Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Lehlər nümayəndəsi Vanseviçin nitqi

 

Leh əhalisi namindən möhtərəm Parlaman əzası şəxsində ümum Azərbaycan millətlərini təbrik edirəm.

 

Parlamanı hökumət müəssisəsi və nümayəndəlik sifətilə və həmçinin ixtişaş zamanı dövlət quruluşunun ağır yükünü çəkmiş olan ümum müəssisələri və əşxası təbrik edirəm. Parlamanda pək az miqdarlı əhalinin nümayəndəsi olduğumdan və hələ siyasi firqələrin tənasüb qüvvəsini və məqsədlərini aydın təsəvvür edəmmədigimdən parlaman işlərindəki tərzi-hərəkətim barəsində müfəssəl bəyannamə verə bilməyəcəgəm. Fəqət öz münasibətimi müxtəsərən bəyan etməgi lazım biliyoram.

 

Azərbaycan Cümhuriyyəti hala ancaq hüquqi bir sima kəsb etməmiş ictimai-tarixi bir əmri-vaqedir. Binaənileyh hər şeydən əvvəl Azərbaycan dövlət müəssisələrinin səlahiyyətini təyin və mütəqabil münasibatını mərbut qılmalıdır. Parlaman hökumət seçərkən bütün ümuri-ixtiyarı degil, ancaq icra işlərini ona tapşırmalı və hökuməti kəndisi hüzurunda məsul tutmalıdır.

 

Parlaman hökumət seçərək Məclisi-Müəssisan dəvətinədək qanun vəzindən əl çəkərsə, o halda hər tərəfdən hökumətə əl uzadılmaqda və hökumətin məmləkətdə nüfuz və etibarə möhtac olduğu bir zamanda parlaman hökuməti bu mənəvi nüfuzdan məhrum buraxar. Dövlət müəssisəsinin həllinə şüru edərkən parlaman birinci növbədə daxili sülh və müsaliməti möhkəmləşdirmək üçün qanun gücünü möhkəmləşdirməlidir. Ən mühüm məsələlərdən birisi də budur ki, qanun və hüququn təmini üçün hər barədə vətəndaşların fəaliyyəti hökumətin müdaxiləsindən təmin etməlidir. Böylə təminat şəxsi və ictimai tərəqqinin rəhnidir. Geniş demokrasi əsaslar üzərinə dövlətin ictimai məqsədlərinin felən icra və hüsuluna tamamilə hüsni-rəğbət bəsləmək və qanun təriqilə onların tətbiqinə yardım etmək niyətində olmaqla bərabər, keçirməkdə olduğumuz hadisatdan dolayı lazım görüyorum ki, bu məqsədlər fəaliyyətin başlıcası tələqqi edilməsin. Zira hüquq və qanun şəraiti mövcud olmadıqca və hökumət ümuri üstündə sinif mübarizəsi getdigi bir zamanda geniş ictimai islahat dövlət miqyasında icra edilə bilməz və məmləkətdə fəna qüvvələr ehya edər. Son 5 sənəlik müharibədə bəşəriyyətin fəthi olan təyini-müqəddərati-milliyyə əsası qeyri-müəyyən bir halda olub hər dürlü təbir və təfsirə imkan veriyor. Fəqət zənnimcə bu əsas o zaman mədəni bir fəth hesab olunar ki, təyini-müqəddərat həqqi heç bir millətin digərinə hakim olmaması mənasında təfsir edilə, yəni böylə təbir edilə ki, hər millət öz ərazisi daxilində yaşayan sair millətlərin də siyasi hüququnu təhdid etməmək şərtilə kəndi müstəqil siyasi mövcudiyyətini yaratmaq həqqinə malikdir. Təyini-müqəddərat həqqi ancaq bu mənada müasir mədəni şəraitcə məqbul görünər və bu əsas müstəqil siyasi həyatə çalışan millətlər tərəfindən ancaq bu mənada tətbiq edilə bilir. Bən inanıyoram ki, Azərbaycanda əksəriyyət təşkil edən millət dövlət işlərində ayrı yol ilə getməyib Azərbaycanda yaşayan ümum millətlərlə əl-ələ verərək müttəhidən çalışacaq və həqiqi demokrasi və azad bir dövlət yaradacaqdır ki, bu dövlət Avropa millətləri ailəsinə mehmannəvazlıqla qəbul ediləcəkdir. Azərbaycanda məskun ümum millətləri bir daha təbrik ediyoram.

 

lll

 

Yəhudi nümayəndəsi Quxmanın nitqi

 

Möhtərəm Parlaman əzası!

 

Azərbaycanın bunca böyük günlərində, müstəqil dövlət quruluşuna başladığı günlərdə 20.000 nəfər Bakı yəhudiləri tərəfindən seçilərək Azərbaycan Cümhuriyyətinin müəssiseyi-təşriyyəsini təbrikə gəldim.

 

Azərbaycan türklərinin həqqi-təmini-müqəddərati-milliyyə şüarı altında və doğru anlaşmış mənafeyi-milliyyə əzasilə ümum dövlət həyatını öz əllərinə almaq uğrundaki səyləri Azərbaycan yəhudiləri qəlblərində ən qızğın bir hüsni-təvəccöh hissilə qarşılanacaqdır. Çünki ümum aləmi-islam həmişə və hər yerdə yəhudilərə nisbətlə nəinki təhəmmülkarlıq ibraz etmişlərdir, hətta bütün Avropada yəhudilər üzərində qüruni-vustanın qara mirası hökmfərma olduğu bir zamanda gərək vəsi ərəb xilafətində və gərəksə sonra Türkiyədə yəhudilər geniş təhəmmüli-diniyyə və mükəmməl hüquqi-siyasiyyə və mülkiyyədən istifadə etmişlərdir.

 

Əgər bən desəm ki, müsəlmanların şadlıq və sürurini hamıdan ziyadə yəhudilər yaxşı anlyorlar, burası sizə mübaliğəli görükməsin. Hankı millətdir ki, siyasi-milli hürriyyət məsələsində yəhudilər qədər qəm və kədər görmüş olsun? Yəhudi milləti qəlblərinin dərin və məxfi guşələrində 20 əsrdən bəri istiqlali-milliyyə arzusu və qeyb etmiş olduğu sabiq siyasi azadlığı qəmi-atəşin bir hərarətlə alovlanıyordu. Və gah xəlq üsyanı, gah yüz minlərcə pirulərin iştirakilə musəvilik hərəkatı və gah da 30 il müddətində sionizm kibi siyasi cərəyan surətilə müxtəlif tərz və şəkildə təzahür ediyordu. Şimdi bütün cahanə yayılıb da xəta üzündən və əsilsiz olaraq yersiz xəlq, ərazisiz millət hesab olunan yəhudilər bu gün kəndi tarixi yurdları olan Fəhləstində siyasi mili mərkəz təşkilinə müvəffəq oluyorsalar, qədimüləyyamdan kəndilərinə məxsus ərazidə birgə yaşayan Azərbaycan türklərinin dövlət binası daha möhkəm bir bünövrə üzərində bina oluyor.

 

Zənnimcə böyük tarixi hadisələrdə təsadüfi heç bir ünsür olmuyub, hər şey müəyyən üsul və qanuna tabedir. Bu surətlə milyonlarca qurban aparmış olan cahan müharibəsi nəticəsində hər şeydən əvvəl azlıqda qalan millətlərin hürriyyəti hasil olmalıdır. Rusiya inqilabının təbşir etmiş olduğu təyini-müqəddərati-milliyyə həqqi quru bəşarət halında qalmıyıb həqiqi rus siyasətinin ən ümdə fəslini təşkil etməlidir. Rusiya ancaq qoşma xəlq cümhuriyyəti olmaq şərtilə doğrudan böyük, müttəhid Rusiya şəkli ala bilər. Azərbaycan yəhudiləri, xüsusən cümhuriyyətin müxtəlif nöqtələrində ayrı-ayrı yaşayan yəhudilər etiqad ediyorlar ki, cavan parlamanda kəndi hüquqlarına müdafe tapacaqlar və hanki tərəfdən olur-olsun, bizim hüquq və mənafeyimizi pozmaq təşəbbüsü rəf və kökündən qət ediləcəkdir. Ümidvar oluyoruz ki, dövlət quruluşunda yəhudilər, müsavilər miyanında müsavi vətəndaş mövqeyi tutacaqlardır. Ukrayna, Krım, Türkistan və sair müstəqil dövlətlərdə olduğu kibi Azərbaycanda da ən yaxşı qüvvələrini Azərbaycan dövlət həyatı quruluşuna bəzl edəcəklərdir. Bütün Azərbaycan yəhudilərinin hislərini bəyan etmək üzrə arzu ediyorum ki, nəhayət bulmaqda olan 1918-ci il Azərbaycan tarixində yeni parlaq bir dövr açsın və Azərbaycan müstəqil Ümumrusiya ailəsinə Rusiya Qoşma Cümhuriyyətinə bərabər qiymət və bərabər hüquqa malik bir üzv kibi daxil olsun.

 

Ruslar nümayəndəsi Vinoqradovun nitqi

 

Azərbaycan Məclisi-Milli əzası, əfəndilər!

 

Qafqasiya slav-rus cəmiyyəti ələlümdə slavyan, xüsusən rus vətəndaşlarının birləşdirilməsi məqsədini təqib, mədəni-məarif əsaslarına xidmət edərək bizi Azərbaycan Parlamanına göndərmişdir ki, hər şeydən əvvəl parlamanda ayrılmaz Rusiya ideyasını müdafiə edək və biz ümumrus əhalisi nümayəndəligi iddiasında bulunmayaraq ancaq slav-rus cəmiyyəti və onun ətrafında toplaşmış təşkilatın mənafeyini müdafiəçi sifətilə bilafərq milliyyət ümum Azərbaycan əhalisilə birgə və dostanə bir surətdə işləməgə gəldik.

 

Böyük dövlətlərin müdhiş müharibəsi müttəfiq dövlətlərin qələbəsilə xitampəzir oldu. Cahan millətləri tərəfindən şadlıqla qarşılanan qalibiyyət gurultusilə bərabər daha artıq şadlıqla istiqbal edilən millətlərin əhyası, hürriyyəti və təyini-müqəddərat hüquqi əsası araya gəldi. Hələ bu yaxınlarda alçaq hisslər alovlandırıcı şüarlar namilə vətən namusunu kəndi mənafeyinə satanlar tərəfindən təhqir edilmiş, ayaqlar altına salınmış olan Rusiya millətləri hərəkətə gəldilər. Bolşevizmin bütün mədəni və ziyalı əsasları dağıdan qudurmuş keyfə-mayəşası Bakıda da ümum xislətlərini təzahür etdirmək təşəbbüsündə bulundu. Fəqət böyük tale məsələyi başqa dürlü həll etdi. Bakıda bolşevizm sındırıldı. Bolşevizmin süqutilə asayiş və müsalimətin təcdidi və hərcü-mərcin məhvini təhniyət etmiyə bilməriz. İbtida asayiş və müsalimət hərisi olan vətəndaş kibi təbrik edəriz. Rəşid müttəfiqlərimizin qələbəsinə və hüquq və ədalətin müzəffəriyyətinə inanan rus milləti türklərin Azərbaycanı işğalını biz müvəqqəti bir şey hesab ediyorduq.

 

Siyasi hadisatın qara buludları arasından müttəfiqlərin qələbəsi nurunu görüyor, Fransa və Belçika və Beynəlnəhrindən zəfər təbilinin səsini eşidiyorduq. Müttəfiqlər müzəffəriyyətini gözlüyorduq. İmanımız bizə nicat verdi. Almaniyadan ayrılmış Türkiyə və üzü üstündə düşmüş Almaniya fövqəladə bir sürətlə Rusiya ərazisini təxliyyəyə başladılar. İlk 3 il zərfində cahan müharibəsinin bütün ağırlığını omuzunda çəkmiş olan Rusiyaya qarşı borcuna sadiq qalan müttəfiq dövlətlər Rusiya ərazisinə gəldikdə Rusiyayı 1914 sənəsi hüdudu dairəsində - Lehistandan başqa - təcdidə əzm etmiş olduqlarını bütün cahana elam etdilər.

 

Bununla bərabər millətlərin kəndi müqəddəratını kəndiləri həll etmək həqqinə malik olduqlarını da təbşir etdilər. Slav-rus cəmiyyəti xırda millətlərin həyat və fəaliyyətinin əsasını təşkil etməli olan bu hüquqi təhniyət ediyor və millətlər idarə edən məhafil demokrasi proqram üzərinə çalışsalar məzkur hüququn qövldən-felə keçirilməsinə var qüvvəsilə kömək edəcəkdir. Buna müvafiq olaraq Slav-rus cəmiyyəti  onun Azərbaycan Parlamanındakı vəkilləri burada məzbur proqram ilə çalışan hər bir hökumətinə müzahirat göstərəcəklərdir. Böylə bir hökumətin ən birinci vəzifəsi hərcü-mərci rəflə nizam və asayişi bərpa etməgə çalışmaqdır. Hökumət xəlq etimadına məzhər möhkəm bir səltəyə malik olmalıdır.

 

Biz biliyoruz ki, təəssübkeşlik zəhərilə zəhərlənməmiş və rus ruhu, rus mədəniyyətini qəbul etmiş Rusiya millətləri kəndi səadətləri üçün özlərini Rusiyadan ayırmaz və ayıra bilməzlər. Və biz biliyoruz ki, xırda millətlər özgələrə meyli-siyasi göstərməkdən naşı degil, bolşevik Rusiya əhvali-ruhiyyəsilə kəndi əhvali-ruhiyyələri arasındakı əmiq, əsas fərqlərdən dolayı Rusiyadan ayrıldılar. Onlar qırmızı dəhşət saçan, ziyalıları məhv edən, mili mədəniyyət və dinləri ayaqlar altına salan bolşeviklərə qoşula bilməzdilər və qoşulmamalı idilər. Həqq və asayiş əsasına sadiq olan bu millətlər Rusiyanın təlatümə gəlmiş ehtirasati-siyasiyyə dənizində adi həyat adaları təşkil etdilər və kəndi vətənlərində yer tapmayan rus ziyalıları bu adalarda sığınacaq tapdılar. İstibdad zəncirinin ziyalılar tərəfindən qırılmasına, böyük Rusiya millətlərinin onlar tərəfindən azad edildiginə baxmayaraq vətənlərində təqib olunan ziyalılar Azərbaycan ərazisində rahət bir sığınacaq buldular. Burasını da qeyd etməyə bilməriz ki, vətəndə yoldan azmış oğullar əlilə dağıdılan xristian və rus kəlisaları Azərbaycanda əvvəlki kibi möhtəşəm və salim bir surətdə qaldı. Biz kiçik millətlərin təyini-müqəddərat hüquqini etiraf etdigimizi bildirdigimizdən məntiqcə borcluyuz ümum Rusiya Məclisi-Müəssisanı tərəfindən Rusiya tərzi-idarəsinin təyini və müttəfiqlər tərəfindən təsdiqinədək Azərbaycanda məhəlli millətlər tərəfindən hökuməti-məhəlliyə təsis və təşkili ixtiyarını da qəbul və təsdiq etməliyiz.

 

Milli-Şuraya daxil olmaqla biz Slav-rus cəmiyyəti bayrağını uca qaldırıb, xüsusən bilafərq millət və məzhəb hamı qaçqınların mənafeyini mühafizə edəcəgiz. Azərbaycan dairəsində anarşi olduğu zaman qaçqınlar tərəfindən tərk edilən yerlər və kəndlər fikrimizcə azad buraxılıb qaçqınlar qayıtdıqdan sonra onlara vagüzar edilməlidir. Bununla bərabər bərbad bir halə düşmüş xozyaystvo işlərini bərpa etmək üçün həqiqi və ciddi tədbirlər ittixaz edilməlidir. Slav-rus cəmiyyəti rus qaçqınlarının öz yerlərinə ovdət etmələri üçün bacardığı tədbirlər görəcəkdir. Qaçqınlar işinin düzəlməsinə kifayətlənməyib və topraq məsələsinin həllini, bizim toprağımızın tək bir sahibi olan Məclisi-Müəssisana buraxmaqla biz hökumət fəaliyyətinin topraqsız və toprağı az olan kəndlilərin topraqdan təmin edilmələrinə döndərilməsinə çalışacağız. Əhalinin ziraət və fəlahət ehtiyaclarını və ələlümum sənaət işlərini müdafiə edəcəgik.

 

Sənaətin genişlənməsi üçün hökumət gərək məsai mühafizəsi əsasında fəhlə qanunlarını həyata tətbiq edib, qəbul və kənar edilmək işlərini qaidəyə salmaqla bərabər həyat koalisiyasını təmin etsin.

 

Cəmaət qüvveyi-istehsaliyyəsinin lazımi bir surətdə tərəqqi etməsi ancaq onun mədəni yüksəkligi şəraitində olduğuna inanıb biz öz fəaliyyətimiz əsasında ibtidai və ali məktəblər açılmasını qoymuşuq. Mədəniyyət millətin ruhani qüvvəsidir.

 

Biz ruhani qüvvə əsasında millətin məzhəbi tərəfindən qoyulmuş ruhani əsaslarına bilatərəddüd inanırız. Buna görə də məzhəbi müdafiə və mühafizə edib onu möhkəmləşdirməgə çalışmaqla bərabər onu xarab etmək arzusunda olanlar ilə mübarizədə bulunacağız.

 

Müharibə öz qanlı dəhşətləri ilə yüzlərcə dul arvad, yetim və zəhmət istedadını itirmiş şikəstlər küçəyə buraxmışdır. Bir çox məşəqqətlərə düçar olan rus zabitanı dəxi küçələrdə qalmışdır.

 

Bizim qəsdimiz bunların hamısına müavinət etmək olub bu əsasi məqsədlərimizin Azərbaycan cəmaət şurasının köməkligi ilə vücudə gəlməsinə və bununla da məmləkətin başqa millətləri ilə dostluğumuzun daha da möhkəm olacağı ümidini artırır.

 

Bu möhkəm imanla söylədigimiz əsasları müqəddəs sanıb əziz və müəzzəm Rusiyanın təcdid edəcəgi ümid ilə biz cürətli bir surətdə cavan Azərbaycanın Milli Şurası divarları arasında bizdən ötrü müqəddəs olan şüarı söylüyoruz:

 

Yaşasın təcdidi-hüquq edilmiş slavlıq!

 

Yaşasın vahid və bölünməz Rusiya!

 

Yaşasın cavan, azad qardaşımız Azərbaycan!

 

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 9 aprel.- S.21