Ümummilli lider haqqında   kitabın Afinada  təqdimatı olub

 

 

Ötən həftə Yunanıstanın paytaxtı Afina şəhərində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmmüəllifi olduğu "Görkəmli adamların həyatı" (JZL) seriyasından "Heydər Əliyev" kitabının yunanca nəşrinin təntənəli təqdimatı keçirilib.

 

Mərasimdə Yunanıstan ictimaiyyətinin görkəmli nümayəndələri, ictimai xadimlər, parlament deputatları ölkədəki diplomatik korpus təmsilçiləri iştirak ediblər.

 

İlk dəfə 2006-cı ildə işıq üzü görən kitabı Azərbaycanın Yunanıstandakı səfirliyinin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Dimitris Patelis Panayota Materi rus dilindən yunancaya çeviriblər.

 

"Heydər Əliyev: Lider onun zamanı" adı ilə Afinanın "Enalios" Nəşriyyat Evi tərəfindən nəfis şəkildə yüksək poliqrafik tərtibatla çap olunmuş kitabın təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Respublikasının Yunanstandakı səfiri Rəhman Mustafayev açaraq qeyd edib ki, "Heydər Əliyev: Lider onun zamanı" adlı kitabın yunan dilində araya-ərsəyə gəlməsi iki xalq arasında dostluğun nümunəsi olmaqla yanaşı, həm   ölkəmizin sülhsevər siyasətinin xarici ölkələrdə təbliğinə xidmət edir.

 

Tədbirdə gənclər idman naziri Azad Rəhimov, Milli Məclisin komitə sədri, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos, bu ölkənin Azərbaycandakı ilk səfiri Karolos Qadis, Harvard Tessaliya universitetlərinin dəvətli professoru Nikos Kiriazis çıxış edərək təqdim olunan kitabın məziyyətləri haqqında danışıblar.

 

Azərbaycandan iştirak edən nümayəndələr kitabın yunan dilində nəşrini Ümummilli liderin anadan olmasının 93 illiyinə böyük töhfə adlandırıblar.

 

Kitabın müəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov təqdimat mərasiminin təşkilatçılarına, tərcüməçilərə, Azərbaycanın Yunanıstandakı səfirinə digər iştirakçılara dərin minnətdarlığını bildirib.

 

Mərasimdə Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, daha sonra Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan OperaBalet Teatrının gənc ifaçısı Aytac Şıxəlizadənin ifası dinlənilib.

 

525-ci qəzet.- 2016.- 27 aprel.- S.4.