Marş irəli! – ("Bu gün dünəndən başlayır” silsiləsindən)

 

 

 

 

Çox-çox illər öncə rəhmətlik atam Osmanlı türkcəsində yadında qalan şeirlərdən bəzən bədahətən söylərdi.

 

Onlardan biri beləydi:

 

Düşmən çarığı qəbri - Süleymanamı baksın

Yunan xaçını minbəri - Əyyubamı taksın

Arş əsgəri - islam ulu Kəbən gediyor, arş!

Əzmində Məhəmməd sənə Allah sənə yoldaş.

 

Atam deyərdi bu şeir müəllimimiz Hüseyin Cavidin dilindən düşməzdi. Ötən əsrin sonlarında xalqımız növbəti kərə erməni məkrinə tuş gələndə, bu məkrin fəsadlarını dadanda həminArşkəlməsini dönə - dönə xatırlar, şair olmadığıma görə özümü danlar, yerli şairlərimizin niyə marş mətnləri yazmadıqlarından gileylənərdim. Axır ki, günlərin birində dostumuz, şəkili balası, istedadlı bəstəkar Cavanşir QuliyevinƏsgər marşıbəstəsi efirdə səslənəndə, oradan da qəlblərə sirayət edəndə rahat nəfəs aldım:

 

Vətən bizi yetişdirib bu yerlərə yolladı,

Bu torpağa qurban deyib Allaha ismarladı”.

 

Bu mətn, bu musiqi təkcə ordumuza, əsgərlərimizə yox, xalqımıza ismarıc idi. Odur ki, ahıllı - ağsaqallı, qadınlı - kişili, uşaqlı - böyüklü hamının ürəyindən xəbər verdi, dillər əzbəri oldu. Ürəkdən, qandan gəlmişdi deyən ürəklərə asanca yol tapdı. Fikirləşirdim yəqin bunun ardı gələcək, şairlərimiz qələmə sarılıb ilham köhlənlərini bu səmtə yönəldəcəklər. Amma yeni marşlardan səs - soraq yox idi. Milli ordumuz təzə - təzə ayaq tutur, könüllülərin naşılığındansa kar aşmırdı. Arxalı ermənilər günbəgün həddin aşır, torpaqlarımız yağmalanır, yurddaşlarımız qırılır, irzimiz - namusumuz tapdanırdı. Şairlərimizin ağrı - acılı, nalə dolu şeirləri ərşə - gürşə bülənd olurdu. Axır ki, dözə bilmədim, şair olmasam da publisistik düşüncələrimi şeirlə ifadə eləmək qərarına gəldim - “Boz qurdlar marşıadlı bir şeir yazdım. Apardım o vaxtlar çox oxunan “20 yanvarqəzeti redaksiyasına. Qəzetin redaktoru rəhmətlik dostum Səlim Həqqi yazını oxuyub özünəməxsus çılğınlıqlaaxır ki!” deyə səsini qaldırdı. Ertəsi gün şeir qəzetdə çıxdı. 1992 - ci ilin baharı idi. Çox keçmədi ki, istedadlı bəstəkarlarımızdan olan Rəşid Nəsib AzTV - dəki otağıma gəldi, şeiri qəzetdən oxuyan kimi ona musiqi bəstələdiyini dedi, hətta notu da göstərdi. Sonra əlindəki diktafonu işə salıbqulaq as” dedi.

 

Pianoda özü çalıb özü oxuyurdu. Mahnının marş ritmi üstə olmaması məni açmadı. Amma haqqüçünə orijinallığı ürəyimcə idi. Sonra qayıtdı ki, istəyirəm Mirzə Babayev oxusun. Etiraz elədim, mən Flora xanımı məsləhət gördüm. Çünki Flora Kərimova ilə söhbətlərimin birində eşitmişdim ki, bir vaxtlar erməni daşnakları onun babasının başını kəsibmiş. Razılaşdıq, Rəşid dedi onda fioletov adına səsyazma studiyasını sifariş eləmək sənin boynuna. isə, Flora xanımın özünəməxsus ustalıqla, ən əsası isə mətnə uyğun qəzəbli hayqırışlarla ifa etdiyi o mahnının ilk variantını lentə aldıq. Müğənnini Rəşid Nəsib özü fortepianoda müşaiyət etmişdi, ancaq hiss olunurdu ki, oranjeman olunduqdan sonra daha möhtəşəm səslənəcək. O çağlardakı vəziyyəti,  üstəlik əsgərlərimizin döyüş ruhunu yüksəltmək üçün bu sayaq mahnılarln vacibliyini nəzərə alaraq tezliklə elə həmin biçimdə efirdə səsləndirməyi lazım bildik. Beləcə, mahnı qısa vaxt ərzində dəfələrlə efir dalğalarında səsləndi, az da olsa öz işini gördü. Təəssüf ki, Rəşid Nəsibin vaxtsız vəfatı o mahnının orkestr oranjemanının həyata keçməsinə imkan vermədi. Mən Rəşid Nəsibə Allahdan rəhmətlər diləyib əvvəlki fikrimə bir qayıdıram ki, o əsər peşəkarlıq sarıdan qədər mükəmməl olsa da, orijinallığı ilə seçilsə , Flora xanım öz gözəl ifası ilə yolunda can qoysa da mənim gözüm hələ yollardadı. Çünki mən onu Cavanşir Quliyevin üz tutduğu o möhtəşəm şeirin, o gözəl musiqinin ritmləri üstə, o ruhda qələmə almış, səslənişini o sayaq təsəvvür eləmişdim.Nə isə, keçmiş ola, necə deyərlər, ağa durur, ağacan durur...

 

Bu yazımınsa əsas məqsədi odur ki, düşmən nə ölüb nə öləcək. O daim özü misallı iblislərlə əlbir - dilbir olub yolumuz üstə çıxacaq. Onu dəf eləmək, yan - yörəmizdən silib süpürmək üçün tək “Bismillah” kəlməsinin yüküncə sənət əsərləri - vətənpərvərlik ruhunu alovlandıran şeirlər, rəsmlər, musiqilər, eləcə də MARŞLAR gərəkdir bizə. Axı, aramızda qüvvəsinə güvənə biləcəyimiz şairlər də, rəssamlar da, bəstəkarlar da çoxdan çoxdur. Onda nəyi gözləyirik? Əsl məqamdır. Di haydı, MARŞ İRƏLİ!

 

BOZ QURDLAR MARŞI

 

Damarımda Türkün qanı, dilimdə Allah sözü,

Öp Quranı, min atını, çək tətiyi, at dizi.

Şəhidlərin qanı hopmuş torpağına səcdə et,

Hürriyyətə qovuşmaqçın dünyanın sonuna get!

 

Türk oğluyam, sözüm haqdır, qəlbim geniş nəfsim tox,

Torpağımda qanım çoxdur, yad torpaqda gözüm yox.

Mən bu yolda haqq sözümü öz qanımla yazacam,

Haqqa nahaq deyənlərin bəbəyini qazacam!

 

Yerdə Boz Qurd, göydə Allah - tapınmışam onlara,

Ya bu gündür, ya da sabah, çıxasıyam yollara.

Namərd düşmən çıx yolumdan, boynumdadı kəfənim,

Çəkil, yol ver, tələsirəm, üfüqlərdi məskənim!

 

Öldü var döndü yox!

Yandı var söndü yox!

 

7 aprel 2016

 

 

 

İntiqam Mehdizadə

525-ci qəzet.- 2016.- 9 aprel.- S.13