TÜRKSOY-un Gənclik Kamera

Xorunun Avropa uğurları -

 

TÜRKSOY-un Gənclik Kamera Xoru Almaniyanın Bayroyt şəhərində təşkil olunan 66-cı Bayroyt Gənc Sənətçilər Musiqi Festivalının 1 avqustda baş tutan açılışında çıxış edib.

Bu festivala qatılan Gənclik Xoru Almaniyanın müxtəlif şəhərlərində 10 konsertlik bir turne gerçəkləşdirib.

Turne çərçivəsində ilk konsert Bayroyt "Das Zentrum" səhnəsində verilib alman sənətsevərlərinin böyük marağına səbəb olub. Konsertə Türkiyə Cümhuriyyətinin Nürnberq konsulu Yavuz Kül, Türkiyə Cümhuriyyətinin Almaniya səfirliyinin məsləhətçisi Ufuk Gəzər, Tayland şahzadəsinin qızı Xun Ploypailin başqa nüfuzlu şəxslər qatılıblar. Konsertdən sonra qonaqlar gənclərlə şəxsən görüşüb xatirə fotoları çəkdiriblər.

Növbəti gün, avqust ayının 2-də Kamera Xoru Bayroyt şəhərində kilsədə konsert veriblər. Türk alman sənətsevərlərinin böyük maraq göstərdiyi konsertdə Bayroyt Gənc Sənətçilər Musiqi Festivalının rəhbəri Elizabet Tammer TÜRKSOY Kamera Xoru haqqında çıxış edib: "TÜRKSOY Gənclik Kamera Xoru harmoniyanı bizlərə ən üst səviyyədə yaşadan bir xordur. Onlar müstəqilliklərinin 25 ilini qeyd edən ölkələrdən olan gənclərin simasında, ifasında yaşadıqları coğrafiyadakı sənətin, mədəniyyətin ən gözəl örnəklərini bizlərə çatdırdılar. Buna görə ürəkdən təşəkkür edirəm".

3 avqustda isə bölgənin ən qədim kilsəsi olan Spenşart Klosterhof kilsəsində konsert baş tutub. Növbəti konsert isə Bayroyt şəhərindən 100 km aralı olan Koburq şəhərində gerçəkləşib. Koburq Bələdiyyəsinin himayəsi ilə gerçəkləşən konsertə bir çox sənətsevərlər qatılıblar. Koburq şəhər bələdiyyəsi Elke Protzman çıxış edib: "Bu gün burda dinlədiyimiz sənət çox üst səviyyənin nümunəsidir. Türk mədəniyyətini belə möhtəşəm şəkildə təqdim edən xor üzvlərinə bu gözəlliyi şəhərimizə gətirən TÜRKSOY rəhbəri Düsen Kaseinova təşəkkürlərimi bildirirəm". Daha sonra Elke Protzman xor üzvlərinə TÜRKSOY rəhbərinə hədiyyələr təqdim edib.

7 avqustda isə Kamera Xoru Forşeym şəhərində açıq havada konsert verib. 9 avqust tarixində isə turnenin son konserti verilib. Festivalın bağlanış mərasimində uğurla çıxış edən xor tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Mərasimdə çıxış edən Düsen Kaseinov Festivalın təşkilatçılarına təşəkkürlərini bildirib: "Bu gün burada olmaq mənim üçün çox önəmli sevindiricidir. Bayroyt Gənc Sənətçilər Musiqi Festivalının anlamı, dəyəri çox böyükdür. İlk dəfə bu festivala 1993-cü ildə qatılmışdım. O vaxt bura Qazaxıstandan bir xor gətirmişdim. Daha sonralar 1994, 1995, 1996-cı illərdə türk dünyasının ən yaxşı sənətçilərinin bu festivala qatılmasına vasitəçi, yardımçı oldum. 23 il öncə rektor olarkən bura gətirdiyim gənclər indi böyük şöhrət nüfuz sahibidirlər. Ona görə bu festivalın mənim üçün ayrı xüsusi önəmi var. Bu gün TÜRKSOY Gənclik Kamera Xorunu sizlərlə görüşdürməkdən, üzvümüz olan ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə Türkmənistandan gələn sənətçilərin ifalarını Avropa tamaşaçısına təqdim etməkdən çox məmnun xoşbəxtəm. Bu il Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan müstəqilliklərinin 25 ilini qeyd edirik. Ona görə 2016-cı il bizim üçün çox mühüm ildir. Bütün uğurlarımızı 25 illik müstəqilliyə ithaf edirik".

Daha sonra D.Kaseinov Festivalın rəhbəri Elizabet Tammerə TÜRKSOY medalı təqdim edib. Digər qonaqlara da TÜRKSOY hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Gənclik Kamera Xoru Festivala qatılan digər xorlarla birgə International Harmony layihəsinə qoşularaq konsertlərini davam etdirir.

 

PƏRVİN

 

525-ci qəzet.- 2016.- 13 avqust.- S.11.