Qarabağ münaqişəsi Litva radiosunda

 

 

Aprelin əvvəllərində Qarabağda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələr Litva kütləvi məlumat vasitələrinin də əsas təhlil mövzularından biri olaraq qalır.

 

Litva İctimai Radiosunun populyar "Aktual problemlər studiyası"nın xəttilə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və geosiyasi səbəbləri haqqında, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri çərçivəsində indiyədək həll olunmamasının fəsadları barədə 50 dəqiqəlik analitik radio verilişi efirdə canlı yayımlanıb.

 

"Qarabağın Qordion düyünü" adlı diskussiya verilişində Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutunun Beynəlxalq münasibətlər kafedrasının dosenti Dovile Yaknyunayte, Litva-Ermənistan Beynəlxalq Forumunun koordinatoru, vilnüslü hüquqşünas, vəkil Armen Ayrapetyan, litvalı tarixçi, siyasi şərhçi və konfliktoloq İmantas MelyanasLitva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev iştirak ediblər.

 

Radio verilişi tanınmış Litva jurnalisti, rejissor, tarixi-sənədli filmlər yaradıcısı Rimas Brujas aparıb. Verilişin səs yazısı Litva İctimai Televiziya Radio Yayımları Şirkəti mediatekasının aşağıda göstərilən linkində yerləşdirilib: http://www.lrt.lt/mediateka/irasas/1012681515/lrt_aktualiju_studija_2016_04_11_11_05#wowzaplaystart=0&wowzaplayduration=2978000

 

 

525-ci qəzet.- 2016.- 20 aprel.- S.2