Pedaqoji Universitetdə Qəşəm Nəcəfzadə ilə görüş

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə  tələbələrin görüşü keçirilib.

 

Tədbiri Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov açıb:

 

"Bu tədbir tələbələrin arzusu ilə keçirilir. Burda hamı sərbəstdir. Yaxşı sual cavablar, oxunan şeirlər haqqında maraqlı fikirlər şair oxucu dialoqunda  üzə çıxacaq. Ona görə ki, dəvət etdiyimiz şairAzərbaycanjurnalının poeziya şöbəsinin  müdiridir, müasir ədəbi prosesin içindədir”.

 

Sonra tədbirin gedişi tələbələrin ixtiyarına  buraxılıb. Tələbələr əvvəlcə şairin şeirlərini əzbər söyləyiblər, sonra  suallarını ünvanlayıblar. Onların arasında öz şeirlərini oxuyanlar da olub. Şair həmin şeirlər haqqında fikirlərini söyləyib.

 

Heca sərbəst şeirin bugünkü vəziyyəti, “qafiyə sindromu”, modernizm postmodernizm məsələləri tələbələri ən çox düşündürən suallar kimi diqqəti çəkib.

 

Bununla bağlı şairin fikri tələbələrin ürəyincə olub: “Nədən yazırsansa yaz, amma gözəl yaz”.

 

Tədbirin sonunda Q.Nəcəfzadə yeni şeirlərini oxuyub Adı Qəşəmşeirlər kitabını tələbələrə hədiyyə edib.

 

M.ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 30 aprel.- S.13