“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Ədəmi-ictima
Bundan sonra “Müsavat” fraksiyonu tərəfindən idxal
edilib də parlaman komisyonunda baxılmış olan
aşağıdakı ədəmi-ictima qanun layihəsi təqdim
olunur. Məruzəçi Məhəmməd Əmin Rəsulzadə
idi.
Məbusluqla
məmurluq ictimai həqqində layiheyi-qanuniyyə
Qüvveyi-qanuniyyə
ilə qüvveyi-ictimaiyyə və ədliyyənin biri-birindən
kamilən ayrı və müstəqil olması cümhuriyyət
idarə əsaslarından olmaq həsbi ilə məbusluq vəzifəsilə
məmuriyyət vəzifəhlərinin bir şəxsdə
ictimai qabil olmadığından Azərbaycan Məclisi-Məbusanı
aşağıdakı məvaddi qəbul eləmişdir:
1- Məclisi-Məbusan
əzalığı ilə hökumət məmurluğu bir
zat öhdəsində ictima edəmməz. Fəqət
nazirlərdən intixab olunanların əzalığı
caizdir. Sair məmurlardan biri məbusluğa
intixab olunmuşsa və yaxud intixab olunursa qəbul edib-etməmək
öz ixtiyarındadır. Fəqət qəbul
etdigi halda məmurluqdan ayrılır.
Qeyd: a)
İdarə xidmətini ifa etməyən məktəb müəllimləri
ilə professorlar öylə də ixtisas iqtiza edən məsələlərdə
əhli-xəbirəlik sifətilə dövlət müəssisələri
nəzdində bulunan şəxslər yuxarıdakı məmnubətdən
istisna təşkil edirlər.
b) Bu
istisna yalnız Məclisi-Məbusanın bulunduğu məhəllədə
ifayi-vəzifə edən şəxslərə aiddir.
2- Məclisi-Məbusan
əsası nazir mövqeində bulunduqları müddətcə
maaşlarını yalnız nazirlər heyəti təxsisatından
alarlar.
3- Bu qanun
nəşr edilən gündən etibarən məriül-icradır.
4- Bu qanunun
nəşrindən etibarən dövlət xidmətində
bulunan məbuslar Bakıda isə 3 gün, xaricdə isələr
10 gündən sonra bulunduqları xidmətdən istefaları
həqqində Məclisi-Məbusan Divani-Rəyasətinə ərzi-bəyanda
bulunmasalar məmuriyyəti tərcih eləmiş kibi tələqqi
və məbusluqdan ayrılmış ədd olunuyorlar.
Layihə bir qədər mübahisəyə bais oluyor. Rəsulzadə
cənabları müdafiə ediyorlar. Nəhayət
maddəbəmaddə bir yerdə səsə qoyularaq əksəriyyəti-ara
ilə qəbul olunur.
Məsai
nəzarəti təşkilatı
Növbədə məsai nəzarəti təşkili həqqindəki
qanun layihəsidir. Məruzəçi sifətilə Musa bəy
Rəfiyev çıxıyor. Və
aşağıdakı layiheyi-qanuniyyəyi maliyyə komisyonu
tərəfindən təqdim və təsdiqini təklif
ediyor:
Məsai
nəzarəti təşkili həqqində layiheyi-qanuniyyə
Məsai
nəzarətinin dəftərxanasında bulunacaq xidmətçilərin
müvəqqəti layihəsinə aid sənət və zəhmət
qanunnaməsinin şərtlərinə görə (Rusiya
qanunnaməsinin XI cildi, 2-ci hissə, 1913 sənənin mətbui)
bütün fəhlə və sənət işlərinin
idarələnməsi və saxlanılması, həm də
iş verənlər ilə fəhlə arasındakı
münasibatın üzərindəki nəzarət işləri
büsbütün Rusiya hökumətinin ticarət və sənaət
nəzarətinin fəhlə və sənət şöbəsində
toplanmışdı.
Bundan əlavə
məzkur vəzarətin mərkəzi denilən müəssisələri
ki, fəhlə məsələlərinə dair işlər
ilə məşğul idilər, bunlar idi:
1. Birinci
və baş idarə fabrika və mədəniyyat işləri
müəssisəsi idi ki, həmin bu müəssisənin
öhdəsinə fabrikalarda və mədəniyyat dairələrində
kullanılacaq qanunnamələrin vəziyyəti və qaidəli
surətdə icra edilməsini buraxmışdılar.
2. Fəhlələrin
sığortası üçün qurulmuş şura idi ki,
1913 sənədə təsis edilib fəhlələri xəstə
vəqəəsindən, yaxud bədbəxtanə hadisələrdən
sığorta və təmin ediyordu. Ticarət və
sənaət nəzarətinin məhəlli təşkilatı
isə fabriçni inspeksiyadan və məhəlli fabrik və
mədəniyyat işlərinə baxan, həm də fəhlələri
sığorta edən quberniya müəssisəsindən ibarət
bir idarə idi.
Burada gərək diqqətə alınsın ki,
yuxarıda adlandırdığımız fəhlə və
zəhmət mühafizəsinə qurulmuş müəssisələr
bir-birindən bu halda asılı idilər ki, hərgah mərkəzi
müəssisə bir səbəbdən dolayı işdən
qalsaydı, eyni zamanda hamı kiçik müəssisənin də
işdən qalmasına bais oluyordu. Həmçinin fəhlə
sığortasına təsis edilmiş şura fəaliyyətindən
qalsaydı, dərhal adi sığorta müəssisəsinin
işləməgi qeyri-mümkün idi.
Hal-hazırda Azərbaycan Cümhuriyyəti daxilində təsis
edilməkdə olan məsai nəzarətində bütün
fəhlə və sənət mühafizəsinə lüzum
görülən mühafizə və nəzarət işləri
həmin nəzarətdə toplansın və get-gedə fəaliyyət
və nəzarətini böyüdüb axırda bütün
fəhlə və zəhmətkeş dairələrini bittəmam
əhatə edəcəkdir.
Şübhəsiz
ki, fəhlə və zəhmət mühafizəsinə təsis
olunan məsai nəzarətində sabiq ticarət və sənaət
nəzarətinin haman mərkəzi və
məhəlli müəssisələri daxil olmalıdır. Fəqət məzkur müssisələrin əski
qanunnamələri bu halda buranın iqtisadi və məmləkəti
əhvalına həm də hüquqları tanınmış
kütlə arasında təshih və baxılmamış
icra etmək imkan xaricindədir.
Belavo sabiqki fəhlə və zəhmət mühafizəsinin
müəssisələri qanunnamələrinin
baxılmasına daha bundan aşikardır ki, bu müəssisələrin
qanunnamələri 1917-ci sənənin fevral hadisəsindən
sonra dəgişməmiş öz qanuni gücündə baqi
qalmışdır. Bu cəhətdən naşi bu müssisələrin
mövcud təlimatları konstruksiyaları hazırkı məişət
və zindəganlıq şəraitinə müğayir həm
də hüquqini düşünənlərə
qeyri-müvafiqdir. Həmçinin o qanunnamələrin
çoxu fəhlə iqtisadi təşkilatı tərəfindən
baxılmaz qalmışdır.
Yuxarıdakı əhvalatlardan naşi məsai nəzarətinin
qanunnaməsi həm də onun sair müəssisə və təşkilatlarının
qanunnamələri ki, orada daxil olacaqlardır. Belavo idarəsinin
ştat siyahısı ancaq fəhlə məsələləri
üzərində veriləcək əhəmiyyət və
diqqətdən sonra hazırlanar. Məsai
nəzarətinin hazırdakı davamı isə hələlik
yalnız mövcud olan fabriçni inspeksiya ilədir. Və fəhlə məsələsinə ətraflıca
baxılmağa xüsusi şuranın təsisinə
başlanmışdır. Və yeni müəssisənin
isə layihəsi qanun qoyan məclisin baxılmasına verilib
ki, təsdiqindən sonra dərhal fəhlə və zəhmətkeşlərin
mühafizəsinə lüzum görüləcəgi tədbirləri
və materialları hazırlasın.
Bilaxirə məsai nəzarətinin öz idarəsidir
ki, kəndi tərəfindən gərək sair müəssisə
və idarələr ilə əlaqədə bulunsun. Və bunun
içində dəftərxanası təsis edilib də
işə salınsın. Bu səbəbdən
layihəsi (ştat siyahısı) bunun ilə bərabər təqdim
ediliyor.
Müvəqqəti dəftərxanə ştatı (məsai
nəzarəti üçün əlahiddə qanunnamə
buraxılana qədər) sair nəzarətlərin
ştatına müvafiq təşkil ediliyor. Bunlara verilən aylıq maaş yenə başqa nəzarətlərdə
verilən maaşa bərabərdir. Belavo sair nəzarətlərin
dəftərxanə xərcləri və təchizat xərcləri
kibi bu nəzarətin də olacağı mühəqqəqdir.
Bu xərclərdən
savayı xüsusi fəhlə məsələsi
şurasının üzvlərinə veriləcək 60 min
manatlıq mükafatdır ki, hər dəfə şurada
iştirak etmiş üzvə 50 manatdan olaraq veriləcək və
bu məbləği də məsai naziri özü qət edəcəkdir.
Məsai
naziri Aslan Səfikürdli
Layihə bir qədər müzakirata bais oluyor. Xüsusən
nəzarət nəzdində şura təsisi şiddətli
mübahisəyə mövcib oluyor. Nəhayət
şura həqqindəki qismə ayrıca baxılmaq şərtilə
layihənin yerdə qalan maddələri qəbul olunur.
Rəisi-Vükəlanın
bəyanatı
Bundan
sonra Rəisi-Vükəla Fətəli xan Xoyski həzrətləri
söz alaraq Balkan yarımadası və Qafqasiyada müttəfiqlər
qoşunları baş komandanı və İngiltərə
kralının nümayəndəsi olan ser Corc Milin ilə
mülaqatı həqqində məlumat verərək bəyan
ediyorlar ki:
Görüşdügümüz zəman general Milin Azərbaycan
tərəfindən gördügi hüsni-istiqbal və
ehtiramdan pək razı qalmış və təşəkkür
etdi. Azərbaycanın hal və övzaindən çox
razı qaldığını bildirərək hətta Azərbaycandan
heç böylə şey gözləmədigini bildirdi.
Müsahibənin ibtidasında şübhəsiz
ki, birinci məsələ olaraq Azərbaycanın istiqlaliyyətindən
danışdıq. General bəyan
etdi ki, İngiltərə hökuməti Azərbaycan
Cümhuriyyəti hökumətini tanıyır və bundan
başqa bir hökumət tanımayacaqdır. (Şiddətli
alqış) Onların rəyincə Azərbaycan hökumətindən
başqa hökumət ola bilməz,
olmayacaqdır da. Biz həmişə bu hökumətə
kömək edəcəgiz. Müttəfiqlər
qoşunu komandanı general Tomsona və sair idarələrə
də bu məzmunda əmrlər verilmişdir. İkinci məsələ İngiltərənin
ümumiyyətlə xırda millətlərin hüquq və
arzularına nə nöqteyi-nəzərdə olmalarına aid
idi. Bu xüsusdakı sualına cavabən
general bəyan etdi ki, İngiltərə hökuməti bu rəydədir
ki, kiçik millətlərin özlərini müstəqil
idarə etməgə xırda millətlərə təyini-müqəddərat
ixtiyarı verilməsini müdafiə edəcəkdir. (Alqış). Ona görə
inanıyoram ki, bu məsələdə siz dəxi öz amal
və arzunuza nail olacaqsınız.
Üçüncü məsələ İngiltərə
və müttəfiqlər qoşunlarının Qafqasiyaya nə
məqsədlə gəldiklərinə aid idi. Bu barədə də general
böylə bəyanat verdi:
Bən sizi qəti surətdə inandırıyoram ki,
biz sizin daxili işlərinizə əsla qarışmaq fikrində
degiliz. Əgər
bəzi vəqt bir adam müdaxilə
ediyorsa, bu da yekdigərini anlamamaqdan, yaxud bu ya o məmurun kəndi
vəzifəsini bilməməsindən nələr ediyor. Böylə təsa-düflər barəsində məlumat
olsa mütləq bu kibi hərəkətlər kökündən
kəsilər. Bizim Qafqasiyaya gəlməkdən
məqsədimiz asayiş və müsaliməti payidar etməkdir.
Yenə təkrar ediyorum sizin daxili işlərinizə
əsla qarışmayacağız.
Bundan əlavə
sair məsələlər həqqində də müsahibəmiz
oldu: Fəqət hələlik bu barədə məlumat verməgi
lazım görmüyoram: ancaq bunu diyoram ki, generalın bizə
qarşı bir xeyirxahlıq, razılıq və gələcəgimizə,
tərəqqimizə ümid bəslədigi görülməkdə
idi. General tazə şəhərə gedəcəgini
bəyanla qayıtdıqdan sonra, yenə görüşəcə-gimizi
bəyan etdi.
“Müsavat”
fraksiyasının təklifi
Rəisi-Vükəla
Fətəli xan Xoyski həzrətlərinin bəyanatından
sonra Məclisi-Məbusanın “Müsavat” fraksiyonu tərəfindən
böylə bir təklif varid oluyor:
“Hökumət
rəisinin ingilis orduları komandanı və Britaniya hökumətinin
nümayəndəsi olan general Milinin Azərbaycan hökumətini
tanıması və İngiltərə hökumətinin
Qafqasiya millətlərinin kəndi başlarına yaşamaq həqlərini
müdafiə edəcəgi vədini bildirən bəyanım
böyük bir məmnuniyyətlə dinləyərək məbusan
riyasətinə təklif ediyor ki, generalın övdətində
məclisin təşəkkürünü bizzat kəndilərinə
bildirsin”.
Təklif bütün Məclisi-Məbusan tərəfindən
alqışlarla qarşılanıyor.
Növbədən
xaric bəyanat
Məhəmməd
Əmin Rəsulzadə - Növbətdən xaric söz alaraq
çox qızğın və səmimi bir nitqlə diyor ki:
Şimdi hökumət rəisinin ağzından İngiltərə komandanlığının Qafqasiyada əmniyyət və asayiş bərpası məqsədi təqib etdigini sevinc ilə eşitdik. Bu sözlərin səmimi və doğru olduğuna inanıyoruz. Bunu bizə Gürcüstan ilə Ermənistan arasındakı dava dəxi isbat etdi. Bir dərəcə Qarabağ məsələsi də bunu göstərdi. Fəqət şimdi bəni bu kürsiyi-xitabətdən danışmağa vadar edən bir fəqərədir ki, o əmin və asayiş istəyənlərin xəbərsizligindən iləri gəlir. O da tökülən yeni qanlardır.
Vətəndaşlar, Naxçıvan və Şərur uyezdlərində və İrəvan quberniyasının sair yerlərində müsəlmanlar, türklər başında yenə tazədən top qumbaraları partlıyor. Müsəlmanlar min dürlü əza və cəfalərə düçar oluyorlar. Hələ erməni-gürcü konfransında əskər tərxisi müzakirə edildikdə ermənilər demişlər ki, bizim daxili düşmənlərimiz var, asilərimiz var, onları tabe və tədib üçün əskər lazımdır: ona görə qoşunumuzu buraxa bilməyəcəgiz. Məgər bu düşmənlər yazıq, topraqlarından əl çəkmək istəməyən zavallı naxçıvanlılar imiş, məgər bu düşmənlər istiqlaliyyət istəyən, heç kəsə qul olmaq istəməyib müstəqil yaşamaq arzusunda olan müsəlmanlar imiş?!
Əlbəttə, hökumət bu xüsusda tədbirlər görməli, nahaq tökülən qanların önünü almağa çalışmalıdır.
Dağıstan parlamanını təbrik
Vəqt gec olduğundan növbədəki məsələlər təxir edilib iclasın qapanması həqqində bir təklif varid oluyor. Dağıstan Cümhuriyyəti Məclisi-Məbusanına təbrik teleqrafı haman gün çəkilmək şərtilə təklif qəbula keçiyor. Dağıstan parlamanına bu məzmunda bir teleqraf çəkmək təhti-qərarə alınır:
“Dağıstanlı qardaşlarımız Cümhuriyyətinin parlamanının güşadı münasibətilə Azərbaycan parlamanı 25 yanvar tarixli iclasında böylə qərar almışdır: Səmimi qəlbdən və məsruriyyəti-tammə ilə qardaşlarımızı parlamanlarının güşadı münasibətilə təbrik ediyor, yeni dövlət üsulunun payidar və qəvi olmasında yalnız kəndilərinin degil, bəlkə həmsayə tayfalarının da hüquqlarını daima müdafiədə bulunan qeyrətli dağıstanlıların səadətini görərək Azərbaycan parlamanı qardaşlarının bu qüvvə və ehtişamında kəndi ehtişamını dəxi mülahizə ediyor və binaənileyh var qüvvəsilə Şeyx Şamilin qeyrətli və layiq övladlarının qayələrinin əncamə yetməginə yardımçı olacaq. İki müttəhid qonşu Cümhuriyyətlər əl-ələ verərək kəndi istiqlaliyyətlərini hər bir ədudan müdafiəyə qadir olub, bütün ədədən kiçik, mənən böyük millətlər təqib etdikləri amal və qayəyə nail olmaları dəxi şübhədən xaricdir”.
“Azərbaycan”, 28 yanvar 1919, ¹99
Əvaxir - axırlar
Ənva - növlər
Məlhuz - nəzərə alınmış
Qabil - mümkün
Xəbir - məlumatı olan, xəbəri olan bilən, başı çıxan
Məmnu - qadağan olunmuş
Məriül - riayət edilmiş
Blevo-massa - kütləvi
Tərcih - üstün tutma
Vəzarət - nazirlik, nazir vəzifəsi
Övdət - geri dönmə, qayıtma
Əza - əziyyət
Tədib - cəzalandırma
Məsruriyyət - şadlıq, sevincək
Tammə - bütün, tam
Həmsayə - qonşu
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci
qəzet.- 2016.- 27 avqust.- S.21.