Seyran Səxavətin 70 illiyi Yazıçılar Birliyində qeyd olunub

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Seyran Səxavətin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq yazıçının yaradıcılıq yolundan danışıb: “Bu gün yazıçı dostumuz Seyran Səxavətin ad günüdür. Gənc yaşlarında Seyran şair kimi çıxış edirdi. Sonradan bir-birindən gözəl romanlar, povestlər qələmə almağa başladı bu onda uğurlu alındı”.

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yazıçının müdriklik yaşına qədəm qoyduğunu söyləyib: “Seyran Səxavət Azərbaycanda kifayət qədər tanınan yazıçıdır. Mənim əziz dostumun yetmiş yaşıdır artıq o, müdriklik yaşına qədəm qoyur. Bu gündən sonra qələmi daha kəskin, daha yararlı olsun”.

 

Xalq şairi Nəriman Həsənzadə yubilyarın romanlarında gerçəkliyin böyük müvəffəqiyyətlə əks olunduğunu vurğulayıb: “Onun dilinin gözəlliyi danılmazdır. “Qaçhaqaç” romanında öz müasirləri, qələm yoldaşları haqda xarakterik məqamları olduqca uğurla göstərir”.

 

Xalq şairi Sabir Rüstəmxanlı yazıçı ilə birlikdı keçən gənclik illərindən söz açıb: “Biz Seyranla tələbəlikdə tanış olmuşuq. Tələbəlikdən sonra “Ədəbiyyat incəsənət” qəzetində birgə işləmişik. Zaman yollarımızı ayırsa da, bəzən yaxın, bəzən uzaq olsaq da, ruhən bir-birimizdən uzaqlaşmamışıq... Seyran əvvəllər şeirlər yazırdı. Sonradan nəsri dramaturgiyanı seçdi. Hesab edirəm, o sonradan hiss etdi ki, daha ciddi dildə danışmaq lazımdır. Şeirlərinin ardınca gözəl romanlar yazdı. Bu romanlarda Qarabağ ləhcəsinin bütün şirinliyini özünəməxsus bir üslubla ədəbiyyata gətirdi. Onda çox zəngin dil ehtiyatı təsvir bacarığı var”.

 

Yazıçı-dramaturq Əli Əmirli əsasən yubilyarın dramaturgiyası barədə fikirlərini bölüşüb: “Teatr aləminə daxil olmaq çox çətindir. Ancaq Seyran Səxavət bir ildırım sürətilə teatr aləminə daxil oldu burada layiqli yerini tutdu”.

 

Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Milli Elmlər Akademiyasının həqiqi üzvü Hətəm Quliyev, professor Almaz Əliqızı, Xalq artistləri Flora Kərimova, Fuad Poladov başqaları da yubilyarla bağlı fikirlərini bölüşüb, yaradıcılığından söhbət açıblar.

 

Sonda Seyran Səxavət çıxış edərək, tədbirin təşkilatçılarına qonaqlara minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 16 aprel.- S.13