Görkəmli bəstəkar Qəmbər Hüseynli yad edilib

 

Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində bəstələdiyi dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri var.

 

AZƏRTAC xəbər verir ki, aprelin 14-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkarın 100 illik yubileyinə həsr edilmiş anma mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə böyük bəstəkarın 100 illiyinin bir çox mədəniyyət ocaqlarında qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, mərhum bəstəkarınCücələriməsəri bu gün dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarından biridir. Gəncədə doğulub boya-başa çatan Qəmbər Hüseynli sonralar zəmanəsinin böyük bəstəkarı olan Fikrət Əmirov istedadlı tarzən Zərif Qayıbovla birgə orta ixtisas musiqi məktəbinin tar sinfində təhsil alıb. İlk dəfə Cəfər Cabbarlının sözlərinəTellər oynadıromans-mahnısını bəstələyib. Bu gözəl vokal əsəri 50 ildən çoxdur müğənnilərin repertuarından düşmür.

 

Pedaqogika elmləri doktoru, professor Vidadi Xəlilov sənətinə, xalqına can-başla xidmət edən bəstəkarın özünəməxsus musiqi duyumu, orijinal üslubu ilə fərqləndiyini söyləyib. Qeyd edib ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin xüsusi rəğbət bəstələdiyi Q.Hüseynlinin yaradıcılığında mahnı romans janrı mühüm yer tutur. Sənətkarın romanslarının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən digər əsərləri şəffaflığı, şairanə ehtirası, incəliyi xalq ruhuna yaxınlığı ilə seçilir. Bəstəkarın mahnı çələngində bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi var - “Cücələrim”. Qəmbər Hüseynli deyəndəCücələrimyada düşür. Mahnı indiyədək 100-dən çox xarici dildə səslənib. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması deməkdir. Q.HüseynliQızıl quşuşaq operettasını bitirə bilmədi. Bu, dünyasını çox erkən, 45 yaşında dəyişən bəstəkarın son əsəri oldu.

 

Tədbirdə muzey materialları əsasında hazırlanmış foto-sərgi, slayd-şou bəstəkarın həyat fəaliyyətinə həsr edilmişQəlbin ay işığındafilmindən fraqmentlər nümayiş olunub.

 

Bəstəkarın oğlu Nəsimi Hüseynli tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

Sonda Qədim Musiqi Alətləri Dövlət Ansamblının müşayiəti ilə Q.Hüseynlinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

 

 

525-ci qəzet.- 2016.- 16 aprel.- S.13