Afaq Məsud dünyası

 İkinci yazı

 

 

 

 

Azərbaycan ədəbiyyatının, ümumən ədəbi-ictimai fikrin tarixində yetmişinci illər altmışıncı illərdən başlayan demokratikləşmə hərəkatının ən məhsuldar dövrü idi.

 

İsa Hüseynov (sonradan Muğanna), Yusif Səmədoğlu, Anar, Elçin başda olmaqlayeni ədəbiyyatartıq özünü təsdiq etmişdi. Köhnə ədəbiyyat”ınfəhlə qardaşiləkəndli bacı”sı hələ yaşasa da, heç bir ideya- estetik əhəmiyyət daşımırdılar.

 

Afaq Məsud ədəbiyyata buinqilabillərində gəldi.

 

Fikrimizcə, genotipoloji bir müqayisəyə ehtiyac var: Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev... birinci nəsil idi; sonra ikinci nəsil gəldi - Yusif Səmədoğlu, Anar, Elçin... Afaq Məsudu İsa Hüseynovla müqayisə etmək olar...

 

İsa Hüseynov birinci nəsildən olmaq üçün gecikib, Afaq Məsud isə üçüncü nəsildən olmağa tələsib...

 

Gənc yazıçının ilk kitabına yazdığı ön sözdə Xalq yazıçısı Süleyman Rəhimov deyir:

 

Mən Afaqın əsərlərini oxuyan gündən onun yaradıcı qələminə böyük ümidlə baxmışam. Budur, Afaqın hekayələr toplusu gözümün qabağındadır.Günayın yuxusuhekayəsini əlimdə qələm oxumağa başlayıram”...

 

Birinci nəslin üçüncü nəsliəlində qələmoxumasından maraqlı ola bilər?..

 

Süleyman Rəhimov Əli Vəliyevin dostu ( məsləkdaşı) idi...

 

Afaq Məsud müsahibələrindən birindəSiz məşhur yazıçı Əli Vəliyevin nəvəsisiniz. Bir yazıçı kimi formalaşmağınızda babanızın rolu olubmusualına belə bir cavab verir:

 

Genetik baxımdan ola bilər ki, olub. Amma babamın mənimlə bu sahədə məşğul olduğu yadıma gəlmir. O, çox hövsələsiz adam idi. Son illər isə qocalıq şəkər xəstəliyi onu daha səbrsiz etmişdi. On yeddi nəvəsindən birinincızma- qaraylaməşğul olması o dövrlər onun üçün elə əhəmiyyət kəsb eləmirdi. İlk hekayələrim nəşr edildikdən sonra bəzən zarafatla mənəkolleqadeyə müraciət edirdisə , hər hansı hekayəmi oxuduğu yadıma gəlmir”.

 

Afaq Məsud yetmişinci illərdə nədən yazırdı?.. necə yazırdı?..

 

Bu suala Nəzmiyyə Axundova belə cavab verir:

 

Onun ilk hekayə povestlərində hadisələr dar bir məkanda - ailə məişət sferasında cərəyan edirdi. Bunu müəllifə irad tutanlar da olurdu, amma unutmaq lazım deyildi ki, ailə cəmiyyətin tərkib hissəsidir burada baş verən olaylar cəmiyyətdəki hadisələrin, mənəvi- əxlaqi proseslərin əks- sədasıdır”.

 

Qonaqlıq”, “Üçüncü mərtəbədə”, “Telefonda işıq”, “Həsən əmihekayələrini təhlil edən müəllifin sonuncu hekayədən çəkdiyi misal onun mövqeyinin tamamilə doğru olduğunu göstərir:

 

Həsən əmi ailəsi ilə elə bil cəmiyyətdən ayrı yaşayırdı. Heç kəslə əlaqə saxlamağı sevməzdi. vardısa, burda - bu dörd divarın arasındaydı. Evlərində hamı bir- birini tərifləyə- tərifləyə səhərdən axşama kimi işləyib özünü öldürürdülər, amma ortaya bir şey çıxmırdı. Sonra da hərə öz otağına çəkilib baş sındırırdı”...

 

Dörd divrararasından çıxmaq, yaxudbeşmərtəbəli ev”in altıncı mərtəbəsini arzulamaq 60- , 70- ci illər Azərbaycan nəsrinin ən mühüm ideallarından biri idi...

 

Afaq Məsudun diqqəti cəlb etmiş hekayələrindən biriBekaradlanır. bu hekayə tələbə bir oğlanın artıq vərdişə, xasiyyət- xarakterə çevrilməkdə olan duyğularının, düşüncələrinin, təhtəlşüur hərəkətlərinin kifayət qədər müfəssəl təsvirini verir. Yatağında uzanıb gözlərini tavana zilləyərək orada dağlar, dərələr təsəvvür edən, yaxud otağın üçün dairəvi deyil, dördkünc olduğu üzərində baş sındıran bu gənc bitib-tükənməyən xəyallar aləmindədir...

 

Gərnəşə- gərnəşə fikirləşirdi ki, axı niyə belə axmaq- axmaq şeylər barədə düşünür? Bekarçılıqdandı  nədi? Anası deyərdi ki, bekarçılıqdandı.

 

Balışı başının altında yastıladıb bir az da bekarçılıq haqqında fikirləşdi. Bekarçılıq, əslinə qalanda, elə pis bir şeyə oxşamırdı. İnsanın məhz bekar vaxtlarda özü barədə, yaşadığı dünya barədə dərindən- dərin fikirləşməyə macal tapdığını müəyyənləşdirib rahatlandı”...

 

Riyaziyyatçı tələbəni səs salan, “zəhlə tökən” hər şey əsəbləşdirir. Hətta dayanmadan çıqqaçıq salan divar saatı da...

 

Saat işləyirdi, anası işləyirdi; anası işləyirdi, saat işləyirdi. Anası yuxuya qalanda saat danqıldayıb oyadırdı. Saat yatanda anası onu işə salırdı. Elə bil ikisibir idarənin işçiləri idilər.

 

Bəzən ona elə gəlirdi ki, anası saatı ondan çox istəyir”...

 

Bütün gününü bekarçılığın tərəddüdlü xəyalları içərisində keçirən gənc hər şeyə, hər kəsə, hətta evdəki anasına qarşı da laqeyddir. Və bu laqeydlik, təbəddülatlı münasibət həm də şüuraltı təhlillər, sorğu- suallarla müşayiət olunur...

 

“...Qəfildən öz- özünə vahimələndi. Fikirləşdi ki, bəlkə, başına hava gəlib, dəli olub?!.”

 

Hiss edir ki, anası da yorulub, hər gün təkrarlanan həyatdan bezib, ancaq əllərini dizləri üstünə qoyub yatmış anasına hər hansı köməkdən məhrumdur...

 

Və hekayə aşağıdakı sözlərlə bitir:

 

“Başını ehmalca anasının ayaqlarına söykəyib qaldı və çox keçmədi ki, eləcə oturduğu yerdə yuxuladı”...

 

Yazıçı heç bir praktikya enprik nəticə çıxarmır, hadisələrə və ya vəziyyətə müdaxilə etmir, sadəcə, sözün geniş mənasında, bekar bir gəncin mənəvi dünyasına tərcümanlıq eləməklə kifayətlənir...

 

Kişi obrazları qadın yaradıcılığında. Və yaxud patriarxal cəmiyyətə feminist nəzər” məqaləsinin müəllifi, ədəbiyyatşünas Maral YaqubovaBekara maraqlı bir təhlil verir:

 

Afaq Məsud kişinin mövqeyini oğul funksiyasında da müəyyənləşdirməyə çalışır.

 

...Ananın aktivliyi müqabilində... oğulun passiv hərəkətləri... cəmiyyətin funksional dominantı kimi onun öz funksiyalarından imtina etməsi xarakterizə olunur. Yataq və mətbəx arasında ani məkan dəyişikliyi yaşayan qəhrəmanın cəmiyyətin standart ölçülərindən asılılığı bitmir. Mətbəxin dominantı qadının vasitəçiliyi olmadan kişinin mətbəxlə birbaşa təması qadın- kişi kombinasiyasının bütün asılılıqlarının itməsini səciyyələndirir”.

 

Maral Yaqubova davam edir:

 

“Özünüdərkin ifratında dördkünc (standart) cəmiyyətə sığmayan dairə, çevrə axtaran qəhrəman nədənsə Frans Kafkanın “Çevrilmə”sinin baş qəhrəmanını xatırladır. Bekarçılıq hekayədə ifrat idrakın (arzulanan dairəvi forma) xətlənmiş dördkünc çərçivəyə sığmamasının nəticəsində yaranır... Hekayədə patriarxalmatriarxal cəmiyyət qarşılaşdırılır, oğulana obrazlarının timsalında, cəmiyyətin yükü qadın çiyinlərinə düşəndə nə baş verə bilər?.. Kişi cəmiyyətin girdabında boğula bilir, zəif təsəvvür edilir”.

 

Və belə bir nəticəyə gəlib çıxır ki, “ümumiyyətlə, Afaq Məsud yeni sosial iyerarxiyada qadını kişidən bir pillə öndə yerləşdirir. Bu, müəllifin feminist mövqeyindən irəli gəlirdi... Əslində, feminizmin Azərbaycan ədəbi fikrində təzahürünün hələ Sovet cəmiyyəti kontekstində baş verməsi Afaq Məsud yeniliyidir”.

 

Müəllifin mülahizələrini (və ümumiləşdirməsini) şübhə altına almadan onu da əlavə etmək istərdik ki, feminizm - qadın azadlığı və ya qadınla kişinin hüquq bərabərliyi ideyası daha çox sosial- siyasi məzmuna malikdir. Afaq Məsudun “feminizmi isə ilk növbədə, özünün dərin (hətta mistik) psixologizmi ilə meydana çıxır... Burada bir mühüm məsələnin üzərindən, elə bilirik ki, sükutla keçmək olmaz ki, o da Afaq Məsudun qadın psixologiyasına, onun daxili aləminə, müxtəlif vəziyyətlərdəki reaksiyalarına, yaşantılarına müfəssəl bələdliyi və bu aləmi (mənəvi- ruhi ərazini) yaxşı tanıması, hətta “insan” deyəndə təsəvvürünə öncə “qadın” gətirməsidir.

 

Və təsadüfi deyil ki, yazıçı ilk hekayələrindən başlayaraq ümumən yaradıcılığında özünü qabarıq şəkildə göstərən “qadın üzüntüləri”ni bütövlükdə “insan üzüntüləri” kimi şərh edir: “...Sizin sırf qadın üzüntüləri hesab etdikləriniz, əslində, axı heç də qadın üzüntüləri deyil!.. Bu insanlıq üçün bir növicad edilmiş” cəmiyyət normaları darısqallığında vurnuxan, çərçivələrə sığmayan, sosial və məişət qəliblərindən və məngənələrindən darılıb üzülən İnsan sıxıntılarıdı. Əsərlərimdəki obrazların əksəriyyəti qadın olduğundan ilk baxışda adama elə gələ bilər ki, onları sıxan mətbəx və məişətdi. Kişi olacaqları təqdirdə ola bilsin ki, bu məngənə maşın sükanı, yaxud dar düyünlü tarım qalstuk olacaqdı”...

 

İlk baxışda belə görünə bilər ki, yazıçı ilk hekayələrində (eləcə də, müəyyən mənada, bütün yaradıcılığı boyu) öz üslubunu “qəliblərə və məngənələrə” qarşı çıxmaqla yaradır. Məsələ isə daha mürəkkəbdir... Hər şeydən əvvəl ona görə ki, ümumiyyətlə cəmiyyət “qəliblərsiz və məngənələrsiz” yaşaya bilməz. Və Afaq Məsudun bir yazıçı- mütəfəkkir olaraq etirazı bütövlükdə “qəliblərə və məngənələrə” deyil, onların əsassız, məntiqsiz və qeyri- humanist formalarına, üsullarınadır. Bu etirazlar birona görə maraqlıdır ki, mövcud mənəvi- əxlaqi (ümumən ictimai- humanist) kanonların mahiyyətinə nüfuz edərkən hansısa daha məqbul ideal- modellərin təsdiqinə emosional cəhdlərlə müşayiət olunur, həyat hadisələri psixoloji paralelizm, zəngin sensual idrak müqayisələri kontekstində araşdırılır...

 

Hər hansı yazıçının ideya- estetik mövqeyinin (üslubunun!) özü kanon deməkdir... Məsələnin mahiyyəti isə burasındadır ki, yazıçının mövcud trafaretlərə qarşı düşünübya təhtəlşüur şəkildə (bunun özü də fövqəl bir düşüncə tipidir) tapdığı kanonlar nə dərəcədə harmonik, bəşəri və perspektivlidir...

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 30 aprel.- S.10