Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirildi

 

 

Bakı Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların “Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfransı keçirilib.

 

Qafqazinfo” xəbər verir ki, rektor, akademik Abel Məhərrəmov Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan bəhs edib. Gənc alim və tədqiqatçılar üçün böyük əhəmiyyəti olan konfransın işinə uğurlar arzulayan rektor onun iki gün davam edəcəyini bildirib. Qeyd edib ki, konfransda Türkiyə, Albaniya, İran, Qazaxıstan, Özbəkistan, ÇexiyaRusiyada da daxil olmaqla ümumilikdə 108 məruzə dinləniləcək. Biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin çıxışından sonra konfrans işiniBitki fiziologiyası, Biokimya, BiofizikaMolekulyar Biologiya”, “Zoologiya”, “İnsanHeyvan Fiziologiyası və Genetika”, “BotanikaMikrobiologiya” bölmələrində davam etdirib.

 

Vəfa Məmmədli

525-ci qəzet.- 2016.- 28 aprel.- S.3.