilə Şuraya öz layihəsini təqdim edib.

 

Bütün bu müsbət işlərlə yanaşı qeyd edilməlidir ki, qəbul edilmiş Dövlət Proqramlarında müəyyən edilmiş bir neçə mühüm tədbirlər təəssuflər olsun ki, illərlə yerinə yetirilmir, bu isə öz növbəsində ŞD xəstələrinin gələcəkdə ciddi fəsadlarla qarşılaşacaqlarını qaçılmaz edir. Dövlət Proqramının 4.2.3 bəndində yazılıb: "Şəkərli diabet xəstəliyinin kompensasiya mərhələsinin müəyyən edilməsi məqsədi ilə endokrinoloji yardım göstərən tibb müəssisələrinin qlükozalaşmış hemoqlobinin təyini üçün avadanlıq reaktivlərlə təmin ediməsi" olduqca mühüm tədbirdir. Bu müayinə ilə müəyyən edilir ki, xəstə müalicə tələblərinə dərəcədə riayət edib bundan sonra həkim-endokrinoloqun tövsiyələri, yarana biləcək fəsadlara qarşı adekvat tədbirlərin görülməsi. Lakin təəssüf ki, belə müayinə almaq Bakı şəhərində uşaq yeniyetmələr üçün paytaxtın bir neçə xəstəxanalarında yerinə yetirilir. Özünənəzarət vasitələri ilə təminatda çatışmazlıqlar yetərincədir. Xəstələrin qlükometrlərə, test çubuqçuqlarla təminatında olan çatışmazlıqlar barədə şikayətləri davam edir. Neçə vaxtdır ki, nazirliyin İnnovasiya Təchizat İdarəsi qlükometr almır, bəs belə olan halda xəstələr qanda şəkərin səviyyəsini necə ölçə bilərlər ona münasib olaraq insulin dozasını necə müəyyən edəcək?

 

Bundan başqa kadr çatışmazlığı gündəlikdədir. Əhalinin, o cümlədən, ŞD xəstələrinin sayı çox olan rayonlar var ki, orada cəmi 1 nəfər həkim-endokrinoloq işləyir (Cəlilabad, Tovuz, Şamaxı, Xaçmaz s.). Həmdə acınacaqlıdır ki, ŞD xəstələri rayona insulin şəkərsalıcı dərmanlarının gətirilməsi vaxtını bildikləri  üçün hamısı da eyni vaxtda poliklinikaya gəlirlər. Təsəvvür edin, həkim-endokrinoloqun bütün vaxtı ancaq ardıcıl olaraq resept yazmağa gedir beləliklə ŞD xəstələrinin müayinə etməyə onların vaxtı qalmır. Bu çox ciddi nöqsandır. Nazirlik bu barədə müvafiq tədbir görməlidir. Poliklinikada işləyən savadlı sahə həkimlərini (terapevtləri) müəyyən kurslarda ŞD üzrə biliklərini artırıb II-ci tip, insulindən asılı olmayanların müalicəsinə bu həkimləri cəlb etməklə vəziyyəti nisbətən yaxşılaşdırmaq olar.

 

 ŞD xəstələrinin ümumi sayının 90 faizi II-ci tip ŞD xəstələri təşkil edir. Onların əksəriyyətinin sağlam həyat tərzini özlərinə inamla təlqin etməklə öz həyat keyfiyyətlərini yaxşılaşdıra bilər, uzun ömür sürməklə xəstəliyin məlum fəsadlarından xilas ola bilərlər. Sağlam həyat tərzinin ən mühüm elementləri isə, sağlam qidalanma, fiziki fəallıq, pis vərdişlərdən (tütünalkoqol qəbulu) xilas olmaq kimi tövsiyələrə davamlı riayət etməkdən ibarətdir. Sağlam qidalanmada gündəlik rasionda ekoloji saf qida və mayelərin, o cümlədən, karbohidrat, zülal və yağların ŞD xəstələri üçün tələb olunan proporsiyasının gözlənilməsi çox mühümdür. Fiziki fəalliq isə təmiz havada piyada gəzinti, ev, bağ-bağçada işlərin görülməsi, həkimin məsləhəti ilə müəyyən idman növləri ilə məşğul olmaq deməkdir. Bizim cəmiyyətin üzvü, II-ci tip insulinasılı ŞD xəstəsi Mahmudov Nahid müəllim yuxarıda göstərilən tövsiyələrə riayət etməklə 140 kq bədən çəkisini 85 kq gətirərək (axır ildə 55 kq arıqlamışdır) indi özünü çox qıvraq hiss edir, nə insulinya digər şəkərsalıcı dərmana ehtiyacı var. O, hər gün Milli Dənizkənarı parkda 6-8 km piyada gəzir. Görün sağlam həyat tərzini davamlı olaraq, möhkəm iradə ilə yaşamaq ŞD xəstələrinə necə gümrahlıq gətirir, xəstəliyin xoşagəlməz simptomlarından azad edir. Odur ki, Beynəlxalq Diabet Federasiyasının üzvü olan Azərbaycan Diabet Cəmiyyəti Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq respublikamızda yaşayan bütün ŞD xəstələrinə və bu xəstəliyə risk qrupuna daxil olan şəxslərə tövsiyə edir ki, sağlam həyat tərzini özlərinin gündəlik həyatına çevirərək bu xəstəliyin gələcəkdə ola biləcək fəsadlarına yox demiş olsunlar. Birlikdə diabetə qarşı əzmlə irəliləyək!

 

Akif Muxtarov

Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini

525-ci qəzet.- 2016.- 7 aprel.- S.8