Ekran sənəti ictimai mənafenin müdafiəsində

 

Böyük ekrandan fәrqli olaraq, televiziya ekranı yuxarıda sadalanan

funksiyaların daha çevik, operativeffektiv şәkildә, özübütün

tamaşaçı kütlәsinә birbaşa çatdırmaqla sosial sifarişi zәruri istiqamәtdә

yerinә yetirmiş olur. 2006­cı ildә ANS Şirkәtlәr qrupunun tәrkibindә

tәsis edilәn “Bakı Film” Kinostudiyası hәm böyük ekranın böyük qayğılarını, hәm dә televiziya ekranının

boşluqlarını doldurmaq mәsuliyyәtini öz üzәrinә götürәrәk, cәmiyyәti әcnәbi ekranlardan milli ekrana

köklәdi. Bәs milli ekran tamaşaçıya nә vәd edirdi? Azәrbaycan tamaşaçısı ekranda nәyi vә necә görmәli idi?

Cәmiyyәtin televiziya ekranına göndәrdiyi tәlәb ismarıcı ilk növbәdә, öz daxilindә olan neqativpozitiv

xüsusiyyәtlәri görmәk vә onları doğru­dürüst saf çürük etmәk marağından irәli gәlirdi. Dövlәt nә qәdәr güclü

inkişafedici amillәrә söykәnsә dә, içәridә kök salan haramhalal konteksi, acgözlük, özgәnin vardövlәtinә

hәrislik meyarlarından heçuzaq deyil. Biz ilk növbәdә cәmiyyәtimizin hansı üzvlәrini ifşa

etmәliyik? Vә bu ifşadan sonra cәmiyyәt nә qazanacaq? Hәr halda itirilәcәk heçyox idi. “Bakı Film

Kinostudiyası, kinostudiyanın tәsisçisi Vahid Mustafayevin ideyası vә baş prodüserliyi ilә 2008­2009­cu

illәrdә 11 seriyalı “Qaydasız döyüş” serialına (ssenari müәlliflәri Kamran Qasımov, İlqar Fәhmi) imza atdı.

Televiziya ekranımız ilk dәfә idi ki, öz tamaşaçısını silkәlәyirdi. Serialın hәr seriyasını diqqәtlә izlәyәn әn

sadә vәtәndaş belә, heç şübhәsiz ki, barmağını dişlәyәrәk, öz­özünә demişdi: “Axı burnumuzun ucunda idi,

niyә bunları görmürdük?” “Qaydasız döyüş” cәmiyyәtә son dәrәcә zәruri mesaj verirdi: “Dövlәtin yuxarı

eşalonlarında kök salmış mafioz qruplaşmalar, korrupsiyaya qurşanmış qüvvәlәr öz çirkin әmәllәri ilә

dövlәtin inkişafına mane olur, hәr bir vәtәndaşın haqqını tapdalayaraq, onun gәlәcәyini şübhә altına qoyur”.

“Qaydasız döyüş” cәmiyyәti bu tip problemlәrә daha ayıq olmağa sәslәyirdi.

Serialın baş verәn hadisәlәr fabula xarakterinә malikdir, şaxәlәnәn süjet xәtlәri seriyalar boyu vahid ana

xәtdә pәrçimlәnir, hadisәlәr daha da gәrginlәşir.

Serialın süjet xәtti ilә bağlı istehsalçı qurum tәrәfindәn yayımlanan rәsmi sinopsisdә qeyd olunur: “Bu film

әsәri gәnc, intellektual nәsillә, pul, var­dövlәt, vәzifә hәrisliyini hәyat amalı seçәn nәsil arasında gedәn gizli

münaqişәyә hәsr olunub. Әslindә, hәr şey aydındır: köhnә maqnatlar öz yerlәrini tenderlә qalib gәlәn

gәnclәrә vermәlidirlәr. Amma onlar öz gәlir vә postlarından asanlıqla әl çәmәk istәmirlәr, yüksәk vәzifә

eşelonlarında arxa axtarır, yeri gәlәndә kriminal hәrәkәtlәrdәn çәkinmirlәr. Әsas süjet xәtti gәnc azad

sahibkar Kәnan Kәrimli (Rәşad Sәfәrov) ilә mafioz qruplaşmanın başçısı Akif Sәmәdovun (Elxan Quliyev)

mübarizәsi üzәrindә qurulub. Akif Sәmәdov Kәnanın milli istehsalı genişlәndirmәk cәhdlәrinin qarşısını hәr

vәchlә almağa çalışır. Quldurluq, oğurluq, insan ölümü, narkotika alveribir çox başqa çirkab işlәrdә

birbaşa әli olan Akif Sәmәdovun qadın alverindә adı hallanması vә bu işә digәr qadınları da cәlb etmәsi onun

qaranlıq vә pisliklәrlә dolu hәyatının әn pik nöqtәsi olur. Gәnc biznesmen Kәnan Kәrimli isә polislәrlә

bәrabәr mafioz qruplaşmanın başçısı Akif Sәmәdovla mübarizә aparır. Lakin tәәssüflәr olsun ki, insanların

güvәn yeri sayılan polislәr arasında da Rauf Әlәsgәrov (Anar Heybәtov) kimi peşәsinә layiq olmayanlar

var”. Bu әslindә televiziya ekranında neorealizmin tәqdimatı idi... Dünya kinematoqrafiyasının tarixindә

neorealizmin meydana gәlmәsi, cәmiyyәtin sosial sifarişinin bәhrәsi idi. Mәsәlәn, necә ki, bir zamanlar

İtaliya tamaşaçıları neorealizm cәrәyanının kömәyi vasitәsilә hәmin dövrә qәdәr görümüş olduqları hamar,

sәliqәli Roma, Milan küçәlәrindәn, palçıqlı, kasıb, uçulub tökülmüş evlәrlә zәngin olan mәhәllәlәrә

boylanmışdılar. Әslindә “Qaydasız döyüş” Azәrbaycan teleekranında serial xәtti üzrә neorelaizm әnәnәlәrin

30.08.2016 525.az ­ print

http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=62587 2/3

tәmәlini qoydu. Azәrbaycan tamaşaçısı yaşadığı cәmiyyәti çirkablığı ilә görmәyә başladı ki, bu da onun

xeyrinә idi.

2009­cu il oktyabrın 26­da ANS televiziyası ilә yayıma başlayanQaydasız döyüşserialı, hәr hәftәnin

şәnbә günü, axşam saatlarında işdә, istirahәtdә, küçәdә, bir sözlә müxtәlif tәyinatlı müxtәlif mәkanlarda olan

hәr bir vәtәndaşı öz әtrafına toplamağı bacarırdı. Cәmiyyәt ilk dәfә idi ki, bәdii televiziya ekranında öz

problemlәrini görürdü.

Azәrbaycan prezidenti İlham Әliyev dәfәlәrlә öz çıxışlarında ölkәdә mövcud olan korrupsiya faktlarına qarşı

amansız mübarizәnin vacibliyini vurğulayıb, bununla bağlı tapşırıqlarını verib. Bu qәtiyyәtli mövqenin

yanında olanQaydasız döyüşserialı әslindә korrupsiyanın mexanizmini ortaya qoymağı bacarmışdı. Qadın

alveri, narkotiklәrin qanunsuz dövriyyәsi ilә mәşğul olan mafioz qruplaşmanın dayağı yüksәk eşalonlarda

vәzifә tutan dövlәt qulluqçularıdır. Amma bu dayaq әslindә “nәhәnganlaşmadır. Serialın sinopsisindә qeyd

edildiyi kimi mafioz qruplaşma ilә korrupsiya adlı bәlanı birlәşdirәn tender prosesi var ki, onun da

mahiyyәtindә yerli istehsalın qurulmasının onların xeyrinә deyil, haram yollarla pul qazanmaq naminә qonşu

ölkәlәrdәn vaxtı ötmüş әrzaq mәhsullarının Azәrbaycana gәtirilәrәk, istehlak edilmәsidir. Bu isә açıq­aydın

dövlәt büdcәsinin talanması demәkdir. Bütün bunların tәminatçısı isә, mütlәq şәkildә hüquq­mühafizә

orqanlarında çalışan, öz peşәsinә, әqidәsinә zidd gedәrәk, zorakılığı “rәsmilәşdirәn” qüvvә olmalıdır.

Qaydasız döyüş”ün süjet xәtti mürәkkәbdir. Burada dövlәtdә yüksәk vәzifә tutmuş şәxslәri, müstәntiq

xanımı, yüksәk vә sıravi polis әmәkdaşlarını, muzdlu qatillәri, hәtta reklam studiyasında çalışan adi meneceri

belә görmәk olar. Amma serialın unikallığı ondadır ki, burada hәr bir personaj bir­biri ilә sıx bağlıdır.

Mәşhur italyan rejissoru, vәtәndaş vә cәmiyyәt tipli mözulardan tutmuş vestern spagettiilәrә qәdәr çәkdiyi

ekran işlәri ilә dünya miqyasında bir sıra uğurlara imza atmış Damiano Damianinin maraqlı bir fikri diqqәti

cәlb edir: “Süjet xәtti elә olmalıdır ki, personajlar qalereyasından bir personajı kәnarlaşdırdıqda, hәmin süjet

xәtti parçalanmalıdır”. Damianidәn söz düşmüşkәn müqayisә üçün bir vacib faktı vurğulamaq yerinә düşәrdi.

1984­cü ildә Damiani Damianinin rejissorluğu ilә ekranlara vәsiqә qazananSprut” (1­ci hissә) bәdii

televiziya serialının da qarşısına qoyduğu әn әsas mәqsәd vәtәndaş vә cәmiyyәtin hüquq vә vәzifәlәrini

çözәlәmәk idi. Mafiya vә korrupsiyanın qurbanı olmuş insan hansı addımı atmalıdır? Sonrakı illәrdә müxtәlif

rejissorlarSprut”un növbәti hissәlәrini lentә alsalar da, mәqsәd vә hәdәflәr dәyişmәdi. Sözün әsl mәnasında

serial cәmiyyәtin sağlamlaşdırılmasında, onun mafioz qruplaşmalar, korrupsiyadan tәmizlәnmәsindә

müstәsna әhәmiyyәtә malik oldu. Düzdür, mükәmmәl nәticәdәn danışmaq gülünc olardı, amma cәmiyyәt

çağırışlara sәs verdi. Hәmçinin әn vacib mәsәlәSprutöz iradәsi ilә İtaliya dövlәtçiliyinin yanında

olduğunu sübut etdi. Bu tәsadüfi paralel deyil.

Qaydasız döyüşfaktiki olaraq, qarşısına qoyduğu mәqsәd vә vәzifәlәrin hәllini mәhz vәtәndaş vә cәmiyyәt

münasibәtlәri konteksindәn tәqdim etmәyә çalışdı. Sabah hәr birimiz korrupsiyanın, mafiyanın qurbanına

çevrilә bilәrik. Hәtta utopiyaçılar Robert Ouen, Şar Füryenin belә xәyal etdiklәri cәmiyyәtdә bu mümkündür.

Amma әsas mәsәlә vәtәndaşın atacağı addımlar vә istәr hәmin әrәfәdә, istәrsә dә sonradan formalaşacaq

mövqeyi üzәrindә cәmlәşir. ÜstәlikQaydasız döyüş” dә öz iradәsi ilә Azәrbaycan dövlәti vә onun sağlam

qüvvәlәrinin yanında olduğunu nümayiş etdirdi. Bu sağlam qüvvәlәri serialboyu izlәmәmәk mümkün deyil,

çünki süjet xәttinin bir qism yükü dә onların üzәrinә düşür. Müstәntiq Nigar Cәfәrova (Rada Nәsibova) vә

mayor Mәhәrrәmov (Әhmәd Salahov) çirkab vә xәyanәtdәn uzaq dayanaraq, öz vәzifә borclarını layiqincә

yerinә yetirirlәr. Kәnan Kәrimli isә ölkәmizdә inkişaf etmәkdә olan azad sahibkarlğın nişanәsi olaraq,

serialın әsas fiquruna çevrilir. Әslindә elә bütün ziddiyyәtlәr dә Kәnan Kәrimlinin simasında azad

sahibkarlığın inkişafının qarşısını almaq üzәrindә qurulub. Hәmin qüvvәlәr üçün gizli iqtisadiyyatın

mövcudluğu ona görә vacibdir ki, çirkli pulların yuyulmasını tәmin etmiş olsunlar. Dövlәt büdcәsinin

formalaşdıran gәlir mәnbәlәrindәn olan vergilәrdәn yayınaraq, iqtisadi vәziyyәti öz tәnәzzülә uğratmaq, onu

öz xeyirlәrinә dәyişsinlәr. Bütün bunlarQaydasız döyüş”ün dramaturji modelindә, bir­biri ilә sıx şәkildә

tәqdim olunur.

Serialın tәqdimat mәrasimindә baş prodüser, “Bakı Film” kinostudiyasının tәsisçisi, kinorejissor Vahid

Mustafayev bu ekran әsәrinin Azәrbaycan dövlәtçiliyi üçün mühüm әhәmiyyәt kәsb etdiyini vurğulamışdı.

Bu da danılmaz faktdır ki, serial istehsalat üsulu, çәkiliş texnikası vә ümumiyyәtlә serial sәnayesinә yanaşma

baxımından Azәrbaycan telemәkanında yenilik idi. Peşәkar aktyor oyunu, çәkiliş qrupunun hәr kadra

bәslәdiyi hәssaslıq, sonda mükәmmәl nәticәnin tamaşaçılarla tәmasını tәmin etmiş olmuşdu. Bütün bunlar

sözsüz ki, ali ideyanın çatdırılmasına öz müsbәt tәsirini göstәrdi. Ekranın maarifçilik funksiyasından nәzәr

salsaq görәrik ki, bu gün dövlәtimizdә baş verәn mütәrәqqi proseslәr, davamlı inkişaf, cәmiyyәtin

30.08.2016 525.az ­ print

http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=62587 3/3

sağlamlaşdırılması prosesindә televiziya ekranının, o cümlәdәn “Qaydasız döyüş”ün özünәmәxsus yerinin

olması göz önündәdir. Serial hәlә yeddi il bundan әvvәl hәr hәftә cәmi bircә saatlıq efir pәncәrәsi ilә

cәmiyyәtә çağırış edәrәk, ona problemlәrin hәlli yollarını göstәrmәyә çalşırdı. Çünki istәnilәn halda dövlәt,

vәtәndaşla cәmiyyәtin münasibәtindәn formalaşır. Bu münasibәt isә sağlam vә tәmiz prinsiplәr üzәrindә

qurulmalıdır.

 

Kamran QASIMOV

Azәrbaycan Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Universitetinin Kinoşünaslıq kafedrasıının müәllimi

525-ci qəzet.- 2016.- 27 avqust.- S