Uca amallara, nəcib
niyyətlərə həsr olunmuş ömür
DƏYƏRLİ PEDAQOQ, TƏHSİL FƏDAİSİ MƏHƏR MƏHƏROVUN 85 YAŞI TAMAM OLUR
O, dünyaya Füzuli rayonunun Gecəgözlü
kəndində, 1931-ci ilin
sentyabr ayında göz açıb.
1954-cü ildə Azərbaycan
Dövlət Xarici Dillər İnstitutunun ingilis dili fakultəsinin
ingilis dili üzrə müəllim ixtisasına yiyələnərək
doğma rayonuna gənc mütəxəssis
kimi təyinat alıb. Rayon təhsil şöbəsinin məsləhəti
ilə gənc kadr kimi rayonun
Yuxarı Seyidəhmədli
kənd orta məktəbinə ixtisası
üzrə müəllim
təyin edilib. 3
il həmin
kənddə işlədikdən
sonra 1957-ci ildən
1966-cı ilə kimi,
yəni 9 ildən artıq doğulub boya-başa çatdığı
Gecəgözlü kənd
7 illik məktəbində
müəlimlik edib. Söhbət usta pedaqoq, təhsil fədaisi Məhər Məhərovdan gedir.
1967-ci ilin əvvəlindən böyük pedaqoq, əməkdar müəllim,
respublikanın çox
tanınmış təhsil
bilicilərindən biri,
mərhum Hüseyn Hüseynovun dəvəti ilə RTŞ-də metodist kimi fəaliyyətə
başlayan M.Məhərov
sonrakı illərdə
təhsil şöbəsində
inspektor, 1998-ci ildən
2011-ci ilə kimi
RTŞ-də müdir
müavini vəzifəsini
daşıyıb. 2011-ci ildə Məhər müəllim öz arzusu ilə, tutduğu vəzifədən
uzaqlaşıb.
Məhər müəllimin uşaqlıq
illəri repressiya dövrünə düşmüş,
bu qanlı-qadalı illər onların ailəsindən yan keçməmişdi. Belə ki, 8 yaşlı
bir uşaq valideynləri ilə birlikdə Qazaxıstana sürgün edilmişdi.
Bu ailə demək
olar ki, həyatın ağır günlərini yaşamış,
hamı kimi bu ailəyə qarşı olan haqsızlığa 1956-cı ildə
son qoyulmuş, bütün
ailə üzvlərinə
bəraət verilmişdi.
Məhər müəllim hər sözə cavab verməyən, ağır
təbiətli, səviyyəsini
gözləyən bir
ağsaqqal- pedaqoq kimi diqqəti cəlb edib. Ona hər hansı bir iş üçün
müraciət edən
insanlara imkan daxilində kömək əlini uzatmağa çalışıb və
öz xeyirxahlığı
ilə ətrafdakılardan
seçilib.
Təhsil üçün drektiv sənədlərin hazırlanması
və düzgün tərtib olunaraq Təhsil Nazirliyinə göndərilməsində əvəzsiz
xidmət göstərib. Təhsil şöbəsinə
daxil olan maliyyə sənədlərinin
hazırlanaraq məktəblərə
çatdırılması işində mütləq
Məhər müəllim
rəy və təklifləri nəzərə
alınırdı. Təhsildə təşkilatçılıq səriştəsinin normal və
yüksək səviyyədə
olmasında, gənc kadrların düzgün yerləşdirilməsi, həvəsləndirilməsi
və onlara pedaqoji baxımdan kokret yollar göstərilməsində
təcrübəli ağsaqqal-pedaqoq
kimi nümunə göstərirdi.
Mütaliə etməyi çox sevən bu təhsil
fədaisi normativ təhsil sənədlərinin
bilicisi idi. Hər hansı
bir müəllim, məktəb rəhbəri
və ya elə götürək təhsil şöbəsinin
müdiri maliyyə məsələlərində, dərs
bölgüsündə və
digər qeyri məsələlərdə qarşıya
çıxan problemlərin
doğru həllini tapmaq üçün Məhər müəllimin
məsləhətinə ehtiyac
duyardılar. Məhər müəllim
sanki Füzuli təhsili üçün,
bir sözlə, hamı üçün meyar rolunu oynayırdı.
Mübahisəli məsələlər ortaya çıxanda düzgün cavab məhz Məhər müəllimdən alınırdı.
Onu yaşadan
və gələcəyə
bağlayan bu inam və insanların
ona qarşı olan sonsuz sevgisidir.
Qocaman pedaqoq bu gün təqaüddə olsa da, öz xeyirxah məsləhətlərini ona müraciət edənlərdən əsirgəmir. Belə ki, bu gün də vaxtilə birgə işlədiyi təhsil şöbəsi işçilərindən, müəllimlərindən və məktəb rəhbərlərindən öz təcrübəsini, biliyini verməkdən usanmır. Bu cəhət ona qarşı olan məhəbbəti daha da artırır. Elə onu yaşadan da, ətrafındakıların ona qarşı diqqət və qayğısıdır.
Məhər müəllim əqidəcə saf, sözünə düz, haqsızlığa qarşı dözümsüz olan köhnə kişilərdəndir. O özünü gözə soxan, vəzifəcə böyüklərə məddahlıq etməkdən çox uzaq adamdır. O heç zaman vəzifə hərisi olmamış, ancaq lazımlı mütəxəssis
İmtahan başlanan gün səhər tezdən Məhər müəllim mənə zəng etdi ki, o şagirdi imtahana burax, burada qorxulu bir şey yoxdur. Mən həm vəzifəli şəxs və həm də bir ağsaqqal kimi onun sözünü yerə salmayaraq, həmin şagirdin imtahanda iştirakını təmin etdim. Bildiyimiz kimi həyat bədxah adamlardan xali deyil. Kimsə Təhsil Nazirliyinə bu məsələni bir qədər də şişirdilmiş halda xəbər vermişdi. Təhsil Nazirliyinin nümayəndəsi baş verən hadisə ilə əlaqədar mənim izahatımı istədi. Mən həmin günün axşamı Məhər müəllimə, incik halda: "Axı niyə məni çətin vəziyyətə qoyan belə tapşırıq verdiniz?!" - dedim. Onun cavabı isə çox qısa oldu. "Müəllim, narahat olma, izahatında mənim günahkar olduğumu yazarsan, məni işdən çıxmaq qorxutmur, sən özünü qoru". Mən ondan bu cür səmimi etirafı, doğrusu , gözləmirdim. Bu cür kişi söhbətini ancaq Məhər müəllim və onun kimi mərd, cəsarətli adamlar edə bilərdi.
Bu məsələ ilə bağlı həmin vaxtda təhsil şöbəsinin müdiri işləyən şəxs mənim yazdığım izahatı vərəqləyərək Məhər müəllimə möhkəm acıqlanaraq dedi: "Niyə belə bir səhvə yol verilib?" Məhər müəllim isə təmkinini pozmayaraq dilləndi: "Yoldaş müdir, ildə bir dəfə mən səhvə yol verirəm, sənin isə səhvin yüzlərlədir". Mənə elə gəlir ki, xatırladığım bu epizod oxucuda və onu yaxından tanıyanlarda Məhər müəllimin xarakteri, onun həqiqəti üzə demək bacarığı haqqında aydın təsəvvür yaradır. İnsan onda özünü xoşbəxt hiss edir ki, o işləməyəndə də onu yaddan çıxarmırlar. Qədirbilən müəllim və məktəb rəhbərlərinin əksəriyyəti onunla tez-tez zəngləşir və hal-əhval tuturlar.
kimi onu vəzifəyə dəvət etmişlər.
Yadımdadır, o təhsil şöbəsində metodist işləyirdi. Təhsil şöbəsinin müdir müavini ştatı boş idi. Həmin vəzifəyə çoxlu namizəd meydana çıxmışdı. Ancaq rayon təhsil şöbəsinin müdiri icra başçısına həmin vəzifəyə təcrübəli və pedaqoji sahədə məharət və bacarığı ilə seçilən bir adamla, məhz Məhər müəllimlə işləmək istədiyini bildirmişdi. Bununla da məsələ müsbət həllini tapmış və Məhər müəllim həmin vəzifəyə irəli çəkilmişdi.
Məhər müəllim sözün həqiqi mənasında mərd adamdır. Verdiyi sözə əməl edəndir. Onda ikiüzlülük və yaltaqlıq yoxdur. Çətin ayaqda adamın arxasında durmağı bacarır. Həqiqətin üzünə düz baxmaq, sözü bütövlük onun elə bil boynuna biçilib. Həyat elə bir yoldur ki, burada heç kəs səhvdən sığortalanmayıb. Bəzən hamımız bilməyərəkdən və ya ehtiyatsızlıqdan səhv edirik. İnsan xarakteri öz mürəkkəbliyi ilə gözəldir. İnsan onda bütöv olur ki, onun müsbət və mənfi tərəfləri öz dolğun və yadda qalanlığı ilə diqqəti cəlb etsin. Bu mənada Məhər müəllimlə bağlı bir epizodu heç unuda bilmirəm. Yaxşı yadımdadır, təxminən 15 il bundan əvvəl mənim rəhbərlik etdiyim məktəbdə bir şagirdim vərəm xəstəliyinə mübtəla olmuşdu. Qaydalara görə həmin şagird imtahan verməyə və aldığı illik qiymətin nəticəsində ona attestat verilə bilərdi. Təbii ki, xəstəxananın arayışı burada əsas götürülürdü. Həmin şagirdin atası israrla bildirdi ki, oğlum özünü yaxşı hiss edir, imkan yaradın, qoy o da başqa şagirdlər kimi buraxılış imtahanında iştirak etsin. Mən isə valideynə rədd cavabı verərək bu işin məsuliyyətli olduğunu söylədim. Mənim xəbərim olmadan həmin şagirdin atası təhsil şöbəsinin müdir müavini Məhər müəllimə vəziyyəti düzgün başa salmadan oğlunun imtahanda iştirakını xahiş edir.
Məhər müəllimin əməyi Təhsil Nazirliyi və rayon təhsil şöbəsi, eləcə də digər qurumlar tərəfindən qiymətləndirilib, qabaqcıl maarif xadimi, Təhsil Nazirliyinin fəxri fərmanı və digər mükafatlarla təltif olunub.
Məhər müəllim həm də böyük bir ailəyə başçılıq edir. Onun 5 oğlu, 1 qızı, 11 nəvəsi və 1 nəticəsi var. Qoy onun bu nəsil şəcərəsi özü kimi nəslinə həmişə başıucalıq və şan-şöhrət gətirsin.
85 yaşın mübarək olsun, Məhər müəllim!
Ehtiram SƏFƏROV
Füzuli rayon 56 saylı tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2016.- 26 avqust.- S.4.