Afaq Məsud dünyası - (on səkkizinci yazı)

 

 

Afaq Məsud Həllac Mənsurda, hər şeydən əvvəl, İnsanın Allah axtarıcılığının metafizikasını təqdim edir...

 

Əsər kifayət qədər maraqlı dramatik ( zəngin!) struktura malikdir.

 

Dramın birinci şəklində Abbasilər sülaləsinin sultanı İbrahimlə saray əyanları Bağdadda peyda olmuş Həllac Mənsur adlı bir şəxsin dinə zidd təbliğatlarını, hərəkətlərini müzakirə edib nəticə etibarilə qərara gəlirlər ki, o həbs olunsun. Ancaq belə bir qərarın doğruluğuna müəyyən şübhələr var. Çünki Həllac Mənsurun ilahi bir gücə sahib olması, xüsusi missiya daşıması özünü aydın hiss etdirir... İkinci şəkil bu qeyri-adi insanın kütlə-izdiham qarşısında heç hər kəs üçün anlaşıqlı olmayan moizəsindən, məşhur ən əl- Həqq! çağırışından Sultan İbrahimin əmri ilə həbs edilməsindən danışır... Üçüncü şəkildə Sultan İbrahim ilahidən gələn səs-təlqin nəticəsində ayılma-katarsis keçirir. hakimiyyətdən əl çəkib dərviş-mürid kimi səhraya düşür... Dördüncü şəkildə Həllac Mənsurun həbsxanada göstərdiyi möcüzələrdən danışılır. Üsyançı tərəfdarları onu xilas etmək istəsələr , razılaşmır... nəhayət beşinci şəkildə hətta Sultan İbrahimin mane olmaq cəhdlərinə rəğmən (halbuki ölüm əmrini o vermişdi) Həllac Mənsur kütlənin- izdihamın gözü qarşısında amansızlıqla edam edilir...

 

Dramın baş qəhrəmanı, heç şübhəsiz, Həllac Mənsurdur. bu böyük tarixi şəxsiyyətin (sufi- mütəfəkkirin) obrazı Müsəlman Şərqində (ümumən Dünyada) qədər məşhur olsa da, fikrimizcə, Afaq Məsud özünün ( müasir dövrün!) Həllac Mənsurunu yarada bilmişdir ki, bu da, ilk növbədə, qəhrəmanın düşüncələrinin, mükalimələrinin mühakimələrinin çağdaşlığında təzahür edir.

 

Həllac Mənsur metafizikdir. Onun metafizikası, hər şeydən əvvəl, heç bir alternativ qəbul etməyən ən əl- Həqq fəlsəfəsində ehtiva olunur...

 

...Adamlardan biri. Ucadan danış, Mənsur, biz səni eşitmirik! Allahı biz harda axtaraq? O hardadı?..

 

Mənsur (yuxudan oyanmış kimi). Onu axtarmayın... O hər yerdədi. (Ucadan) Ey allahı axtaranlar! Qulaq asın, eşidin agah olun! (Həyətə sakitlik çökür). Allahdan yuxarıda bir kimsə yoxdu ki, üstünə kölgə salsın. Allahdan aşağıda bir kimsə yoxdu ki, Onu çiynində saxlasın. Allahdan irəlidə bir kimsə yoxdu ki, Ona rast gələ bilsin. Allahdan arxada bir kimsə yoxdu, qaçıb Ona yetə bilsin. (Heysiz təslimlə) Nöqtə bölünməzdi... (başı, gücü tükənmiş kimi aşağı enir).

 

...İzdihamda çaxnaşma yaranır. Müridlər yaşıl əmmaməli hacının qollarından tutub həyətdən çıxarmaq istəyirlər.

 

Mənsur. Ona toxunmayın! (Meydana sakitlik çökür.) Qoy qulaq assın. Dinləyib agah olsun. Xilas - eşitməkdə, anlayıb agah olmaqdadı! Odu ki, qulaq asın. Eşidin, anlayın xilas olun. (Başını aşağı salır, özü ilə danışırmış kimi astadan) Siz ey Allahı axtaranlar... (Başını qaldırır, ucadan) Siz ey Allahı axtaranlar! Onu kitablarda, şüurlarda, məntiqdə axtarmayın! (Səsi enir) O məntiqə, kitablara, şüurlara sığan deyil. Əgər kimsə desə ki, mən onu dərk etdim, bilin ki, o kəs ondan xəbərsizdi. O, bütün biliklərin kitabların o biri üzündədi! (Sim titrəyişini andıran səs. Səsi enir) Sizinsə lap yaxınınızdadı. Bunu anlasaydınız...

 

Sarı əmmaməli hacı. Bunu vaxtı ilə İsa da demişdi, onu çarmıxa çəkdilər!

 

Mənsur. (sağ əlini şəhadət verirmiş kimi yuxarı qaldırır). Siz ey Allaha inananlar! (Səsi enir) Allaha inanırsınızmı?.. (İzdihama sakitlik çökür. Allahumməsalli əla Muhəmmədin ali Muhəmməd deyən asta səslər eşidilir). Eşidin agah olun... İsa Məhəmməddi... (sim titrəyişini andıran səslər) Məhəmməd Musadı... Musa İbrahimdi... İbrahim Adəmdi...

 

İşıq dəyişir. İnsanlar xof içində bir- birinə baxırlar.

 

Sual olunur: Heç bir fikrin müzakirəsiz, polemikasız özünə mövqe tapa bilmədiyi bizim dövrümüzdə Həllac Mənsurun bu cür mütləq metafizikası ictimai rezonans doğura bilərmi?..

 

Fikrimizcə, bilər... İlk növbədə ona görə ki, bu, xürafat deyil, əksinə, İnsanı bu dünyanın çoxüzlü, xərçəng kimi bəşəriyyətin canına daraşmış xırdalıqlarından, naqisliklərindən, hər şeylə al- ver eləmək psixologiyasından xilas etmək cəhdidir. Qaçılmaz olan müzakirələri, polemikaları daha yüksək səviyyəyə qaldırmaq, daha ali məqsədləri əhatə etməklə aparmaq istəyidir.

 

Sultan İbrahim dinamik, dramatik olduğu qədər də təbii, həyati (və müasir!) bir obrazdır. onun tərəddüdləri, şübhələri, müəyyən qədər passiv, sxolastikolsa, həqiqət axtarışları (ümumən mənəvi- ruhi dailektikası) Həllac Mənsurun öz- özlüyündə heç bir şübhə, tərəddüd, mübahisə qəbul etməyən ən əl- Həqq metafizikasına qarşı dayanmaqla əsərin əsas dramatizmini müəyyən edir.

 

...Sultan İbrahim (ovsunlanmış halda Qonağa). Sən... kimsən? (Səsi otaq boyu əks- səda verir.)

 

Qonaq (ayaq saxlayır). Mən?.. (Etinasız) Yoldan ötən yolçu.

 

Sultan İbrahim (təəccüblə). Yolçu?.. (Əsəbi) Bura cürətlə gəlmisən? Sənə lazımdı?

 

Qonaq (oturmağa yer axtarantək oyan- buyanına baxır). Özümə bu karvansarada oturmağa münasib yer axtarıram.

 

Sultan İbrahim (heyrətlə). Karvansara?.. (Qəzəblənir). Amma axı bura karvansara deyil, mənim sarayımdı! cürətlə belə danışırsan?

 

Qonaq (halı dəyişmədən, ətrafdakılara). Burda kim mənə deyə bilər,bu saray əvvəllər kimin olub? (Divan üzvləri, vəzirlər vahimə içində susurlar.)

 

Sultan İbrahim (ayağa qalxır, hiddətlə). Mənim atamın!

 

Qonaq (əhvalı dəyişmədən, Sultana). Bəs ona qədər?

 

Sultan İbrahim. Babam Sultan Cahangir ibn Osmanın!

 

Qonaq. Bir yerin ki, sakinlərinin biri gedib, o biriləri gələ, karvansara deyil, nədi?

 

Sim titrəyişini andıran səs...

 

Həllac Mənsurla, Sultan İbrahimlə yanaşı, əsərdə çoxlu obrazlar iştirak edir ki, bunların bəzilərinin az- çox öz simaları da var. Ancaq bu simalar, dramın ideya-məzmununa uyğun olaraq, daha çox kütlə- izdiham obrazında birləşirlər... Saray əyanları, dərvişlər, müridlər, dustaqlar, zindan keşikçiləri... Hətta dünya ədəbiyyatının fəxri olan İblisSultan İbrahimə uğursuz bir təsir cəhdilə bu sıravi silsiləyə daxil edilə bilər.

 

Afaq Məsud, heç şübhəsiz, üslub (poetexnologiya) ustasıdır. Və bu özünü Həllac Mənsurun hər şəklində göstərir...

 

Biz dramın bədii strukturundan danışarkən həmişə pərdə yox şəkildən bəhs elədik. Müəllif əsəri iki pərdəyə ayırsa da, bizə elə gəlir ki, bu, formaldır. Və əslində, hər bir şəkil öz ideya- estetik tutumuna görə bir pərdə gücündə və ya səviyyəsindədir.

 

Onu da etiraf edək ki, əsəri oxuduqca bir sıra suallar yaranır. Onların ən mühümü budur ki, görəsən haçansa dünyanın hansı teatrısa bu dramın həm ideya-məzmununu, həm də poetexnologiyasını zədələməmək şərtilə buya digər dərəcədə müvəffəqiyyətlə tamaşaya qoya biləcəkmi?..

 

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2016.- 27 avqust.- S.14.