V Beynəlxalq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

 

Bakı Musiqi Akademiyasının akt zalında İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının (20 yaşadək) V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, Təhsil, Elm Mədəniyyət üzrə İslam Təşkilatının (ISESCO), Azərbaycan Respublikasının gənclər idman, mədəniyyət turizm, xarici işlər nazirliklərinin dəstəyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı iləKainatGənclik Mərkəzinin təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran, İndoneziya başqa ölkələrin gənc musiqiçiləri iştirak edib.

 

Gənclər idman nazirinin müavini İntiqam Babayev tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, festival-müsabiqə ənənəvi hal alıb Azərbaycanda artıq beşinci dəfə keçirilir. Bu il müsabiqədə 8 ölkənin təmsilçiləri iştirak edib.

 

İ.Babayev son illərdə ölkənin mədəniyyət sahəsində qazandığı uğurlardan söz açıb, ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycanın möhtəşəm beynəlxalq mədəni tədbirlərin - festivalların, müsabiqələrin, forumların keçirildiyi məkan olduğunu vurğulayıb. O, Heydər Əliyev Fondununonun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin populyarlaşdırılmasındakı rolunu xüsusi vurğulayıb.

 

İ.Babayev deyib: “Bu layihə bir daha sübut etdi ki, İslam ölkələrinin musiqisi qədim köklərə və istedadlı davamçılara malikdir”.

 

Təşkilat Komitəsinin sədri, “Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə qaliblərin adlarını elan edib. Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti, professor Yeganə Axundovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti pianoçu Məhəmmədəli Paşazadəni (Azərbaycan) Qran-pri ilə təltif edib.

 

1-ci, 2-ci və 3-cü yerləri tutan müsabiqə iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim edilib.

 

Müsabiqə iştirakçıları həmçinin Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyasının həvəsləndirici və xüsusi mükafatları ilə təltif olunub.

 

Müsabiqə İslam dünyası ölkələri gənc klassik musiqi ifaçılarının V Beynəlxalq festival-müsabiqəsinin qaliblərinin qala-konserti ilə tamamlanıb.

 

 

525-ci qəzet.- 2016.- 23 aprel.- S.12