Böyük şairin xatirəsinə ehtiram nümunəsi

 

“AZƏRBAYCAN” JURNALININ BAŞ REDAKTORU İNTİQAM QASIMZADƏYƏ AÇIQ MƏKTUB

 

Hörmətli İntiqam müəllim!

 

İlk Xalq şairimiz Səməd Vurğunun 110 illiyi münasibəti ilə yeni forma tapıb görkəmli şairimiz Ramiz Rövşənə ünvanladığınız yeddi sualınıza şairin yeddi cavabını abunəçisi olduğumAzərbaycanjurnalının son sayında (N 3, 2016) oxudum.

 

Yazınızın yığcamlığı, xüsusən sual cavablar məni çox-çox qane etdi. Bu yazıda da poeziyasına şəxsiyyətinə hörmət etdiyim, heç vaxt ağa qara deməyən, həyat həqiqətini poeziyasında da, yaşamında da saxlayan, həmişə  səmimi olan Ramiz Rövşənin bu dəfəki səmimiyyəti məni həddən artıq  sevindirdi. Gün kimi aydın həqiqətdir ki, ölümündən 60 il keçməsinə baxmayaraq ədəbi-ictimaiyyəti ən çox məşğul edən, şair Hüseyn Kürdoğlunun Səməd Vurğunun 90 illiyinə  həsr  etdiyi misralarla:

 

Zaman səni bulandıra bilmədi,

Büllur qaya bulağısan yenə sən.

Boz təpələr  vüqarına ah çəkir,

Şeirimizin Şahdağısan yenə sən

 

- deyə vəsf etdiyi, xalqın iftixarı olan şairin şöhrətinə həsəd aparanboz təpələrçox təəssüf ki, indi vardır. Təəccüblü cəhət odur ki, onların bəzisinin poeziya  haqqında anlayışı belə yoxdur, bir misra da şeir yazmayıblar. Məhz buna görə Ramiz Rövşən başqa nüfuzlu söz sahiblərinin, yaradıcılığı ilə poeziyamızın inkişafına təkan verən ustadların Səməd Vurğunla bağlı yazılarına ehtiyac duyulur. Ulu öndərimiz Heydər Əliyev XX əsrin böyük şairləri Süleyman Rüstəm, Səməd Vurğun Rəsul Rzanın  yaradıcılığında müəyyən  nüanslar  axtarıb, onları tənqid etməyə çalışanlara cavab olaraq göstərirdi ki, bu ən azı mənəviyyatsızlıqdır.

 

Başqalarının dəyirmanına su tökən, “sapı özümüzdən olan baltalar” - bədxahlar indinin özündə belə bəd əməllərindən əl çəkmirlər. Belə bədxahların arzusuna xilaf çıxaraq həqiqəti gənc nəslə çatdırmaq vacibdir.

 

Niyə Müşfiq, Cavid, Əhməd Cavad öldürüldü, Səməd Vurğun sağ qaldı”, - deyənlərə cavab olaraq bu yanaşmanın çox səhv, ədalətsiz yanaşma olduğunu Ramiz Rövşən tutarlı dəlil-sübutlarla  bəyan edir.

 

Səməd Vurğun A.Səhhət, M.Hadi, H.Cavid, C.Cabbarlı kimi romantik Azərbaycan şairlərini dərindən  oxuyub dəyərləndirirdi. Qanlı-qadalı günlərdə H.CavidəGünlər ötüşsünadlı bir qoşma da həsr etmişdi.

 

Həmin şeirdə şairGəlin çıxaq seyrə, günlər ötüşsündeyərək pis günlərin tez keçib getməsini arzulayır.

 

Bu da Cavid-Səməd münasibətlərinə ayrı bir  məcradan yanaşmaq istəyənlərə cavab.

 

Bəziləri Səməd Vurğunu folklordan, aşıq yaradıcılığından bəhrələndiyinə, sadə dildə yazdığına görə qınayırdılar, elə indi belələrinə  rast gəlmək olur. Ramiz Rövşən bu  məsələyə aydınlıq gətirir: “Səməd Vurğun danışdığı kimi   yazırdı. Təəssüf ki, ona qədər , ondan sonra da, lap elə bu gün bir çox şairlərimizin, hətta istedadlılarının da bədbəxtliyi danışdığı kimi yazmamaqlarındandır”.

 

Onu da deyək ki, XX əsr Azərbaycan dilinin hansı poetik  səviyyədə poetik gücə malik olduğunu S.Vurğun poeziyası qədər dəqiq ifadə edən örnəklər çox deyildir. Elə  götürəkAzərbaycanşeirini. Dahiyanə sadəliklə yazılmış bu şeirin  cazibə təsir gücünü hesablayacaq  bir cihaz yoxdur. Dövlət  himnimizin sözləri ürəkləri fəth edən, dillər əzbəri olan bu şeir  olmalı idi.

 

Vətəni canından daha çox sevən, bədxahların arzusuna xilaf çıxaraq, ilahidən gələn,  bitib-tükənməyən enerjisini Azərbaycan xalqının işıqlı gələcəyinə həsr edən Ulu öndərimiz Heydər ƏliyevAzərbaycanşeirini əzbər deyəndə necə  kövrəldiyinin şahidi olmuşuq.

 

Yeri gəlmişkən şair bu şeirini qanlı-qadalı 1935-ci ildə yazıb. Əhməd CavadıGöygölşeirinə görə gedər-gəlməzə göndərdikləri kimi, Səməd Vurğunu da göndərə bilərdilər. Mənə belə gəlir ki, Səməd Vurğunu Ramiz Rövşənin sadaladıqları inandırıcı faktlarla bərabər, bu şeirdə yer alan iki misra da xilas edib. Heç şübhəsiz şair bu misraları düşünərək  yazmışdı:

 

Qonaq gəlir bizə quşlar,

Zülm əlindən qurtulmuşlar.

 

Ramiz Rövşən şairin məşhurluğundan  danışarkən bunu haqlı olaraq  onun istedadında şeirlərinin keyfiyyətində görür. 1937-ci ildə yazılmışVaqifdramındanŞair, hökmdarın hüzurundasanmisralarını Şair, tez qocaldın sənşeirlərini misal gətirir.

 

İntiqam müəllim, sualınıza cavab olaraq sevimli şairimiz Ramiz Rövşən Səməd Vurğunun ilk dövr yaradıcılığından söz açır, şairin özünün 1931-ci ildə  yazdığıÖlən şeirlərimşeirindən çıxış edərək, onları ölən şeirlər adlandırır. Maraqlıdır ki, həmin şeirlər yalnız şairin  ölümündən bir il sonra, 1957-ci ildə  Çiçəkadlandırılan  kitabında işıq üzü görmüşdü.

 

Ramiz Rövşən sizin maraqlı bir sualınıza da köklü-köməcli cavab  vermişdir: “Bir ocaq Azərbaycana üç xalq yazıçısı verib: iki xalq şairi bir xalq yazıçısı. Lakin bir-birindən fərqli  üç sənətkar, üç şəxsiyyət. Bu məşhur üçlüyün ən maraqlı cəhəti elə bir-biri ilə fərqliliyindədir. Arabir mətbuatda qəribə fikirlərə rast gəlirəm. Guya Səməd Vurğun gənc şairlərin inkişafına mane olur, onları təsir altında saxlayırmış.

 

Azərbaycan poeziyasında Səməd Vurğunla Vaqif  Səmədoğlu qədər fərqlənən ikinci  bir şair yoxdur. Bir şair kimi öz doğma  balasına mane olmayan Səməd Vurğun başqalarına necə mane ola bilərdi?!”

 

Hədəfə düz dəyən cavabdır.

 

Sual verirsiniz ki, Səməd Vurğun daha 20 il artıq yaşasaydı, şeirlərinin çox fərqli imkanları üzə çıxa  bilərdimi?!

 

Şair Ramiz Rövşən bu suala cavab verməkdə çətinlik çəkir: “Əgər yaşasaydı, bu onun xoşbəxtliyi  olardımı, yoxsa bədbəxtliyi? Bilmirəm” - deyir.

 

İntiqam müəllim şair yaradıcılığının son illərində Ramiz Rövşənin xüsusi qeyd etdiyiŞair, nə tez qocaldın sən” şeiri ilə bərabər, “Mən tələsmirəm”, “Komsomol poeması”ndan “Dünya”, “Tək məzar”, “Ölüm sevinməsin qoykimi yalnız ona xas, həyat və sənət eşqinin fəlsəfi-poetik ifadəsi olan şeirlər yazmışdı.

 

Bu şeirlər çox mətləblərdən xəbər verir:

 

Ölüm sevinməsin qoy, 

ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Dahi Üzeyir bəyi son mənzilə yola salarkən oxuduğu bu misraları tərəddüd etmədən şairin özünə aid etmək olar.

 

Səməd Vurğun da Üzeyir bəy kimi sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu.

 

İntiqam müəllim, XX əsr poeziyamızın  Şahdağı, “şeir bağçamızın bağbanı” haqqında çox yığcam şəkildə oxuculara təqdim etdiyimiz yazıya görə vurğunsevərlər adından görkəmli şair Ramiz Rövşənə və ədəbiyyatımıza uzun illərdən  bəri  təmənnasız xidmət  etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm.

 

 

 

Qəzənfər Paşayev

professor

525-ci qəzet.- 2016.- 9 aprel.- S.13