“Azərbaycan” qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Gəncə
bələdiyyə idarəsinə 450 min rublə borc verilməsi
Bundan sonra Gəncə bələdiyyə idarəsinə
sarı xəstəliklərlə mübarizə
üçün 450 min rublə borc verilməsi həqqindəki
layihəyi-qanuniyyə müzakirə olunur.
Doktor Rəfiyev
- Məruzəçi sifətilə çıxaraq bəyan
ediyor ki, daxiliyyə nəzarəti vasitəsilə parlamana bir
layihəyi-qanuniyyə idxal edilmiş və parlamanın maliyyə
komisyonunda baxılaraq bu gün Məclisi-Məbusan iclasına
təqdim olunur. Layihə budur:
Azərbaycan Cümhuriyyətinin daxiliyyə nəzarəti. 16 yanvar 1919.
Azərbaycan
Məclisi-Məbusanına
Gəncə
bələdiyyə idarəsinə faizsiz olaraq 450 min manat
verilməsi layihəyi-qanuniyyəsi
Bakıdan
gəlmiş erməni mühacirləri vasitəsilə Gəncədə
1918 sənəsi dekabrın əvvəlində səpmə
yatalaq xəstəliyi zühur edib, haman ayın o
axırında öylə bir dərəcədə şiddət
kəsb etmiş ki, şəhərin ermənilər ilə məskun
ikinci hissəsində xəstələrin miqdarı 500 nəfərə
çatmış, şəhərdə xəstəxanalar
olmadığından xəstələrin mənzillərində
qalmaqla digərlərini də haman xəstəligə
salıb xəstəlik intişarına səbəb olurlar.
Bələdiyyə
idarəsi 29 dekabr tarixli fövqəladə iclasında şəhər
doktorlarının əksərinin iştirakfı ilə, xəstəligə
qarşı tədabir məsələsi müzakirəsi əsnasında
böylə bir qərarə gəlmişlər ki, şəhərin
yalnız 25 xəstə üçün sarı xəstəxanası
hal-hazırın ehtiyacını heç bir vəchlə dəf
etməgə kafi degildir. Müsri xəstələr
ehtiyacı üçün şəhərin digər xəstəxanasından
dəxi istifadə ediləməz. Çünki
xəstəxanada yataqlar məhdud olduğundan savayı bu xəstəxanaya
yalnız məcruh ilə müsri olmayan xəstələr qəbul
etməkdədir.
Bunları nəzərə alaraq və müsri xəstəliklərin
önünü alıb əhaliyi tibbi müavinət etmək
üçün bələdiyyə idarəsi imdilik olaraq əqəllən
50 xəstə üçün yeni bir xəstəxana
güşadına qərar vermişdir. Bununla bərabər
xəstələrin mənzil və əşyalarını təthir
üçün də ənvayi-tədabir görülüb
şəhəri səhiyyə nöqteyi-nəzərindən
lazımi bir halə gətirmək fikrindədir.
Məzkur tədabiri qövldən-felə gətirib
üç ay ərzində bu təşkilatı (xəstəxana
təthirat dəstəsi ilə ilax.) saxlamaq üçün
şəhərə təxminən 450 min manat pul
lazımdır ki, əlyövm şəhərin qüvvəsindən
xaric olan bir məsarifdir.
Müsri
xəstəliklər dəfi, xüsusən səpmə yatalaq
dəfi məhəlli idarələrə degil, hökumətə
aid bir vəzifə olduğundan Gəncə bələdiyyə
idarəsi imkanı olduğu qədər bu yolda
çalışmaqla bərabər əlyövm müsri xəstəliyin
önünü almaq üçün fəqət 25 min manat
buraxmaqla bərabər hökumət xəzinəsindən eyni
məqsəd və mətləb üçün 340 min pul
verilməsini istida edir.
Gəncə şəhərində hökmfərma olan
müsri səpmə yatalaq xəstəliyilə mübarizədə
bulunmanın xəstəliyi yalnız Gəncə şəhərində
əsasından qaldırılmanın degil, fəqət
köyə keçməsinin dəxi önünü almaq
lazım olduğunu düşünərik. Zira xəstəligin köyə
sirayət etdigi təqdirdə kəndisilə mübarizədə
bulunmanın haman qeyri-mümkün və xəstəliyin
o vəqt minlərcə insan təlafatına bais
olacağından daxiliyyə nəzarəti bələdiyyə
idarəsinin baladə məzkur iqdamatının şayani-qəbul
olduğunu etiraf edərək aşağıda dərc olunan
layiheyi-qanuniyyəyi Məclisi-Məbusanın təsdiqinə
təqdim eylər:
1- Gəncə
idareyi-bələdiyyəsinə əmrazi-sariyə ilə
mübarizədə bulunması üçün xəzinəyi-dövlətdən
bilafaiz olaraq 450 min manatlıq bir borcun verilməsi:
2- Məzkur
idareyi-bələdiyyəsinin işbu borcu şəhərin
varidat və məsarifət dəftərinə qeyd edilərəkdən
hər sənə müsavi hissələrlə üç il zərfində xəzinəyi-dövlətə
verilməsi üçün kəndisini müvəzzəf
qılmaq.
Daxiliyyə
naziri (imza)
İdarə
müdiri (imza)
Üçüncü
şöbə müdiri (imza)
Maliyyə komisyonu bu məbləğin borc təriqilə
buraxılmasını lazım bilərək layiheyi-qanuniyyənin
qəbul və təsdiqini təklif ediyor.
Sultan Məcid
Qənizadə - Əlbəttə, Gəncə şəhərinə
bu borcu vermək lazımdır. Hal-hazırda
müsri xəstəliklər o qədər şiddət
etmişlər ki, hökumətlə bərabər cəmaətin
də işləməsi icab edər. Hökumət
əgər hökumət isə cəmaətin dərdinə
qalmalı, onu mühafizə etməlidir. Bunun
üçün də yalnız Gəncə degil, qeyri şəhərlərə
də pul buraxılmalıdır ki, müsri xəstəlik ilə
mübarizə etsinlər. Ancaq bu məbləğin
miqdarı barəsində bir qədər danışmaq istərdim.
Bən bilmiyoram nə üçün Bakı şəhər
idarəsi 600 yataqlıq xəstəxana açmaq
üçün iki milyon iki yüz min manat istiyor, amma Gəncə
50 yataq üçün 450 min manat. Bu iki məbləğ müqayisə edilərsə,
böyük fərq görülər. Böylə
ki, yataq hesabı ilə Gəncəninki neçə dəfə
artıq çıxar. Əgər məzkur
məbləğ yalnız xəstəliklə mübarizə
və xəstəxana təsisi üçün isə
çoxdur, başqa işlər üçün isə əlahiddə
məsələdir. Ona görə bu
xüsusda tövzihat verilməsini xahiş edirəm.
“Azərbaycan”,
07 yanvar 1919, ¹98
Məhsubən
- hesaba alaraq, sayaraq
Müsərrəhən
- aydın şəkildə, açıqcasına
Məzbur
- həqqində danışılan
Mütəvəqqif
- inkişaf etməyən, duran
Sərd -
xoşa gəlməyən
Məbni
- bina edilmiş, tikilmiş
Bərvəch
- uyğun olaraq
Səvabdidə
- doğru hesab edilmiş
Müstəcəb
- təcili
Əvail
- əvvəllər
Müsri
- yoluxucu
Məcruh
- yaralı
Təthir
- təmizləmə
Baladə
- yuxarıdakı
Müvəzzəf
- öhdəsinə tapşırılan
Mühərrər
- yazılmış
Azərbaycan
Məclisi-Məbusanında
9-cu iclas
(keçən nömrədən mabəd)
Abdulla bəy
Əfəndizadə - Gəncə və Bakı şəhər
idarələrinə füqərayi-kasibənin müalicəsi
üçün para buraxılmaq məsələsinə
fraksiyamız zidd degildir və ola da bilməz.
Doğrudan da şimdiki müalicə ehtiyacı
hər yerdə olduğu kibi bu şəhərlərdə də
böyük bir miqyasda hökumətimiz və
parlamanımız tərəfindən
qarşılanmalıdır. Bizim rəyimizcə böylə
bir lazımlı tədbirə bir an əvvəl
girişməli idi.
Hər halda təşəbbüs hökumət tərəfindən
degil, əhali tərəfindən olması bizi xeyli təəccübləndirdi. Ehtiyac məgər
yalnız bu iki şəhərdəmidir? Vətənimizin
hər yeri xəstəlik fəlakətinə giriftar
olmayıbmı? Yüz minlərlə
övladi-vətən kəndlərdə, başqa şəhərlərdə
müalicəsiz, müavinətsiz qırılıb bərbad
olmuyormu? Millət bu hal ilə məhv olub
gedərsə, hökumət və parlaman kimlər
üçün yaşamalıdırlar? Nə
üçün hökumət hər yerin halından xəbərdar
olmuyor? Əgər biz yalnız bu iki şəhərə
kömək verməklə kifayətləniriksə
bütün bir xəstə vücudun yalnız bir-iki
üzvünə müalicə edib ən ziyadə müalicəyə
möhtac üzvlərini buraxmış oluruz. Vətənin canı kəndistandır. Ehtiyac da orada çoxdur. Heç
bir kəndlinin bu gün xəstəsi üçün uzaq
şəhərlərdən həkim, dərman gətirməgə
imkanı yoxdur. Bütün var-yoxunu satarsa yenə mətləbinə
nail olamaz. Məzkur şəhərlərdə
həkim, dərman, həm də füqərayə müalicə
müavinəti az-çox vardır. Başqa
yerlərdə o da yoxdur. Sabiq istibdad
dövründə belə hökumət müsri xəstəliyin
qabağını böyük bir fəaliyyətlə
almağa çalışırdı, həm də
güclü məsariflər ediyordu. Bizim
doğma hökumətimiz nə üçün bu anacan bir təşəbbüs
etmiyor?
Bu
mülahizələrlə fraksiyamız Gəncə və
Bakı şəhərləri istədigi qərzi qəbul etməklə
bərabər hökumətə təklif ediyor ki, təcili
surətdə parlamana bir layihə təqdim etsin: vətənin
hər yerinə müavinət lazımdır. Gərək
böyük məsariflər olunub məhlələrə səyyar
həkimlər heyəti və müalicə ləvazimatı
göndərilsin. Lazımi məqamlarda məccani
aşxanalar və müalicəxanalar açılsın.
Bu işin təxirə buraxılmağı əsla
qəbul edilməyəcəkdir. Millətin
parası millətin özünə məsrəf
olunmalıdır.
Ağa Aşurov - Layihənin nə üçün səhiyyə
nəzarəti vasitəsilə degil, daxiliyyə nəzarəti
vasitəsilə daxil olunduğuna təəccüblənərək
istənilən pulu buraxmağa razı olmaqla bərabər
qeyd ediyor ki, şəhərlərə buraxılan pulların
istənilən mənfəəti olamayacaqdır. Zira xəstəliyi
kökündən qazmaq, geniş miqyasda böyük çarələr
görmək lazımdır.
Yusifbəyli
Nəsib bəy - Hökumət namindən izahat verərək
bəyan ediyor ki:
Natiqlərin dediklərindən böylə
anlaşılır ki, guya hökumət kəndləri unudaraq
ancaq şəhərlərə kömək ediyormuş. Əlbəttə,
bu barədə də səhiyyə nəzarəti özü
izahat verər. Amma şimdi bən bunu demək
istiyoram ki, hökumət köyləri unutmamışdır və
bu gün kəndlər ehtiyacı üçün təxsisat
istəmiyorsa səbəbi budur ki, hələ parlaman
açılmadan bu məqsəd üçün hökumət
ixtiyarında pul var idi. Səhiyyə nəzarəti
köylərə müsri xəstəliklərlə
mübarizə ehtiyacına öz binagüzarlığında
bulunan 3-4 milyondan sərf ediyor və bu yolda ciddi tədbirlər
görüyor və işliyor. Bənə
məlumdur ki, səhiyyə nəzarəti köylərdə
xəstəliklə mübarizə üçün ciddi tədbirlər
görmüşdür. Əzcümlə
bu xüsusda bir layihə hazırlamışdır. Nazir kəndlərə göndərmək
üçün təbib feldşer və sairlərdən
mütəşəkkil səyyar dəstələr təşkil
ediyor. Bunlar yaxın zamanda köylərə
hətta göndəriləcəklərdir. Nəinki yalnız kəndlərə, şəhərlərə
də səhiyyə nəzarəti tərəfindən
ayrıca olaraq pullar sərf ediliyor və ediləcəkdir.
Ancaq şimdi hökumət şəhərlərə
yardım üçün məbləğ istiyor. Səbəbi də budur ki, şəhərlər
sarı xəstəliklərlə mübarizə işlərində
nəzarətə kömək edirlər. Fəqət
pula möhtacdırlar. Ona görə də
bizdən borc pul istiyorlar. Buna görədir
ki, hökumət parlamana müraciətlə para təxsisinə
izin istiyor.
Əhməd Cövdət - Uzun bir nitqində əsas
etibarilə paranın buraxılması lazım olmaqla bərabər
sarı xəstəliklə mübarizə işlərində
hökumətlə bir yerdə cəmaətin də ciddən
çalışmasını lazım görərək bunun
üçün də bu xəstəliklərin
qaçqınlardan sirayət etdigini göstəriyor. Hökumətin
qaçqınların əhvalı, səhiyyə və sairələrinə
diqqət edilmədigi üçün hökuməti tənqidlə
lazımi və ciddi tədbirlər görməsini tövsiyə
ediyor və bildiriyor ki:
Bununla böylə əlbəttə hökumətlə
bərabər cəmaət dəxi
çalışmalıdır. Və əgər bu
gün bələdiyyə idarələri
çalışıyor və kəndlər çarəsiz
qalıyorlarsa, bunun da səbəbini kəndlərdə
idareyi-məhəliyyə yoxluğunda görərək tələb
ediyoruz ki, hökumət tezlik ilə kəndlərdə zemstvo
idarələri təşkilinə çalışsın,
tainki kəndlilər dəxi öz dərdlərini bilib
çarələrini araya bilsinlər. Bir
də natiq əfəndi səyyar dəstələrin təşkilini
gec hesab edərək “bunlar imdi kəndlərdə olmalı
idilər” diyor.
Doktor Rəfiyev məruzəsini müdafiə ediyor və
izahat veriyor. Layihə səsə qoyularaq eynilə qəbul olunur.
Bakı bələdiyyə
idarəsinə 2200 min rublə təxsisi
Bundan
sonra doktor Musa bəy Rəfiyev eyni məqsəd
üçün Bakı bələdiyyə idarəsinə 2
milyon 200 min rublə təxsisi həqqində
aşağıdakı layiheyi-qanuniyyəyi oxuyur:
Azərbaycan Cümhuriyyəsi Daxiliyyə Nəzarəti
1919 sənə yanvar 15
Azərbaycan parlamanına
Bakı bələdiyyə idarəsinə faizsiz borc olaraq iki milyon iki yüz min manat verilməsi qanun layihəsi əvaxir vəqtlər ənvai xəstəliklər, xüsusən yatalaq xəstəliyi Bakı şəhərində şiddətli bir hal kəsb etmiş, bunun səbəbi mühacirlər cərəyanı olmuşdur. Gərək şəhərin mövcud xəstəxanaları, xəstələrin həpsini qəbul etməgə kafi olmadığından onlardan bəziləri ləbaləb dolmuş böylə ki, 19-cu xəstəxanada hal-hazırda 6 yüz xəstə üçün yer olduğu halda, 7 yüzdən ziyadə xəstə yatmaqdadır. Mixaylovski xəstəxananın halı daha bədtərdir. Bu vəziyyətdən doğan qələbəlik nəticəsi olaraq xəstəxana doktorları və başqa məmurları kəndisini mühafizə edə bilmiyorlar. Və müsri xəstəliklərə düçar oluyorlar, genə haman qələbəlik nəticəsi olaraq yüzlərcə xəstə xəstəxanaya düşməyib mənzillərdə tədavisiz qalıb, digərlərini xəstəliyə salırlar və tələf oluyorlar.
Şəhərdə mövcud əskəri xəstəxanalarda yerlər artırmaqla bir nəticə hasil edəməmişdir. Zira əskəri xəstəxanalarda yerlər az olduğundan bir az müddətdə dolmuş, şəhər idarəsinin zənnincə bu ağır vəziyyətin çarəsi müsri xəstələr üçün 6 yüz yataqlıq yeni bir xəstəxana açmaqdır. Şəhər idarəsinin mülahizəsilə bu xəstəxananın təşkili üçün 6 yüz min manat lazım olduğu kibi, xəstələrin xərci ilə başqa məsarifə də 4 ay ərzində ayda 4 yüz min manat lazım olacaq (nəzərə 19-cu xəstəxananın məsarifi alınır). May, yaxud iyul aylarında xəstəliyin tamam olmasından azalması məlhuz olunursa və dörd ay ərzində idarənin təsəvvürüncə xəstəxananın bütün məxarici 2 milyon 2 yüz min manata varacaq, şəhər idarəsinin təsəvvürüncə öylə böyük xərc idarənin imkanı xaricindədir. Ələlxüsus Mixaylovski xəstəxanadan başqa 19-cu xəstəxana da şəhərin öhdəsindədir.
Bundan qəti-nəzər edərək bilməlidir ki, hal-hazırda yatalaq xəstəliyi öylə xariqüladə bir hal kəsb edib ki, onunla mübarizədə bulunub dəf etmək dövlətə aid olmalıdır. Buna binaən bələdiyyə idarəsi 2 yanvar tarixli qərarına istinad edərək daxiliyyə nəzarətindən məzkur məqsəd üçün təcili surətdə iki milyon iki yüz min manat verilməsi rica olunur. Şəhər idarəsinin rədd etdigi mülahizatı tamamilə mühəqqəq və binaənileyh bu xüsusda ki, iqdamat şayani-qəbul bulunduğundan daxiliyyə nəzarəti aşağıdakı məzkur layiheyi-qanuniyyəyi Məclisi-Məbusanın təsdiqinə təqlim eylər.
1) Bakı şəhər idarəsinə əmrazi-sariyyə ilə mübarizədə bulunması üçün 2 milyon 2 yüz min rubləlik bir borcun verilməsi.
2) Məzkur şəhər idarəsinin işbu borcu şəhərin varidat və məsarifat dəftərinə qeyd edilərək hər sənə müsavi ilə üç sənə zərfində xəzineyi-dövlətə verilməsi üçün kəndisini müvəzzəf qılmaq.
Daxiliyyə naziri
İdarə müdiri
3-cü şöbə müdiri
Bir qədər müzakirədən sonra bu layihə dəxi qəbul olunur.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 20 avqust.- S.21.