Qəmbər Hüseynli yad edildi

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

 

Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı iləQəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq reallaşdırılıb.

 

Məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi, musiqişünas Nabat Əsgərova bəstəkarın həyat yaradıcılığı haqqında məlumat verib.

 

Tədbirdə ölməz sənətkarın həyat yaradıcılığını əks etdirən şəkil materiallardan ibarət videoçarx nümayiş edilib.

 

Sonra məktəbin müəllim şagirdlərinin ifasında bəstəkarın sevilən, unudulmaz mahnıları səsləndirilib.

 

Həmçinin, Q.Hüseynlinin bəstələdiyi və hər kəs tərəfindən sevildiyi “Cücələrim” haqqında ətraflı məlumat verilibvideomateriallar görüntülənib.

 

525-ci qəzet.- 2016.- 23 aprel.- S.13