Əsgər marşı

 

 

Türkiyənin Qazıantep şəhərindəki Universitetdə müəllim işləyən İlqar İmamverdiyev 15 ildən artıqdır ki, Azərbaycandan uzaqdadır.

 

Bugünlərdə Qarabağda gedən döyüşlərdən o da ilhamlanıb bu təsirlə bir marş yazıb. Bu həm onu göstərir ki, dünyanın harasında olsalar da, soydaşlarımız vətənimizlə nəfəs alır, böyüklü-kiçikli hər bir qələbəmizə böyük çoşqu ilə sevinirlər.

 

İlqar İmamverdiyevin səmimi hisslərlə yazdığı marşın mətnini təqdim edirik.

 

Qarabağın xilaskarı,

Azərbaycan əsgəri.

Səngərdə oyaq əsgəri,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

Vətən uğrunda şəhidsən,

Şəhidliyinlə şahidsən.

Dünyada təksən, vahidsən,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Sən millətimin özüsən,

Sərhəddə baxan gözüsən.

Xalqımızın haqq sözüsən,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Koroğlu tək qoşunu çək,

Yağının sinəsinə çök.

Gavuru başına od tök,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Qadan-bəlan mənə gəlsin,

Arzularım sənlə gülsün.

Vur zərbəni, düşmən ölsün,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Qəvi düşmən alçaq, alçaq!

Al tüfəngi, başına çax,

Şuşadan sal onu qaçaq,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Sərrast vuran ələ qurban,

Doğru deyən dilə qurban.

Qələbəli ilə qurban,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Torpağımda gül bitir sən,

Türk dünyasına yetir sən.

Bu savaşı sən bitir, sən!

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

İlqar İMAMVERDİYEV

525-ci qəzet.- 2016.- 7 aprel.- S.7