AMEA Naxçıvan bölməsinin nəşrlərindən ibarət kolleksiyanın təqdimatı olub

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Naxçıvan Bölməsi alimlərinin əsərlərindən ibarət kitab kolleksiyasının təqdimatı ilə bağlı tədbir keçirilib.Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq son zamanlar Akademiyada aparılan islahat və yeniləşmə işlərindən danışıb. Müasir tələblərə əsaslanan yeni elmi-tədqiqat institutlarının, şöbə və laboratoriyaların yaraılmasının əhəmiyyətindən bəhs edən akademik İsa Həbibbəyli Naxçıvan alimlərinin əsərlərindən ibarət kolleksiyanın təqdimatını da yüksək dəyərləndirib. Akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik olan Naxçıvan diyarının elm, mədəniyyət və ədəbiyyatının öyrənilməsi, habelə təbliği istiqamətində son illər mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Alim görülən bu işlərin nəticəsi olaraq Naxçıvanın tarixinə müstəqillik maraqları əsasında yeni yanaşmanın əsasının qoyulduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarında çalışan alimelmi mütəxəssislərin monoqrafik tədqiqatlarını əks etdirən əsərlərin kolleksiyasının təqdim olunmasını əhəmiyyətli elmi hadisə adlandırıb. Çünki bütün istifadəçilər Naxçıvanda nəşr edilmiş əsərləri bundan sonra rahat şəkildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasından əldə edə biləcəklər.Qeyd olunub ki, Mərkəzi Elmi Kitabxananın Naxçıvan kolleksiyasına bir çox elm sahələrini əhatə edən 300-dən çox elmi əsər daxildir. MEK-in Akademiklər zalının yardımçı fondunda yerləşdirilərək oxucuların ixtiyarına verilən kolleksiyaya "Naxçıvan Ensiklopediyası”, "Naxçıvan tarixiüçcildliyi, "Naxçıvanın Qırmızı kitabı”, "Naxçıvan folkloru antologiyası” (3 cilddə) kimi fundamental əsərlərlə yanaşı tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din, flora, fauna və başqa elm sahələrinə aid çoxsaylı monoqrafik tədqiqat işləri daxil edilib. Bundan əlavə, kolleksiyada ensiklopediyalarbir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də yer alır.AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və kitabxananın digər əməkdaşları kolleksiyanın Azərbaycan xalqının tarixi keçmişini və Naxçıvanın müasir inkişafını əks etdirən əsərlərlə zəngin olduğunu bildiriblər. Qeyd edilib ki, bu da öz növbəsində Naxçıvana ərazi iddiaları irəli sürən ermənilər üçün tutarlı faktdır və əsaslı cavabın ifadəsidir. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov, MEK-in Oxucu-istifadəçilərə xidmət bölməsinin rəhbəri Sevil Məmmədova və başqaları çıxış edərək AMEA Naxçıvan Bölməsi alimlərinin əsərlərindən ibarət kolleksiyanın yaradılmasının əhəmiyyətindən danışıblar.Tədbirdə müxtəlif elm sahələrini təmsil edən əməkdaşlar iştirak ediblər.

 

 

525-ci qəzet.- 2016.- 19 aprel.- S.7.