Mollanəsrəddinçi publisistikada

elm təhsil problemləri

 

XX əsrin əvvəllərində Azərbaycanda mollaxanalarla, mədrəsələrlə yanaşı, yeni tipli üsuli-cədid deyilən Avropa sistemli məktəblər açılmışdı.

Təhsil sahəsində baş verən bu yeniləşmə əsasında mollaxana mədrəsələrdə islahatlar başlanmışdı.

Dövrün elmi mənzərəsinə nəzər saldıqda görürük ki, artıq XIX əsrdə mövcud olan gerilik, cəhalət, kütləvi savadsızlıq getdikcə aradan qalxır, yeni mərhələyə qədəm qoyan təhsil prosesi sahəsində dünya təhsil sisteminə inteqrasiya meylləri güclənirdi. Ancaq bununla belə, kütləvi savadsızlığın aradan qaldırılması üçün bu məktəblərin fəaliyyəti hələ xalqın elmə, mədəniyyətə, maarifə olan ehtiyacını ödəmək iqtidarında deyildi. Fikrimizi əyaniləşdirmək üçün keçən əsrin əvvəllərinin elmi mənzərəsinə diqqət yetirək: “1887-ci ildə Bakıda birinci rus-tatar, yəni rus-Azərbaycan məktəbi açılmışdı. Burada əvvəl 42 nəfər şagird vardı. 1913-cü ildə həmin məktəblərin 25 illik yubileyi qeyd edildiyi zaman isə Bakıda 9 rus - Azərbaycan məktəbi, 8 rus - Azərbaycan qız məktəbi bir altı sinifli məktəb var idi. Burada azərbaycanlı balalarından 2249 nəfər şagird oxuyurdu. Bunlardan 337 nəfəri qız idi” (Əziz Mirəhmədov. Sabir. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958. 444 s.; 8).

XX əsrin əvvəllərində  elm, təhsil məsələlərinin xalqın taleyində mühüm təxirəsalınmaz rol oynadığı real gerçəkliklər kimi ortaya çıxırdı. Elə bu səbəbdən dövrün bir çox ziyalıları gələcəyimiz olan uşaqlara hansı elmləri öyrətməyin zəruri olduğunu gündəmə gətirir geniş müzakirələr aparırdılar. 1906-cı ildə Bakıda Azərbaycan müəllimlərinin ilk toplantısında yeni tədris proqramlarının, dərs kitablarının müəllim kadrlarının hazırlanması məsələləri diqqət mərkəzində saxlanılırdı. Elm təhsil problemləri, uşaqların təlim-tərbiyəsi kimi ümdə məsələlər bu dövrdə olduqca aktuallaşır, mədəni-maarif işlərinin sürətlənməsi keyfiyyətcə yaxşılaşması məqsədi iləNəşri-maarif”, “Cəmiyyəti-xeyriyyəNicatkimi cəmiyyətlər yaradılır.

Şübhəsiz ki, cəmiyyətdə gedən bu mühüm proseslərMolla Nəsrəddinjurnalının diqqətindən kənarda qala bilməzdi.

Azərbaycan xalqının oyanması, mənəvi cəhətdən silahlanması inqilab yoluna düşməsində, əsrlərcə feodal zülm zülmətində yaşayan kütlələrin əsarətindən, “ölüləraləmindən qurtarmasında, tərəqqi səadət üçün çarpışmasında, öz müqəddəratı, azadlığı hüququ uğrunda mübarizəsində, maarif mədəniyyətin təbliğ edilməsi yayılması işində, elm işığı ilə işıqlanmasındaMolla Nəsrəddin”dən böyük görən ikinci bir xalq jurnalı göstərmək çətindir” (Əziz Mirəhmədov. Sabir. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958. 444 s.; 80).

Doğrudan da, xalqın maariflənməsi işindəMolla Nəsrəddinjurnalının ardıcıl olaraq 25 illik fədakarlığı yüksək dəyərləndirilməlidir. O dövrdəHəyatqəzetinin yazarlarından biri olan Axund Əbu TurabınBizə hansı elmlər lazımdır?”  məqaləsi ətrafında gedən müzakirələrdəMolla Nəsrəddinjurnalı Həyatqəzetinin əməkdaşları da fəal iştirak etmişdir. Sözügedən məsələyə Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə digər ziyalılarımızın müxtəlif parametrlərdən yanaşma tərzi birmənalı qarşılanmamışdır. Əgər Axund Əbu Turab məktəblərin din, şəriət dərslərindən uzaqlaşaraq təbiət, hesab, həndəsə, tibb s. dünyəvi elmləri öyrənmələrinə qarşı çıxırdısa, Mirzə Cəlil şagirdlərin dünyəvi elmləri öyrənməsinə önəm verir bu mütərəqqi ideyanı dəstəkləyirdi. Yazıçı Axund Əbu Turaba ünvanladığıHansı elmlər lazım?” felyetonunda məqalə müəllifinin dünyagörüşündəki məhdudluğu, cəhalət mövhumatıİbrahimbəyin səyahətnaməsiilə müqayisə edir fikrini əsərdən gətirilmiş aşağıdakı misra ilə tamamlayır:

Mordəənd vəli zində, zindəənd vəli mordə” (Ölüdürlər diri kimi, diridirlər ölü kimi) (Cəlil Məmmədquluzadə. Əsərləri. 6 cilddə, 3-cü cild. Bakı, Azərnəşr, 1984. 292 s.; 32).

Cəlil Məmmədquluzadə ilə yanaşı, digər mollanəsrəddinçilərin yeni təlim üsullarını dünyəvi elmlərin tədrisini təqdir edən yazılarla çıxış etməsi dövrün mütərrəqqi ziyalıları tərəfindən maraqla qarşılanırdı. Bu əhəmiyyətli müzakirələrdəMolla Nəsrəddin”in yaradıcılarından biri olan Ömər Faiq Nemanzadənin din xadimlərinə müəllimlərə müraciəti onun açıq fikirli, vətənpərvər, zəngin insan olduğunu təsdiqləyir: “Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə böyüklərimizin belə asanlıqla qanmadığı çətin məsələləri, ixtilaf füruata aid bəhsləri çox yerdə əzbərlədib balaların zehinlərini kor etmək...

Əziz müəllimlər, tərəqqisini arzu etdiyiniz ibtidai məktəblərdə, kim deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün bir addım xaricinə çıxmamalısınız. Vallah, millətə, vətənə, həqiqətə, istiqlala xəyanət etmiş olarsınız” (Ömər Faiq Nemanzadə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb nəşriyyatı, 2006. 352 s.; 149).

Böyük ədibimiz Əli bəy Hüseynzadə gedən mübarizələrdə iştirak etmiş məsələlərə birtərəfli yanaşmamışdır. O, həm təbiət elmlərini öyrənməyin vacibliyini göstərir, həm dinin, şəriətin tədris olunmasının zəruriliyini vurğulayırdı.

Molla Nəsrəddinjurnalının səhifələrində elm, maarif, təhsil məsələlərinə aid çoxlu sayda nəsr nəzm nümunələri yer almışdı. Xalqın gələcəyini, milli dirçəlişini, istiqlalını elmin, təhsilin inkişafında görən mollanəsrəddinçilər müxtəlif janrlı yazılarda öz həmvətənlərini maarifləndirməyə səsləyirdilər. Satirik publisistikada C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, M.S.Ordubadi başqalarının bu mövzulu əsərləri jurnalın səhifələrində müntəzəm olaraq əksini tapmışdır. Satirik poeziyada isə M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Razi, B.Abbaszadə digər şairlərin elmi, təhsili, maarif mədəniyyəti təbliğ edən şeirləri satiranın ən gözəl nümunələri kimi diqqəti cəlb edir.

Molla Nəsrəddinjurnalının səhifələrində geriliyin, cəhalətin, nadanlığın, savadsızlığın ifşası Cəlil Məmmədquluzadənin satirik publisistikasında geniş yer almışdı. Yazıçının müxtəlif dövrlərdə jurnalda dərc olunanNiyə məni döyürsünüz?”, “Niyə mən dərsdən qaçdım”, “Gimnaziyada təzə məscid”, “Təzə təlim kitabı”, “Müəllimlər”, “Baş”, “Erməni müsəlman övrətləri”, “Mikroblar”, “Əlifba”, “Şura”, “Gözəl yerlər”, “Ölümaxtaran”, “Uşaqlarımız”, “Məktəblər”, “Şəhərlərdə kəndlərdə hökumət məktəblərinin müsəlman müəllimlərinə xitab”, “Maarif işləri b. felyetonlarında elm, təhsil, maarif mədəniyyət sahəsində yol verilən nöqsanlar, çatışmazlıqlar ciddi tənqid atəşinə tutulur.

Kütləvi savadsızlığın aradan qaldırılması üçün mövcud şəraitdə yeni dərslik kitablarının nəşrinə böyük ehtiyac duyulurdu. Bu çatışmazlığın aradan qaldırılması təxirəsalınmaz bir vəzifə kimi dövrün bir çox ziyalıları kimi mollanəsrəddinçiləri narahat edirdi. C.MəmmədquluzadəTəzə təlim kitabıfelyetonunda bu aktual məsələlərdən bəhs edərək yazır: “Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq  eləmək niyyəti ilə yoldaşlarım Mozalan, Hop-hop, Lağlağı Hərdəmxəyalla himmət edib köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük” (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, “Öndər nəşriyyatı”, 2004. 584 s.; 38).

Felyetonda yazıçı satirik şəkildə on səkkiz hesab məsələsi verir. Bu tapşırıqların hər biri müxtəlif mövzuları əhatə etsə , sətiraltı eyhamla oxucunun diqqəti əsas məqamlara yönəldilir. Həmin məsələlərdən elmə təhsilə, şagirdlərə qarşı sərt cəza üsullarına aid verilmiş bəzi nümunələrə diqqət yetirək:

“1. Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. müddətdə uşaq həmin kitabı qurtara bilər”.

2. Molla bir uşağın ayaqlarını fələqqəyə qoyanda on bir çubuq sındırır. Yeddi uşağa qədər çubuq gərək hazır edə?

3. Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıdanda anası ilə rusca danışır. Bu hesabla cavan on dörd il oxuyandan sonra dildə danışacaq?” (Cəlil Məmmədquluzadə. 4 cilddə, 2-ci cild. Bakı, “Öndər nəşriyyatı”, 2004. 584 s.; 39).

Verilmiş riyazi məsələlərdə ilk baxışdan şagirdlərin zehni qabiliyyətini, idrak fəallığını, bacarığını aşkara çıxarmaq fonu yaradılsa da, əslində müəllifin gizlin məqsədi başqa mahiyyət daşıyır. Mollaxanalarda keçirilən dərslərin keyfiyyətsizliyi, uşaqlara lazımi elmi biliklərin verilməməsi bununla yanaşı, şagirdlərə qarşı qeyri-insani münasibətlər, fiziki cəza tədbirləri kəskin tənqid atəşinə tutulur.

 

(Ardı var)

 

Gülbəniz BABAYEVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı

elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 13 avqust.- S.17.