Azərbaycanqəzetində parlament hesabatları şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Noyabrın 27-də deleqasiya Şuşaya Zəngəzura əzimət etdi. Bir neçə gün Şuşada qalıb heyət ümum qəza əhalisinə əmin asayişlə yaşamalarını təkliflə xəbər verdi ki, ingilislər onların müttəfiqləri heç vəqt xəta ixtişaşa razı olmayacaqlardır.

 

Bir neçə gün Şuşada qaldıqdan sonra deleqa heyəti Zayox denilən yerə gedib ki, haman yerdə müharibə oluyordu. İngiltərə nümayəndəsi Andronikin yanına gedib məktubu vermiş bildirmişdir ki, asayiş bərpa edilməsə bütün məsuliyyət onun öhdəsinə düşəcəkdir. Bundan əlavə sair adamlara da teleqraf çəkmişdi. Çünki o zaman ermənilər çox yerdə baş qaldırıb Gəncə, Qazax, Cavanşir Cəbrayıl qəzalarında quldur dəstələri kibi görüyorlardı.

 

Andronikə yazılan məktubu bən görməmişəm. Amma özlərinin dediklərinə görə haman teleqraflar məzmununda imiş (teleqrafları oxuyur). Sonra Tomson Şuşadakı deleqatlara teleqraf çəkərək Tərtər, Qazaxsair yerlərə də getmələrini tövsiyə etmiş və filhəqiqə onlar da Şuşadan sonra oralara gəlmişdilər. Bu işdən sonra bir neçə gün tam sakitlik oldu. Qəzalardan şikayət xəbəri gəlmədi. Fəqət üç-dörd gün sonra yenə teleqraf, teleqraf üstündən yağmağa başladı ki, Andronik öz dəstələri ilə hərəkata davam ediyorlar. Çünki müsəlmanlar ingilis heyətinə inanıb səngərlərindən çıxmışlar və ermənilər haman saat fürsətdən istifadə edərək başlamışlar kəndləri yandırıb arvad uşaqları dağlara, meşələrə salmağa. Bu xəbər yetişən kibi biz əlimizdə olan hər növ tədbirləri gördük və dekabrın 3-də Tomsona böylə bir məktub yazdım (oxuyur). Aldığımız teleqrafların da surətini göndərdim. Biz əskəri qüvvə göndərməklə bərabər Tomsondan da xahiş etdik ki, tədbir görsün. Tomson Zəngəzura yeni bir heyət göndərməgi lazım bilib xəbər verdi ki, bu səfər heyət əskəri surətdə olmalıdır. Bu heyət 15-ə qədər ingilis əskər və zabiti, 2 zirehli avtomobilbir nəfər bizim nümayəndəmizdən ibarət idi. Şuşaya getmişlərdir. Fəqət heyət hələ qayıtmamış və nə etdikləri barəsində bir xəbər yoxdur. Şuşadan o tərəfə getmələri həqqində məlumatımız yoxdur.

 

Heyət gəldikdə, yaxud cavab alındıqda sizə bəyanat verməgə özümü borclu biliyorum. Qəzetələrdə bir xəbər vardı ki, guya general Tomson tərəfindən əvvəl dəfə Andronikə məktub göndərildikdə Qarabağın ümuri-idarəsi guya Andronikə tapşırılmış imiş. Şübhəsizdir ki, böylə olsaydı hökumətimizin kökünə əl atmış olardılar. Əgər böylə olsaydı Azərbaycanın hüququna təcavüz edilmiş olurdu. Halbuki biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəgik ki, kənardan gəlib Azərbaycanın hüququna təcavüz etsinlər (gurultulu alqış). Aşkardır, hökumət laqeyd baxa bilməzdi ki, başqaları gəlib Azərbaycanda hakim olsun. Bu xəbərləri eşitdikdə bən təhqiqata başladım. Bən əmin idim ki, mədəni hökumət hüququmuzu təpikləyib əlimizdən almazlar. Zənnim doğru çıxdı. Buna bir çox sübutlarım da var. Əmin olunuz ki, Tomson tərəfindən Andronikə qəzetələrdə denilən kibi məktub yazılmamışdır. Bən heyət gedən zaman Tomsona dedim ki, Qafqasiya çox heyətlər görmüşdür. Söz ilə degil başqa yol ilə icrayi-təsir etmək lazımdır.

 

Sonra yenə alınan teleqrafları oxuyaraq nitqinə davamla Rəisi-Vükəla həzrətləri diyorlar ki, bu surətlə müttəfiqlər ilə lazım olan tədbirləri görmüşəm. Bunlardan başqa öhdəmizdə xüsusi vəzifəhlərimiz də vardır. Əskəri qüvvəmizin silah gücü ilə hərəkət etməsi həqqində əmr verilmişdir. Bu xüsusda müfəssəl məlumat vermək istəmiyoram. Andronikin və çətəsinin məqsədi Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırıb Ermənistana mülhəq etməkdir. Bunların müqabilinə əskəri qüvvə göndərildikdə bir qədər sakit olub sonra yenə fürsət tapan kibi işə başlıyorlar. Azərbaycan keçmişdə və hazırda heç vəqt ixtilaflı məsələləri silah gücü ilə həll etmək istəməmişdir. Hərgah böylə məsələlərin həlli üçün silaha sarılmaq lazım gəlmişsə məcbur olmuşuq. Hər bir ixtilaflı məsələyi sülh ilə həll etməgə çalışaraq qonşularımıza da böylə təklif etmişik. Azərbaycan hökuməti erməni, müsəlman və sairənin qanı tökülməmək üçün var qüvvəsilə çalışmışdır. Yenə bu uğurda çalışmalıyız. Əgər silaha sarılmaq məcburiyyətində qalsaq hamı bilməlidir ki, bizi vadar və məcbur etmişlərdir. Hökumət namındən diyorum ki, biz bu məsələnin qansız, zərərsiz həllinə çalışır və çalışacağız. Əks surətdə hökumət silah qüvvəsilə Azərbaycan Cümhuriyyətini hər bir təcavüzdən mühafizə edəcəkdir (Mərkəzdən və soldan alqış).

 

Mabədi var.

 

Qarabağ əhvalı ətrafında

 

General Tomsondan Azərbaycan Rəisi-Vükəlası Fətəli xan Xoyski həzrətlərinə 20 qanuni-əvvəldə böylə bir məktub gəlmişdir:

 

Rəisi-Vükəla F. Xan Xoyskiyə

 

Dövlətli əfəndim!

 

Znamya Truda” qəzetəsinin 17 qanuni-əvvəl tarixli nömrəsindəki - general Tomson tərəfindən Qarabağın mühafizəsi general Andronikə verildigi xəbəri həqiqətə müvafiq degil və əsasdan xalidir.

 

Bakı müttəfiqlər qoşunu komandanı naminə

General Tomson, “Azərbaycan”, 22 dekabr 1918, ¹70

 

Mövsuq - mötəbər

Əsəfnak - təəssüb ediləcək

Həmsayə - qonşu

İstizah - açıq izah tələb etmə

Filhəqiqə - həqiqətən

 

Azərbaycan Məclisi-Məbusanında 4-cü (fövqəladə) iclas (Mabəd)

 

Əhməd Cövdət - Əfəndilər! Bugünki iclasın təcili surətdə çağırılmasına səbəb iki məsələ həqqində Məclisi-Məbusan sədarətinə sosialistlər namindən verilmiş məktub olmuşdur. Bu iki məsələnin həlli bütün Zaqafqasiya zəhmətkeşləri üçün pək mühümdür. Biri Qarabağ hadisəsi, digəri gürcü-erməni müsadiməsidir. Qarabağ məsələsi mahiyyətcə ikinci məsələ ilə əlaqədar və şəkil cəhətdən bərabərdir. Məlumdur ki, Qarabağda 3-4 aydır sakitlik yoxdur. Andronik başına bir dəstə yığıb kəndləri dağıdaraq insanları məhv ediyor. Hökumət qoşunu və məhəlli əhali müqabilə və müqavimət etdikdə çəkilməgə məcbur olmaqla bərabər, sonra yenə öz işinə başlıyor. Bu işlər nə üçün oluyorlar? Bu dəstənin başında duran kimdir və məqsədi nədir?

 

Andronik məşhurdur: Türkiyədə çətəbaşı idi. Osmanlıda uzun müddət müharibə edərək müsəlman və ermənilərin qanları tökülməsinə səbəb olmuşdur. Avropa müharibəsində Qafqasiya cəbhəsində Türkiyə əleyhinə dava ediyordu. Hərb zamanı onun hərəkəti müharibə tərzində olmayıb zülmü aləmə aşkar olmuşdur. Sonra Andronik İrəvan, Naxçıvan və Ordubad mahallarına və oradan İrana keçmişdir. Yolda müsəlman kəndlərini dağıdıb xarabazara döndərmişdir. Hər tərəfdən qovulduqdan sonra Qarabağa gəlmişdir. Onun dedigi nədir?

 

Diyor ki, bən buranı Ermənistana tabe etmək istiyoram. Rəisi-Vükəlanın buyurduğu kibi Andronikin kim olduğu erməni hökumətindən sorulduqda Ermənistan hökuməti Androniklə əlaqədar olmadığını, onu quldur kibi tanıdığını bəyanla, onunla necə bilirsiniz öylə rəftar ediniz - deyə cavab veriyor. Andronik bura erməniləri ilə əlaqədar olmadığından, yəni tökülən qanlara heyfi gəlmiyor. Dağılan xanimanlara ürəyi yanmıyor. Bən deyirəm ki, Andronik insaniyyət düşməni olmaqla bərabər yalnız müsəlman kəndləri degil, erməni kəndlərinin dağılmasına bais oluyor. Burada gizli bir məsələ vardır:

 

Qarabağ mahalının Azərbaycan əlində qalmasına mane olaraq orayı Ermənistana yapışdırmaq. Bu fikir ermənilərin baş firqəsi olanDaşnaqsütyun”un məramıdır. Bu firqə hətta Petroqradda Qafqasiyanın təqsimi məsələsi həll olunarkən bir layihə təqdimlə, Zəngəzurun Ermənistana ilhaqını tələb etmişdi. Bu məsələyə Tiflisdə dübarə baxılıb nahiyə Mərkəzi Əmələ Əskəri Şurası tərəfindən rədd edildi. O vəqt topraq hüdud məsələlərinin həlli üçün bir komissiya təşkil edilmişdi. O zaman millətlər ayrılmamış olduqlarından məsələ ümumi idi. Şimdi isə burası bir dövlət məsələsi olmuşdur. Hərçənd erməni hökuməti bizə diyor: Qarabağla işimiz yoxdur, Qarabağı istəmirik Andronik ilə əlaqəmiz yoxdur. Lakin işin mahiyyəti bundadır.

 

Əfəndilər, bizim firqəmiz ümum sosialistlər cəmaətin bütün kəndlilərin mənafeyini güdüyorlar. Biz hər vəqt böylə məsələlərin silah gücü ilə degil sülh ilə həll olunmasına çalışmışıq. Bu məsələlər güzəşt hökm vasitəsilə həll edilməlidirlər. Bu gün bunca qurban verilən cahan müharibəsi bitdi. Lakin ixtilaflı məsələlər həll olunmadılar. Bunların həlli üçün hələ ümumi konfrans vaqe olacaqdır. Bu gün hər tərəf məsələnin silah gücü ilə həllini zərərli görüyor.

 

Hərgah Ermənistan ilə Azərbaycan, ya Gürcüstan arasında müharibə vüqu bulsa bu millətlər məhv olarlar. Bu hərb, hərb degildir. Çünki müharibə edən böyük dövlətlər hərb qanununa riayət ediyorlar. Hərbdən sonra müharib millətlər dost ola bilirlər. Lakin Qafqasiyada müharibə millətləri zəhərləyib olmazın fəlakətlərə düçar ediyor. Qafqasiya məsələsi rəsmi müharibəyə bənzəməz. Hazırda Qarabağda dava olur. Ermənilər müsəlmanlar ilə vuruşurlar. Biz böylə müamilənin bitirilməsini tələb ediyoruz. Bizim fikrimizcə məsələ sülh ilə həll olunub orada yaşayan millətlər hüsni-idarə edilməlidirlər. Gərək erməni gərəksə müsəlman üçün Ermənistandamı ya Azərbaycandamı yaşamağın heç fərqi yoxdur. Əlbəttə bir millətdən ötrü öz idarəsilə yaşamaq daha yaxşıdır. Fəqət həyat məsələsi gəldikdə böylə fikirlərdən əl çəkməlidir. Qarabağda yalnız müsəlmanlar deyil, ermənilər zərər görüyorlar. Bu gün bir müsəlman kəndi, sabah bir erməni kəndi dağılıyor. Bunlarda yaşayanlar həp insanlardır. Hər iki tərəf zərər çəkib tələfat veriyor. Bizim təklifimiz budur ki, bu məsələ silah gücü ilə degil, sülh ilə həll edilməlidir. Fəqət əfəndilər, Andronikə bir quldur kibi baxmaq olmaz. Onun müəyyən bir məqsədi var: erməni ünsürünü Azərbaycandan ayırıb Ermənistana tabe etmək.

 

Lakin bu surətdə də məsələyi sülh təriqilə həll etmək olardı. Amma o cür ki Andronik başlamışdır, böylə olamaz Rəisi-Vükəla buyurdu ki, deleqasiya göndərilməsindən bir faidə çıxmadı. Fəqət zənnimizcə bəzən ziyadəsilə faidə hasil oluyor. Madam ki, erməni cəmaətinin burada razılığı yoxdur, deməli heyəti-mürəxxəsə göndərilməsindən bir nəticə çıxar. Bir də vəqtilə Andronik ingilis xidmətində idi. Onlardan pul alıyordu. Bu surətlə ingilislər vasitəsilə Andronikə icrayi-təsir etmək olar. Onu Zəngəzur mahalından çıxarmaq lazımdır. Əks surətdə nə müsəlmanlar rahət ola biləcəklərdir, nə ermənilər. Lakin əfəndilər, biz böylə nümayəndələr göndərmək tərəfdarı olmaqla bərabər istəriz ki, bu məsələnin sülh ilə həlli həqqində ermənilər dəxi təşəbbüsatda bulunmuş olsunlar. Ancaq biz buna tərəfdar ikən Qarabağdakı tufana, evlərin dağılmasına, ailələrin kəsilməsinə göz örtüb duramayız. Qarabağdasair yerlərdə erməni və müsəlman cəmaətinin müdafiə və mühafizəsi üçün hər vəqt hazır qüvvəmiz olmalıdır. (Alqışlar) Oraya iki danə ingilis zirehli avtomobili göndərilməsi azdır. Biringilis qüvvəsinin getməsini biz istəməzdik. Biz istərdik oraya Azərbaycan qüvvəsi göndərilsin. (Alqış) Oraya gedən qüvvə cəmaətin öz içindən çıxmış olmalıdır ki, cəmaət də bilsin ki, gələn qüvvə onun hüququnu müdafiə edəcəkdir. Biz nə qədər hərb tərəfdarı olmasaq da bu vəqt Qarabağda qüvvəyi-cəbriyyə icrasını da rədd etməyib, biləks istiyoruz.

 

Bədə Mahmudov Mustafa bəy səs alaraq diyor:

 

Möhtərəm məbuslar!

 

Qarabağ məsələsi həqqində o ki lazım idi söylədilər. Bu məsələdə sizin fikrinizi mühüm bir nöqtəyə cəlb ediyoram: Rəisi-Vükəlanın və natiqlərin nitqlərindən bu anlaşıldı ki, guya Andronik ilə erməni hökuməti arasında bir əlaqə yoxmuş. Andronik Türkiyə təəbəsi olub, sənəti çətə düzəldərək mübarizə etmək imiş. Pəs böylə olanda o kimdir? (soldan - daşnaq). Bu bir quldur, bir asi imiş. Böylə isə onun tutulub öldürülməsi lazımdır. Lakin böylə bir adamla müttəfiqlər nümayəndəsi arasında irsal-mərsul varmış Qarabağ ətrafının mühafizəsi ona tapşırılmış imiş.

 

Sədr: Rəisi-Vükəla o məzmunda irsal olmadığını bəyan etdi.

 

Mahmudov - (nitqinə davamla) Çox gözəl! Arzu olunardı ki, böylə irsal-mərsul olmasın. Bu böylə isə bu məsələ barəsindəMüsavatfirqəsi parlamana böylə bir proqramla təklif ediyor (oxuyur).

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 30 aprel.- S.21