Dövlət müşaviri Kamal Abdullayevin məqaləsi Almaniya mətbuatında

 

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Ümummilli lider Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisidir” adlı məqaləsi Almaniyanın nüfuzlu Presse Anzeiger (www.presseanzeiger.de) portalında yayılıb.

 

AZƏRTAC xəbər verir ki, bu portal Almaniyanın ən böyük pres-saytıdır.

 

Məqalədə ulu öndər Heydər ƏliyevinDövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verirsözləri epiqraf kimi verilib.

 

Yazıda akademik Kamal AbdullayevinKitabi-Dədə Qorquddastanından, şifahi yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldukimi fikirlər, həmçinin Azərbaycan Konstitusiyasının ölkəmizdə yaşayan etnik toplumların hüququ azadlıqları ilə bağlı maddələr öz əksini tapıb.

 

Azərbaycan xalqının multikultural ənənələrinin qorunması inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamətin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi, Prezidentin təşəbbüsü iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsi, ölkədə multikulturalizm siyasətinin inkişafı ilə bağlı görülən digər işlər haqda məqalədə ətraflı bəhs edilib.

 

Məqalədə bildirilir ki, inkişafda olan multukulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq Yer kürəsinin hər yerində ədalətsevər insanlar Azərbaycanı sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyır.

 

Yazıda Almaniyada multikulturalizmin Azərbaycan modelinə böyük maraq olduğu, bu marağın nəticəsi olaraq Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının açıldığı və Auqsburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu qeyd edilir.

 

525-ci qəzet.- 2016.- 7 aprel.- S2.