Heydər Əliyev şəxsiyyəti multikulturaltolerant dəyərlər işığında

 

 

Azərbaycan xalqı  dünyanın ən qədim tarixə, mədəniyyətə, adət-ənənələrə, mənəvi dini dəyərlərə malik xalqlarından biridir.

 

Ölkə ərazisində məskunlaşan əhalinin həyatında tarixən müxtəlif inanclar, dini dəyərlər mühüm rol oynayıb. Bunu aparılan arxoloji qazıntılar, yazılı abidələr, o cümlədən, Qobustan qayaüstü rəsmləri aydın şəkildə sübut edir.

 

Azərbaycan Avropa Asiyanın qovuşağında yerləşdiyi üçün xalqlar arasında körpü rolunu oynayıb, müxtəlif mədəniyyətlərin əlaqələrində birgə yaşayışında mühüm əhəmiyyət kəsb edib. Əsrlər boyu həmin xalqların dinlərin nümayəndələri burada dostluq, qarşılıqlı etimad, sülh şəraitində yaşayıb fəaliyyət göstəriblər. Təbiidir ki, belə bir mühitdə multikultural tolerant dəyərlər xalqımızın əsl həyat tərzinə çevrilməyə başlayıb. Bu gün ölkəmizdə bərqərar olan multikulturalizm tolerantlıq xalqımızın mentalitetindən irəli gələn ənənə, həm dövlət ideologiyasının tərkib hissəsi hesab olunur.

 

Ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycanda multikulturalizm tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb. Respublikada multikultural dəyərlər davamlı olaraq təhsil, mətbuat ictimaiyyətdə təşviq olunub, dini mədəni müxtəliflik mühiti dövlətin diqqət qayğısı ilə əhatə edilib.

 

Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində XX yüzilliyin 90-cı illərinin əvvəllərində milli-etnik dini müxtəlifliklərdən ölkəmizi münaqişələrə cəlb etmək məqsədilə istifadə olunması cəhdlərinin qarşısı qətiyyətlə alınıb, bütövlükdə bu məkrli plan alt-üst olunub. Dahi rəhbər respublikamızın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji istiqamət seçərək, öz müdrik siyasəti ilə tarix boyu formalaşmış Azərbaycanın çoxmədəniyyətlilik, tolerantlıq ənənələrini yeni bir mərhələyə  qaldırmağa nail olub. Azərbaycan əhalisinin çoxmillətli tərkibini milli sərvətimiz hesab edən ümummilli lider bütün siyasi fəaliyyətini bu misilsiz sərvətin qorunub saxlanılması, əbədi olması istiqamətinə yönəldib. Müstəqilliyimizin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, ağır sosial-iqtisadi durum, hakimiyyət uğrunda gedən daxili çarpışmalar, Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu cür şərait din sahəsinə ciddi təsir göstərirdi.

 

Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdaraq ölkədə hərc-mərcliyi aradan qaldırdı, onu dağılmaq təhlükəsindən xilas etdi, müstəqilliyimizi qoruyub saxladı daha da möhkəmləndirdi. O, eyni zamanda cəmiyyətin inamını özünə qaytarmağa, milli-mənəvi birlik mühiti yaratmağa müvəffəq oldu. Dahi rəhbər xalqımıza məxsus bütün yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən müdrik bir şəxsiyyət kimi öndə dayanıb, bütün problemləri mətinliklə həll etdi.

 

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın multikultural tolerantlıq ənənələrinin dövlət tərəfindən qorunması sahəsində çox vacib addımlar atıb. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipləri aydın şəkildə öz əksini tapıb.

 

Ümummilli lider Heydər Əliyev multikulturalizm tolerantlıq siyasətini Respublikamızın demokratik inkişafında mühüm amil hesab edib. O, ölkə ərazisində yaşayan bütün milli azlıqların hüquq azadlıqlarına, etnik mədəniyyətə müxtəlif dinlərə məxsus insanların dini mədəni dəyərlərinin qorunmasına həmişə əsas insan hüquq azadlıqlarının tərkib hissəsi kimi yanaşıb. Dahi şəxsiyyət bu səbəbdən xalqımızın, cəmiyyətimizin, bütövlükdə Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən multikulturalizmin əsas mənəvi bazası hesab olunan azərbaycançılığı milli ideologiya səviyyəsinə qaldırıb. Etnik millətçiliyə qarşı qoyulmuş azərbaycançılıq ideologiyası dinindən, dilindən, milli mənsubiyyətindən, irqindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının birliyinin təmin olunmasına xidmət edir.

 

Ulu Öndərin 1994-cü ildə "Təzəpir" məscidində dediyi sözlər bu baxımdan xüsusi önəm daşıyır: "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmayıb. Çünki bu ayinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzdur".

 

Xalqımızın böyük oğlu Heydər Əliyev azərbaycanlılara məxsus insanpərvərlik, tolerantlıq kimi yüksək məziyyətlər zəminində ölkəmizdə milli-dini ayrıseçkilik, dözümsüzlük hallarının baş verməsinin mümkünsüz olduğunu dönə-dönə bəyan edib. Onun xarici ölkələrə səfərlərində, görüşlərində, qərar sərəncamlarında bu məsələ daim qabarıq şəkildə qeyd olunub.

 

Dünyamızda baş verən proseslər - terror, radikallıq, ekstremizm hallarının güclənməsi bu gün din sahəsinə daha həssas yanaşılmasını tələb edir. Odur ki, Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması, təbliğ olunması, tarixi-dini abidələrin bərpası, multikulturalizm dinlərarası dialoqun təşviqi sahəsində zəngin təcrübəsinə zəruri ehtiyac yaranıb. Heydər Əliyev irsinin öyrənilməsi təbliği dünya ölkələrinə bu mənada böyük fayda verə bilər.

 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural, tolerantlıq dəyərlərinin qorunub mühafizə olunması, həyata keçirilməsi sahəsində müdrik siyasəti onun layiqli siyasi varisi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən dövlət başçısı bu siyasətin reallaşmasında BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı digər mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizin həmin nüfuzlu beynəlxalq qurumlar tərəfindən milli azlıqların hüquq azadlıqlarının müdafiəsi əlaqədar qəbul edilmiş konvensiyalara qoşulması istiqamətində ciddi addımlar atılır. Ölkə rəhbərinin təşəbbüsü iştirakı ilə 2011-ci ildən başlayaraq vətənimizin paytaxtı Bakı şəhərində müntəzəm keçirilən Beynəlxalq Humanitar Forum bu sahədə əhəmiyyətli rol oynayır. Son illər Respublikamızda təşkil olunan beynəlxalq musiqi, mədəniyyət idman tədbirləri, xüsusilə Birinci Avropa Oyunları xalqımızın multikultural, tolerantlıq ənənələrinin təntənəsinin bir daha təkrar nümayiş etdirdi. Xalqımızın multikultural tolerantlıq ənənələrinin qorunub saxlanılması geniş təbliğ edilməsi sahəsində Heydər Əliyev Fondu tərəfindən son dərəcə əhəmiyyətli layihələrin həyata keçirildiyini xüsusi qeyd etmək olar. Bu gün Heydər Əliyev Fondu mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlər aparır. Bu sahədə Fondun prezidenti YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri var.

 

Dövlətimizin tolerantlıq siyasəti Fond tərəfindən Respublikamızın hüdudlarından kənarda da uğurla davam etdirilir. Şərqdə, eləcə , Avropa ölkələrində məscid, kilsə dini abidələrin qorunması sahəsində həyata keçirilən tədbirlər bunu aydın şəkildə təcəssüm etdirir. Ölkə prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti multikultural tolerant dəyərlərə dövlətin diqqət qayğısının parlaq təzahürüdür.

 

Multikulturalizm Azərbaycanda geniş vüsət alır, inkişaf edir, Respublika ictimaiyyəti, dini icmalar tərəfindən daim möhkəm dəstək alır. Bu ideyalar ölkəmizin təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. Cəsarətlə deyə bilərik ki, hazırkı şəraitdə Azərbaycan Respublikası özünün multikulturalizm tolerantlıq siyasəti, bu sahədə qazandığı nailiyyətlərə görə dünya dövlətlərinə, o cümlədən, Qərb ölkələrinə nümunə hesab edilə bilər.

 

Respublikanın vətəndaşları hər bir sahədə, siyasətdə, iqtisadiyyatda, təhsildə, mədəni həyatda bir çalışır, böyük uğurlara imza atırlar. Xalqımızın birgə səyi, əməyi nəticəsində respublikamız gündən-günə inkişaf edir, daha da çiçəklənir.

 

Əlbəttə, bütün bunların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm tolerantlıq siyasətinin, xalqımızın multikultural tolerant ənənələrinin məntiqi nəticəsidir.

 

Süleyman Ağayev

525-ci qəzet.- 2016.- 12 aprel.- S.5.