Azərbaycan üzərinə daha böyük missiya götürüb

 

BAKI FORUMU AZƏRBAYCANIN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN DÜNYADA TƏBLİĞ OLUNMASI İSTİQAMƏTİNDƏ HƏYATA KEÇİRDİYİ FƏALİYYƏTİN YALNIZ TƏRKİB HİSSƏSİDİR

 

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu davam edir. 

 

Dünən tədbirin rəsmi açılış günündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, eləcə bir çox ölkələrin yüksək səviyyəli dövlət hökumət başçıları iştirak edib. Foruma ümumilikdə 146 ölkədən 2 min nəfərə yaxın iştirakçı qatılıb. Onların sırasına beynəlxalq regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri fondların nümayəndələri daxildir. Üç gün davam edəcək Forum çərçivəsində "Dini rəhbərlər zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər", "Vətəndaş cəmiyyəti biznes: sülh, təhlükəsizlik davamlı inkişaf naminə birgə fəaliyyət", "Nifrət çıxışlarının qarşısının alınması bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi", "Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu", "Birgəyaşayışın öyrənilməsi: təhlükə münaqişə problemi", "Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması" digər mövzularda seminarlar keçiriləcək.

 

Forumun açılışında nitq söyləyən Prezident İlham Əliyev  belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin böyük şərəf olduğunu, ölkəmizin multikulturalizm dəyərlərini uğurla yaydığını deyib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı ətraf rayonları işğal etdiyini dedi, xalqımızın etnik təmizləməyə məruz qaldığını, Xocalı soyqırımının törədildiyini, bir milyondan çox insanın qaçqın məcburi köçkünə çevrildiyini, işğal olunan ərazilərdə hər şeyin dağıdıldığını bildirib: "Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur. Məsələnin həlli ilə əlaqədar Ermənistana beynəlxalq təzyiq göstərilməli, münaqişə beynəlxalq hüququn normaları çərçivəsində nizama salınmalıdır".

 

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir isə çıxışında bildirib ki, 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm addımdır: "Ona görə Bakı bu tədbirin keçirilməsi üçün ən münasib yerdir".

 

Sivilizasiyalar Alyansının builki mövzusunun "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış məqsəd"ə həsr olunduğunu deyən Əl-Nasir bunun BMT-nin 2030-cu ilədək olan davamlı inkişaf məqsədlərinə uyğun gəldiyini bildirib. O qeyd edib ki, hazırda zorakı ekstremizmin aradan qaldırılması, dünyada zorakılıq hallarının azaldılması qarşıda duran vacib məsələlərdən biridir bu missiyanın həyata keçirilməsində gənclərin dəstəyindən, onların fəaliyyətindən istifadə olunmalıdır".

 

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan isə Forumun 2016-cı ilin "Multikulturalizm ili" elan edilən Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub. Hazırda Sivilizasiyalar Alyansının BMT-nin ən önəmli qurumlarından birinə çevrildiyini deyən Türkiyə Prezidenti Alyansın məqsədlərinə nail olunması istiqamətində görülən işlərin hələ yetərli olmadığını bildirib. O qeyd edib ki, dünyanın müxtəlif yerlərində baş verən qanlı toqquşmalar terror aktları hələ bizə çox işləməyin vacibliyini xatırladır.

 

Ümumilikdə həm yerli, həm xarici ekspertlər tərəfindən Bakıda keçirilən Forumun işi yüksək qiymətləndirilir. Çünki bu, Forum beynəlxalq ictimaiyyəti bir çox mühüm məsələlərdə birləşdirir, ən əsası da ekstremizm, terorizm, qanlı toqquşmalara qarşı mübarizə sahəsində səylərin birləşdirilməsi istiqamətində birgə fəaliyyətə çağırır, bir növ həyəcan siqnalı verir.

 

Bu mənada, qeyd etmək lazımdır ki, Azərbaycan təkcə Qlobal Forumu təşkil etməklə kifayətlənmək fikrində deyil, əksinə üzərinə daha böyük missiya götürüb, daha ali məqsədlərə çatmağa qarşısına hədəf qoyub. Ona görə , Bakıda keçirilən Qlobal Forum Azərbaycanın multikulturalizm tolerantlıq ənənələrinin dünyada təbliğ olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin yalnız tərkib hissəsi, bir parçasıdır. Azərbaycanın həyata keçirdiyi bu missiya sivilizasiyalar birləşənə, dünyada sülh əmin-amanlıq bərpa olunana qədər davam edəcək.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov ölkəmizdə təşkil olunan mötəbər tədbirlə bağlı fikirlərini bildirərkən qeyd edib ki, bu, Forum multikulturalizmin Azərbaycan təcrübəsini başqa dövlətlərlə bölüşmək imkanı kimi qiymətləndirilməlidir: "Ölkəmiz bütün dünyada multikultural ölkə kimi tanınır. Yeganə dövlətdir ki, millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşaviri Xidməti var. Forumda qlobal, humanitar məsələlər müzakirə ediləcək. Bu, həm Azərbaycan, həm bütövlükdə bəşəriyyət naminə atılan mühüm addımdır. Eyni zamanda, Forum Azərbaycan multikulturalizmini dünyaya daha yaxından tanıtmaq, multikulturalizmdə Azərbaycan təcrübəsini başqa dövlətlərlə bölüşmək imkanı verir".

 

Sözügedən komitənin üzvü, millət vəkili Fazil Mustafa isə VII Qlobal Forumun Azərbaycanın dünyaya inteqrasiyası, tanınması üçün vacib amil olduğunu qeyd edib: "Yeni bir obrazın dünyada tanınması üçün Forum əvəzsiz rola malikdir. Çünki Azərbaycanda dinlər, millətlər arasında bağ kifayət qədər möhkəmdir bu, dünyaya nümunə ola biləcək uzlaşmadır".

 

Millət vəkili belə beynəlxalq tədbirlərin ölkənin problemlərini diqqətə çatıdırmaq baxımından da səmərəli olduğunu vurğulayıb: "Ümid edirəm ki, Forumun Azərbaycanın BMT- mövqeyinin güclənməsi, öz sözünü diqtə etməsi baxımından faydalı olacaq".

 

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir: "Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artması, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rol oynayır. Forumun Bakıda keçirilməsinin əhəmiyyəti 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədardır".

 

M.Seyidov bildirib ki, bu,  Forumdan bir gün qabaq gənclərlə bağlı tədbirin keçirilməsi toplantının işinə xüsusi bir rəng qatıb: "Bu, tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir düşüncələrini öyrənməkdir. Üç gün davam edəcək Forumun işində mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi sair məsələlər öz əksini tapacaq".

 

Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da tolerantlıq siyasəti ilə üzvi şəkildə bağlı olduğunu deyən təşkilat sədri qeyd edib ki, dünənə qədər Azərbaycan və azərbaycanlıları dünyaya qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb: "Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz".

 

M.Seyidov vurğulayıb ki, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə vətəndaş cəmiyyətinin birgə fəaliyyəti öz müsbət nəticələrini verməkdədir: "Hesab etmək olar ki, bu hücum diplomatiyasının ən uğurlu nəticələrindən biridir. Tək elə Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir".

 

Rəsmi Bakının Dağlıq Qarabağ probleminin həlli istiqamətində kifayət qədər ciddi addımlar atdığını bildirən təşkilat sədri qeyd edib ki, son on ildə dünyada gənclər təşkilatlarının da fəallığı xeyli güclənib: "Hazırda dünyada zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə gənclərin fəallığı daha da artıb. Bu mənada, qeyd etmək olar ki, Azərbaycan dövləti də gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir. Ona görə də, əminlikdə deyə bilərik ki, Bakıda keçirilən Qlobal Forum bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı göstərilən birgə səylərə öz töhfəsini verəcək".

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 27 aprel.- S.3