Mənəviyyat məbədinin sönməyən işığı

 

 

 

Bu günlər itkisinin ağrı-acısını yaşadığımız müdrik ziyalımız, görkəmli alim İmamverdi Əbilovun "Ömrün elmin romantikası" kitabından söz açmaq üçün bir qədər geriyə baxmalıyıq.

 

"Əziz İmamverdi müəllim!

 

Siz bizim günlərdə, çox təəssüf ki, get-gedə azalan həqiqi nadir ziyalılarımızdansınız. Ziyalı - ziya, işıq deməkdirsə, siz Azərbaycanın gözəl bir əyalət şəhərində bu ziyanı, bu işığı yaradan qoruyansınız. Bu işıq uzun illərin zəhməti səyi nəticəsində topladığınız zəngin unikal kitabxananızdan gəlir. Bu ziya ömür boyu görüşdüyünüz, ünsiyyət bağladığınız neçə-neçə görkəmli ədəbiyyat, elm, siyasət, mətbuat adamının xatirələrini - şəkillərini, məktublarını, avtoqraflarını hifz edən mənzil- muzeyinizdən gəlir. Ən əsası isə bu işıq sizin saf qəlbinizdən, pak əməllərinizdən gəlir. Neftçalada, mənzilinizdə yaratdığınız əsl mədəniyyət mərkəzi, Bakı da daxil olmaqla, bütün Azərbaycan üçün örnək göstərilə biləcək mənəviyyat ocağıdır. Hələ çox illər yaşayıb-yaradın. Qəlbinizdəki mənzilinizdəki o müqəddəs çıraq həmişə yanar qalsın".

 

Bu sözlər xalqımızın böyük ziyalısı, böyük yazıçı Anarın İmamverdi Əbilovun "Ömrün elmin romantikası" kitabında dərc olunan məktubların birində yer alıb. Anar müəllimin məktubunun hər sətirindən bənzərsiz, nadir şəxsiyyət olan müdrik ziyalımız İmamverdi Əbilovun haqqında yüksək ehtiram, məhəbbət duyulur, İmamverdi müəllimin keçdiyi həyat yolunu oxucu qısa bir zaman kəsiyində gözləri önündə canlandırır. Hədsiz səmimiyyətlə yazılan bu məktubda işıqlı, nurlu bir ziyalının ömürlüyü, yaradıcılığı müqəddəs amalı elə əks olunmuşdur ki, onun bəxş etdiyi xoş təəssüratdan ayrılmaq olmur.

 

İngilis filosofu Yum Devid "İnsan zəkası haqqında tədqiqat" əsərində yazır: "Müdriklik mə-bədi qayalar başında, tufan qasırğalardan, qəzəb nifrətlərdən çox-çox yüksəklərdə yerləşir. O qədər yüksəklərdə ki, ildırımlar belə ondan aşağılarda çaxır ən dəhşətli insan qəzəbləri ona çata bilmir".

 

Görkəmli ədəbiyyatşünas İmamverdi Əbilov böyüyüb yaşa dolduğu Neftçala şəhərində yaşayıb-yaradıb. Bununla belə, Azərbaycan ədəbi mühiti ilə sıx əlaqədə olub, ədəbi mühitlə nəfəs alıb. Neftçalada yaşamasına baxmayaraq, ölkədəki ədəbi mühitin formalaşmasında yaxından iştirak etmişdir. Daim axtarışda olmuş, yorulmadan elm, ədəbiyyat sahəsində tədqiqat aparmışdır. Öz doğma ocağından ayrılmayan fədakar alim, təvazökar insan öz əlləri ilə, öz qələmi ilə, əməlləri ilə qurub-yaratdığı məbədə - Mənəviyyat Məbədinə sığınaraq mənalı zəngin həyat yolu keçmiş, doğma ədəbiyyatımıza daim xidmət göstərmişdir. Ədalət - ruhun sakitliyidir. İmamverdi müəllim münasibətlərdən, kimliyindən asılı olmayaraq daim vicdanının itaətində olub, Tanrının ona bəxş etdiyi istedada - qələminə xəyanət etməyib, təmənnalı olmayıb, haqqı-nahaqqa verməyib. Hər cümləsindən Türkçülüyün, Turançılığın ətri gələn bu azman qələm sahibi saysız-hesabsız elmi-publisistik əsərlər, 20-yə yaxın monoqrafiya "Uzaq keçmişimizdən, uzaq gələcəyə", "Orta məktəbdə siyasi lirikanın tədrisi", "Təbiətin təfəkkürün möcüzəsi", "Rəsul Rzanın yaradıcılıq yolu", "Zamanla vaxt arasında", "Xatirələr işığında", "Ömrün elmin romantikası" kimi dəyərli, fundamental əsərlərin müəllifidir.  Alimin gərgin əməyini - müqəddəs amalını əks etdirən "Ömrün elmin romantikası" kitabı Azərbaycan ziyalılığına, ədəbiyyatımıza bəxş olunan nadir incilərdəndir.

 

İmamverdi Əbilovun zəngin mənalı həyat yoluna işıq salan kitabın redaktoru tərtibçisi onun çoxşaxəli yaradıcılığının bütün incəliklərinə dərindən bələd olan övladı Azər Turandır. Kitabdakı "Ay qədər işıqlı uzaq..." adlı işıqlı dəyərli, həssaslıqla, ürək döyüntüsü ilə yazılmış ön söz filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Elnarə Akimovaya məxsusdur. Elnarə xanım bir bölgədə - Neftçalada yaşayıb-yaradan alimin - Ayın nurunun bütün Azərbaycana bəxş etdiyi hikmətindən söz açaraq kitaba güzgü tutur: "İmamverdi Əbilovun yurdu XX əsr ziyalıları üçün Kür qırağının seyrangahı olub, ərklə açılan dost evi, mənəvi huzura qovuşduqları məkan olub. Bu evdə ömrün elmin romantikası qoşa yaşanıb.

 

...Bu, bir Ömür kitabıdır. Amma sadəcə, oxunmalı deyil, həm öyrənməli, yaşanmalı, nəfəs kəsincəyə qədər duyğularına hakim ola biləcək Ömür kitabı...".

 

Bu sözlərin sadəcə söz xatirinə, yazı xatirinə yazılmadığı, tam səmimiyyətlə deyildiyi elə kitabın ilk səhifələrini vərəqlədikcə duyulur. "Xatirələr işığında" başlığı altında gedən yazılarda bir ömrün deyil, neçə-neçə ömürlərin romantikasını sanki onlarla birgə yaşayırsan, sehrlənirsən. "Xatirələrin işığı ilə" gəzib "Məktublar"a - canlı şahidlərə qulaq asırsan, respublikamızın tanınmış şəxsiyyətlərinin məktublarını öz "mənzil-muzeyi"ndə illər uzunu qoruyub-saxlamış vətənpərvər, müdrik ziyalının nurlu siması gözlərimiz önündə canlanır.

 

Tənqid ədəbiyyatşünaslıq bölməsində Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Rəsul Rzanın, Süleyman Rüstəmin, Cabir Novruzun, İbrahim Kəbirlinin, Sabir Əhmədovun, Nəriman Həsənzadənin, Bəxtiyar Vahabzadənin, Mədinə Gülgünün onlarla tanınmış yazıçı şairlərin əsərləri haqqında olduqca maraqlı, dərin məzmunlu yazılara yer ayrılıb.

 

Sevindirici haldır ki, kitabda Gəncə ədəbi mühitindən dəyərli yazıçımız Qərib Mehdinin "Ədəbiyyat incəsənət" qəzetində çap olunmuş "Yaralı mərmər" (1970) "Ucalan dağlar" (1973) kitabları haqqında yazılmış resenziyalar onun İmamverdi Əbilova ünvanladığı 2 məktub dərc olunub. Söhbətimiz zamanı Qərib müəllim bu barədə dedi:

 

- Ağlıma gəlməzdi ki, görkəmli alimimiz İmamverdi Əbilovun "Ömrün elmin romantikası" adlı möhtəşəm kitabında ədəbiyyatımızın nəhəngləri ilə bir sırada mənim imzam yer alsın. Özü dörd dəfə - İ.Əbilovun mənim "Yaralı mərmər", "Ucalan dağlar" kitablarım haqqında resenziyaları mənim ona iki təşəkkür məktubum. Bunları görmək öz gözlərimlə oxumaq məni həm təəccübləndirdi, həm sevindirdi. O, ömrü boyu seçimli imzalara yox, ədəbiyyata, söz sənətinə qulluq etmişdir. Onun tarixi İskəndəriyyə kitabxanasına bənzəyən zəngin kitab sakinli evinə nəzər yetirmək kifayət edər.

 

İmamverdi müəllim haqqında görkəmli sənətçilərimiz, ədəbiyyatşünaslarımız qiymətli fikirlər söyləmişlər. Geninə-boluna ölçülüb-tikilmiş, elmdən, əməkdən, xeyirxahlıqdan yoğrulmuş bu tərif köynəkləri qədər obyektiv olsa da, yenə onun əyninə dar gəlmişdir.

 

Deyilmiş fikirləri təkrarlamaqdan ehtiyatlansam da, yenə onunla bağlı üç cəhətə, ötəri olsa, toxunmaqdan yan dura bilmirəm:

 

Birincisi. İmamverdi müəllim ömrünün son anına qədər doğma Neftçalasını tərk etmədi. Yaradıcılığının azman məhsullarını bu ocaqda yaşayıb-yaratdı. Bununla o, son dərəcə vacib olan bir nəsnəyə - ədəbi urbanizasiyaya sinə gərdi ədəbiyyatımızın ərazi bütövlüyünün bayraqdarına çevrildi. Ustad sənətkar bu çətin faydalı yolu seçməklə təklənmədi. Yazıçı şairlərdən - Gəncədə Altay Məmmədov, İsmayıllıda Musa Yaqub, Qazaxda Barat Vüsal başqa qələm sahibləri onun mövqeyini müəyyən qədər möhkəmləndirdilər.

 

İkincisi. İmamverdi müəllimin çoxşaxəli yaradıcılığı həm itkilərin saxlancıdır. Neçə-neçə itmiş sənədlərin, məktubların əsli onun etibarlı arxivində qorunub saxlanır. Onun qayğıkeşliyi və sənəd intizamı ayrıca bir məktəbdir.

 

Sonda bir məqamı da qeyd etməyi vacib bilirəm: İmamverdi Əbilov Neftçaladakı müqəddəs məkanın - mənəviyyat məbədinin işığını elə yandırıb ki, o işıq heç vaxt öləziməyəcək, sönməyəcək, əksinə, getdikcə nurunu artıracaq. Çünki müdrik ziyalımızın "Ömrünelmin romantikası" kitabı mənəvi ucalığa gedən yolumuzu daim işıqlandıracaq.

 

 

ÜMBÜLBANU

Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı

525-ci qəzet.- 2016.- 29 aprel.- S.8