Haqq savaşı

 

 

 

 

Uşaqlar bir ağızdan

Himni deyir: "Qarabağ!"

Əldə bayraq, qəlbdə can

Hamı deyir:  "Qarabağ!"

 

Qurtulduqca düşməndən

Can yurdum  -  Qarabağım.

Ürəyimin başında

Dalğalanır bayrağım!

 

Hər kəs bir Vətən olub

Əsgər kimi dayanıb.

Babamın şəhid ruhu

İndi nura boyanıb.

 

Bütün dünya eşitsin:

Bu yurd - türkün məskəni!

Haqq uğrunda savaşır

Azərbaycan əsgəri!

 

Mina RƏŞİD

525-ci qəzet.- 2016.- 12 aprel.- S.7