Ədəbiyyatşünaslığımıza böyük töhfə

 

PROFESSOR TEYMUR ƏHMƏDOVUN 5 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA

 

 

 

(Əvvəli ötən sayımızda)

 

Professor Teymur Əhmədovun yaradıcılığında publisistika başlıca yer tutur. O, ömrünün müxtəlif vaxtlarında mtbuatda işlədiyi kimi, həm publisistika ilə məşğul olmuş, xalqın problemlərini ifadə etmək üçün məqalələr yazmış, yaxud publisistika ilə məşğul olan görkəmli Azərbaycan publisistlərinin əsərlərini tədqiq etmişdir. Bütün bunlar "Seçilmiş əsərləri"nin dördüncü cildində yer tutur.

 

Bu cilddə özünün yaratdığı baş redaktoru olduğu "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Elturan", "Yeni fikir", "Füyuzat" qəzet jurnallarında dərc etdirdiyi məqalələri toplanmışdır. Deyim ki, mən Teymur Əhmədovu tədqiqatlarında klassik alimlərə xas qədər sakit, təmkinli görürəmsə, publisistik məqalələrində o qədər emosional, həyəcanlı, lazım gəldiyi yerdə sərtlik göstərən, bəzən isə həlimliyilə diqqət çəkən bir publisist olaraq tanıdım. Məsələ burasındadır ki, Teymur Əhmədovun 90-cı ildən bəri publisistik fəaliyyəti redaktorluqlarının müəyyən qədər şahidi olmuşam. "Vətən səsi" qəzetini nəşr edərkən  məni komandasında görmək istədiyini bildirmiş mən Baş arxiv İdarəsindən birbaşa "Vətən səsi" qəzetində əvvəlcə müxbir, sonra isə şöbə müdiri vəzifəsində işləmişəm. Qəzetin təşkil edilməsi, materialların paylanılması, problemlərin yazılması, tapşırıqların verilməsi, redaktənin edilməsi s. baxımından Teymur Əhmədov bir jurnalistika idarəetmə məktəbdir. Olsun ki, o zaman bir gənc olaraq biz redaktor kimi Teymur Əhmədovdan çox şey istəyirdik, daha radikal qərarlar gözləyirdik, gizlədim, bu belə idi, ancaq bu gün həmin materiallara baxdıqda, baş redaktor kimi yazdığı baş məqalələrini oxuduqda mövcud hadisələri doğru dəyərləndirmənin şahidi olmaya bilmirsən. Onun bir redaktor kimi dərc etdirdiyi məqalələrdə xalqın, dövrün, cəmiyyətin problemləri cəsarətlə qoyulur, bir dəfə şəxsi istəklərini əks etdirən cümləyə, fikrə rast gəlmək belə mümkün olmur. Halbuki müasir jurnalistikada bu kimi hallar az qala kütləvi hal almışdır. 1990-cı ildə ilk dəfə "Vətən səsi" qəzetində "Gülüstan" "Türkmənçay" müqavilələrinin tərcüməsini bütünlüklə dərc etmək Azərbaycanda yaymaq bir redaktor kimi Teymur Əhmədova nəsib olmuşdur. "Dağlıq Qarabağın dərdi" məqaləsində isə problemin əlacını özümüzdə axtararaq yazırdı: "Qarabağın dağlıq ərazisi bu gün yarımcan respublikamızın qara yarasına, dərdinə çevrilmişdir. Hər bir qeyrətli Azərbaycan vətəndaşı onun qayğısını çəkməyi özünün müqəddəs borcu bilməlidir. Belə olarsa öz dərdimizə özümüz çarə taparıq".

 

Professor Teymur Əhmədovun "Seçilmiş əsərləri"ndə yer alan "Ağlı-qaralı günlərimiz", "Vətəndaşlıq borcumuz", "Bu zülm yerdə qalmayacaq", "Ayıq olmalıyıq", "Fərman yerinə yetirilməlidir", "Vətən səsi çağırır", "Sabah gec olar", "Vətən tələb edir", "Milli fəlakət ili-1988", "Yanvar faciəsi", "Millətlərarası münasibətlər düzgün qurulmalıdır", "Erməni siyasi partiyaları onların Zaqafqaziyada xəyanətkar siyasəti", "Rusiyanın müəyyən dairələri daşnak Ermənistanı silahlandırır", "Ermənilik insanlığa ləkədir", "Bədnam Türkmənçay müqaviləsi" s. onlarla məqalələrində Azərbaycanın mövcud durumdakı tarixi müasir problemləri ilə bağlı problematik məsələlər qaldırır, həyəcan siqnalı verir. "Yeni fikir" qəzetində dərc etdirdiyi "Nəriman Süleymanov", "Üzeyir Hacıbəyov", "İsmixan Rəhimov-70", "Cavad Heyət", "Bəxtiyar Vahabzadə", "Araz Dadaşzadə", "Araz Elsəsin müqəddəs missiyası", "Osman Sarıvəlli" s. oçerklərində ədəbiyyatımızın mədəniyyətimizin görkəmli nümayəndələrinin yaradıcılığını təqdim edir.

 

Professor Teymur Əhmədovun "Füyuzat" jurnalının redaktoru kimi fəaliyyəti əsası Əli bəy Hüseynzadə tərəfindən qoyulan missiyanın davamı olaraq səslənir. Baş redaktorun burada dərc etdirdiyi "Füyuzat" yenidən yarandı", "Gücümüz birlik həmrəylikdə", "Azərbaycanın bütövlüyü uğrunda", "Ana dili varlığımızdır", "Vətən, ana Vətən", "Mədəniyyət, mədəniyyət", "milli mətbuatın qaranquşu", "Rus-erməni xəyanəti","Tarixin ibrət dərsləri" s. onlarla məqalələrində cəmiyyətimizin, mədəniyyətimizin problemlərini əks etdirir. Bu cilddə yer alan "Erməni xəyanəti ya Andronik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)", "Ermənilər həqiqətlər", "Azadlıq hərəkatının mühüm mərhələsi" s. məqalələrində tarixi çağdaş problematika başlıca yer tutur. Andronikin XX əsrin əvvəllərində Qafqazda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı mənbələrin, sənədlərin dili ilə çatdırır: "Andronikin quldur dəstəsi hücum etdiyi müsəlman kəndlərində əhalinin bir hissəsini qəddarcasına qətlə yetirmiş, bir hissəsini qovmuş, onların var-yoxunu talan etmişdir. Zəngəzur qəzası rəisinin Gəncə qubernatoruna 26 noyabr 1918-ci il tarixli 665 saylı raportunda deyilir ki, ermənilər Sisyan mahalı müsəlmanlarının axırına çıxdıqdan sonra Mehri dərəsinin Lehvaz, Tey, Mülk, Vartanizor, Tuğut, Mərzəcat, Hortağiz, Dəstəkert müsəlman kəndlərini dağıtmış, yüzlərlə əhalini qırmışlar... Qərbi Azərbaycanın Uluxanlı (Zəngibasar, Aşağı Necili, Xaçaparaq (Zəhmət), Çobankərə digər kəndləri Andranik Dronun hərbi birləşmələrinin hücumlarına məruz qalırdı".

 

"Seçilmiş əsərləri"nin beşinci cildində professor Teymur Əhmədovun müxtəlif vaxtlarda yazdığı oçerkləri, hekayələri, xatirələri, məqalə ssenariləri, ədəbi qeydləri toplanmışdır. Demək lazımdır ki, sonuncu cild Teymur Əhmədov yaradıcılığının janr müxtəlifliyini, forma məzmun zənginliyini ortaya qoyur. Elə mənim özümün görkəmli bir ədəbiyyatşünas olaraq tanıdığım Teymur Əhmədovun bir yazıçı, senarist publisist kimi zəngin yaradıcılıq yolu ilə tanış oldum. Mərhum akademik Budaq Budaqovun "Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət" adlı ön sözündə bu fədakar alimin yaradıcılığının müxtəlif aspektləri qiymətləndirilir.

 

Professor Teymur Əhmədovun "Mənim həyatım" adlı xatirələrini oxuduqca bu böyük alimin, publisistin qədər çətin, keşməkeşli bir yol keçdiyinin şahidi oldum. Otuz beş ildən çox bir zamanda yaxşı tanıdığımı zənn etdiyim, iyirmi ildən çox bir müddətdə bir yerdə işlədiyim, məqalələrini, tədqiqatlarını həvəslə oxuduğum şəxsiyyətinə sonsuz sayğı duyduğum T.Əhmədovu bu əsərlərində yenidən tanıdım. Müəllif Şəmkirdə yaşadığı uşaqlıq illərini son dərəcə romantik detallarla xatırlayaraq yazır: "Anam uşaqlarla Gəncəyə, bibimgilə qonaq getmişdi. Atam evdə tək qalmayım deyə məni özü ilə işə - gecə növbəsinə apardı. Burada fəhlələr gecəyarı gələcək yük qatarını gözləməli idi. Hamı platformada pambıq tayaları üstündə uzanıb mürgü vururdu. Mən atamla yanaşı uzanmışdım. Yuxum gəlirdi.

 

Paravozun fit səsinə yuxudan ayılanda atamı yanımda görmədim, başımı qaldırmaq istəyəndə rəngbərəng kağızlı konfet sinəmə töküldü. Atam fəhlələrlə vaqondan yük boşaltmağa getmişdi, sakitlik idi".

 

Professor Teymur Əhmədovun "Bənövşə ətri", “Qürbətdə", "İnsanlıq ərşə çəkilib", "Qvardiya batalyonu", "Damcılı bulağın hekayəti", "Müdrik ağsaqqalın dedikləri", "Qorxu", "Şeytanzadə" və başqa hekayə və oçerkləri onun müəllifinin peşəkar bir yazıçı olduğunu göstərir. Görünür, T.Əhmədov elmi yaradıcılığa daha çox üstünlük verdiyindən onun yazıçılığı sadəcə olaraq arxa plana keçmişdir. "Şeytanzadə" hekayə-xatirəsi isə yazıçının yumor hissini ortaya çıxarır. Yazıçı bu hekayəsində başına gələn hadisələrdən danışır; Sovet hökuməti dövründə şöbə əməkdaşları ilə yola getməyən, onlardan daim donos yazan Şeytanzadə yalnız adına görə deyil, obrazın xarakterinin orijinallığına görə də diqqəti cəlb edir. Yazıçının təsvirində professional təsvirlər Şeytanzadənin mükəmməl obrazını yaratması olur. Müəllif Şeytanzadənin əməllərini ifşa etmək məqsədi güdmür, onu oxucuya göstərir, təsvir edir: "Orta boy, dolu bədənli, ağır-ağır hərəkət edən bu adamın sağ əlində tutduğu rəngi solmuş iri portfelində əlyazmaları, xörək dolu banka, boşqab, xörək qaşığı, iki baş sarımsaq gəzdirərdi.

 

Şeytanzadə nahar vaxtı əl-üzünü yumağı unutmazdı. Portfeldə nə varsa çıxarıb stolu üstündə səliqə ilə süfrə açar, heç kəsə məhəl qoymadan xörəyini mırçıltı ilə yeyərdi".

 

"Seçilmiş əsərləri"nin beşinci cildindəki "Xaqani Şirvani", "Nizami Gəncəvi", "Mirzə Fətəli Axundov" ssenariləri müəllif yaradıcılığının zənginliyinin ifadəsidir. Cildin "Ədəbi qeydlər" bölümündə isə tədqiqatçının onlarla ədəbi hadisə haqqında məqalələri, dərc edilmiş monoqrafiyalar barədə resenziyalar, yazılmış dissertasiyalar haqqında rəyləri dərc edilmişdir.

 

Professor Teymur Əhmədovun beşcildlik "Seçilmiş əsərləri" ədəbi, ictimai həyatımızın mühüm hadisəsi olmaqla yanaşı, ədəbiyyatşünaslığın uğuru hesab olunmalıdır. İnanıram ki, müəllifinin böyük zəhmətinin məhsulu olan bu beşcildlik ədəbi, ictimai fikrimiz, ədəbiyyatşünaslığımız üçün ən yaxşı mənbələrdən biri olacaqdır.

 

 

Bədirxan ƏHMƏDOV

525-ci qəzet.- 2016.- 14 aprel.- S.6.