İntiqam Yaşarın “...və susarsan” adlı kitabı təqdim olundu

 

Azərbaycan Gənc Tamaşaçılar teatrında “...və susarsan” adlı kitabın təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, nəşrin müəllifi gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü İntiqam Yaşardır. Kitabın məsləhətçisi şair, publisist, şair Əkbər Qoşalı bildirib ki, İntiqam Yaşar bu toplu vasitəsilə hər kəsi ziddiyyətli aləmə dəvət edir, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmağa çağırır.

 

İntiqam Yaşar orijinal üslubu ilə fərqlənir”. Bu fikri isə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə üzrə məsul katibi, şair Rəşad Məcid deyib. O, həmçinin, gənc yazarın xarakter etibarilə də digər həmyaşıdlarından xeyli fərqləndiyini xüsusi vurğulayıb. Kitabın redaktoru Kənan Hacı və digər çıxış edənlər gənc şairə uğurlar diləyib və hər kəsə yeni nəşrlə tanış olmağı tövsiyə ediblər. 

 

Qeyd edək ki, “...və susarsanİntiqam Yaşarın ikinci şeirlər kitabıdır. Nəşrdə müəllifin son illərdə heca və sərbəst vəzndə yazdığı şeirləri yer alıb. 

 

525-ci qəzet.- 2016.- 26 aprel.- S.7.