DÜNYANIN XOŞBƏXTİ

 

Dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarovanın

Nyu-Yorkdakı çıxışlarının video yazısına baxarkən.

 

Zümzümə edirdi nəğmələrini,

Heyrətə salmışdı nənəm hamını.

Müğənni olmuşdu sanki özü ,

Çünki dinləmişdi Zeynəb xanımı!

 

Bax, belə sevərlər yurdu, torpağı,

Oddan oda düşmüş Azərbaycanı!

Onun timsalında, onun şəxsində

Gördüm  bütövləşmiş Azərbaycanı!

 

Yerdə ola-ola istədiyi vaxt,

Uçub  gedə bilər gördüm göynən xalq.

Ərzi heyran edib öz kamalına,

Zeynəb - Azərbaycan,

Zeynəb - millət, xalq!

 

Danmıram, oynayan müğənnilərdən

Xoşum gəlməsə heç vaxt,  heç vədə.

Necə yaraşırsa çalmaq, oxumaq,

Elə yaraşır oyun Zeynəbə!

 

Allah, müğənnimi yalnız bu adam?

Bəstəkar millətmi, dirijor xalqmı?

Səhnədə oxuyan adi insanmı,

Vuruşan ordumu, döyüşən xalqmı?!

 

Səsi Günəşlərdə, özü Aylarda,

Sükutu oxuyur...nola, dinməyə!

O, oxuyan zaman mələklər göydən

Məcburdu yəqin ki, yerə enməyə!?

 

Məhkəmə hökmüdür, ölüm aktıdı,

Bəşəri alçaldıb alçalanlara.

Ona əl çalırlar heyrət içində,

Mənsə əl çalıram əl çalanlara!

 

Bu ana Vətənin sadiq qızıdı,

Ancaq ki, deyildir haralı, Zeynəb?

Şuşada vurulmuş ana Maraldı,

OxurAzərbaycan maralı”, Zeynəb!

 

Sənətdən qızılı tacı-taxtı var,

Acizdir vəsf edib qələm deməyə.

Haqqı var, deyirəm, haqqı var, onun

Dünyanın xoşbəxti mənəm!” deməyə!

 

QƏHRƏMANLAR

 

Ən gözəl sözlərə güllə atırlar,

Yaralı nəğmə var, yarası sızlar.

Dünyada ən ölməz qəhrəmandırlar

Yaralı nəğmələr, yaralı sözlər.

 

Düşmənlər eşidib darılır, bişəkk,

Himn nəğmələri, himn sözləri.

O saat deyirlər, öldürmək gərək.

Həmin nəğmələri, həmin sözləri!

 

Nəğmə qüvvət verir qollarımıza,

Elə vururlar ki, beli bükülür.

vaxtdı, ay Allah, yollarımıza

Yaralı sözlərin qanı tökülür.

 

Adam var ordenli, medallı, adlı...

Nəğmə yaralayıb... söz yaralayıb.

Onun qulağına çatmayır, çatmaz,

Nəğmə harayları, söz harayları.

 

Yoxdu əsl sözün orden-medalı,

Adı - yarasıdır... adı sağ olsun!

Qarabağ şikəstəmözü yaralı,

Vətən, səslənir ki, yaran sağalsın!

 

Hayıf, “Yaddan çıxmaz Qarabağ!” sözü,

Onu da  vurdular, yaralandımı?!

Min ildi aparır sellər Saranı,

Arpaçay yaradan axan qandımı?

 

danışa, dinə bilərdik,

Loğman olmasaydı yaralı söztək.

Deyirəm, biz bəlkə çoxdan ölərdik,

Yaralı nəğməyə  üz söykəməsək.

 

Bəlkə ... mənim qaradır üzüm,

Yaralı nəğmənin, sözün yanında?

Ölmərik söylədi söz , nəğmə ,

İndicə gəlirəm özüm yanından!

 

...Sözü, nəğməni yaralayırlar,

Qərar qəbul edir bax, qərarsızlar.

Dünyada ən ölməz qəhrəmandırlar,

Yaralı nəğmələr, yaralı sözlər!

 

HACI ÇƏLƏBİ

 

Azdımı tarixin zülmət anları?

Hərdən işıqlanır o zülmətxana.

İrəvan, Qarabağ, Gəncə xanları,

Gör kimə uyubmuş - İraklı xana!

 

Hacı Çələbidən yanıqlıdırlar,

Birləşib deyirlər, məğlub eyləyək.

Torbayla daşıyıb torpaqlarını,

Bir az Qarabağa, bir az Gəncəyə,

Bir az İrəvana...

heç pis olmaz,

Bir az da Tiflisə mənsub eyləyək.

 

Əllərinə badə-cam alıbdılar,

Yenə qardaş qanı axıtmaq üçün.

Gəncə civarında cəm olubdular,

Şəki xanlığını dağıtmaq üçün.

 

Fikri başqa imiş İraklı xanın,

O, qəfil xanları əsir götürür.

Sanki kəndirini kəsmir onların,

Sanki torpaqları kəsib götürür...

 

Xəbər çatan kimi Çələbi xana,

Gərək sevinəydi, gərək güləydi.

Atını gətirdi dərhal cövlana,

Elə bil qəlbinə min güllə dəydi.

 

Keçdi Kür çayını həmin dəqiqə,

Qeyrəti güc gəldi ona haqq üçün.

Başladı yol üstə bir müharibə,

Tutulan xanları qurtarmaq üçün!

 

Tökür, qan içməkdən doymur qılıncı,

Qollarında  gücü artdıqca artır.

Bir yandan düşməni qovur qılıncı,

Bir yandan xanların dadına çatır.

 

Yurdun bərəsini-bəndini kəsir,

Düşmənin ordusu necə qaçır, bax.

Qardaş qolundakı kəndiri kəsir,

Qardaşın ipini  kəsməyir ancaq!

 

Yaxşı ki, mərd çıxır qardaşın biri,

O biri qardaşlar nankor çıxarkən.

Onu əsir etmək istəyənləri

O, azad eyləyir düşmən cəngindən!

 

Torpaq öz oğlunun öyür boyunu,

Alqış! -deyir xanın mərd qərarına.

Özü , atı da Kürün suyunu,

Gah içir, gah səpir yaralarına!

 

GÜMÜŞ YUXULARIN SONU

 

Gümüş yuxularşeirinin müəlifi şair

Nüsrət Kəsəmənlinin xatirəsinə

 

Boylanıb uzaqdan gördülər səni,

Gümüşü ümmanlar, yollar, sahillər.

Gümüşü yuxuya verdilər səni,

Adamlar gümüşü pullar sayırlar!..

 

Ömür bir gümüşü çaydı, deyəsən,

Gümüş yazlar, gümüş qışlar içində.

Başdaşın gümüşü Aydı, deyəsən,

Qəbrin itər gümüş yaşlar içində.

 

Hardasa, nəyəsə, ilişir illər,

Ömrün əvvəlitək sonu da gəldi.

Başına əl çəkdi gümüşü əllər,

Ölüm gümüşü donunda gəldi.

 

Bəlkə gümüşdəndi bu don, biləydin,

Çəkirmiş gümüşü ahı... haçanmış.

Ömür dedikləri hardan biləydin,

Gördüyün gümüşü yuxuyacanmış?!

 

İndi görən harda, nədədi, nədə,

vaxtsa gümüşü yuxular vardı.

Ölüm qızıl qəlbli bir şairi

Gümüşü firqona qoyub apardı.

 

Ölümün işi belə düzəldi,

Qəfil bir gümüşü fərman yazıldı.

Gümüşü bir karvan yola düzəldi,

Sənə gümüşü qəbir qazıldı.

 

Gedən evdən deyil, getdi bir eldən,

Bir şair ömrü heyf oldu, hayıf!

Bir gümüş kəmər açıldı beldən,

Bir gümüş xəncər dəfn oldu, hayıf!

 

Şairə könlünü verməkdən ötrü,

Durna gümüşü rəng çəkib telinə.

Bir daha şairi görməkdən ötrü,

Bir qız gümüş üzük taxıb əlinə!?

 

Gümüşü yaş tökür gözündən hər gün,

Gümüşü canını üzürlər indi.

Şairi geriyə qaytarmaq üçün

Gümüşü don geyir gözəllər indi!

 

...Yazdığın gümüşü şeirlər sənin,

 Kəsdiyin gümüşü pullardı ki, var.

Heç vaxt qoymayacaq ölməyə səni,

Qızıla bərabər tutulacaqlar!

 

Ömrün yolu-izi elə dardı ki,

Bir şair ömrü etsin ona.

Bəlkə bir sevgi günahkardı ki,

Bir şair ömrü tez yetdi sona?!

 

Bir şair istərəm gecə sübhəd ək,

Gümüş yuxuları öpməyə gəlsin.

Bir şair istərəm, bir sənintək,

Yuxulara gümüş səpməyə gəlsin!

 

SEVƏNLƏRİN TƏRƏFİNDƏ

 

Danış... danışmaqdan doydunmu yoxsa,

Hicran məhəbbətin hədəfindədir.

Danış... utanırsan aydanmı yoxsa,

Ay da sevənlərin tərəfindədir.

 

Bax, dağılıb bulud, açılıb hava,

Od tutub gecənin qara çadrası.

Səma ulduzlanıb çiçəyə dönüb,

Gəl Aydan çəkinmə, ay

Ay parçası!

 

Bax o da axtarır sevgilisini,

Həsrəti Arazdı, məhəbbəti Kür.

Bizi qonşuların güddüyü kimi,

Onu da oğrunca ulduzlar güdür.

 

olsun, küt düşür hansı kündəsə,

Dərdi duymayanın duyğusu yoxdu.

Əsl məhəbbətin hansı tindəsə,

Qəfil yaxalanmaq qorxusu yoxdu!

 

Danış... danışmaqdan doydunmu yoxsa,

Hicran məhəbbətin hədəfindədir.

Danış... utanırsan Aydanmı yoxsa,

Ay da sevənlərin tərəfindədir.

 

ƏN BÖYÜK QƏHRƏMANLIQ

 

Ən böyük qəhrəmanlıq

insanı tanımaqdır,

İnsanı tanıyanlar

Allahını tanıyır.

 İnsanı tanıyanlar dünənini 

dərk edir,

bu gününü anlayır, sabahını tanıyır!

 

Min il keçsə unutmaz

öz elin, öz obasın,

 yurd eşqiylə böyüdər

 böyüdəndə balasın...

kefi gəldiyi yerdə

Bülbül qurmur yuvasın,

Ağacını arayır, budağını tanıyır!

 

Bilsən necə xoşdu bu göz gözü

görəndə,

biz gözəli görəndə, gözəl bizi görəndə!

Barat çaş-baş düşməyir,

Gözəl üzü görəndə,

Qələmini götürür...

Varağını tanıyır!

 

Barat VÜSAL

 

525-ci qəzet.- 2016.- 6 avqust.- S.22.