Kövrək duyğuların tərənnümçüsü

 

 

Radio dalğalarının yaydığı mahnılardan biri belə adlanır: “Mənə dəniz verin”.

 

Həzinliklə bərabər xoş ovqat bəxş edən şərqinin sözləri, sonradan bilmişəm ki, tanınmış şair Sabir Abdininmiş. Bir neçə ildir ki, yaxın yoldaşıq. Bir zaman Mərdəkandakı sanatoriyada daimi ünsiyyətimizin təməlini qoymuşuq. O vaxt həmkarımın çapa hazırladığı qələm məhsullarını mən gözdən keçirib, axıcılıqla, oynaqlıq məzmunla zəngin misraları xoşladım.

 

Bu yaxınlardaYazıçınəşriyyatına getmişdim. Direktor Şəmsi Vəfadar Sabir Abdinin təzəcə işıq üzü görmüş kitabını bağışlayıb dedi: “Bəlkə mətbuat səhifələrində öz təəssüratını bildirəsən?”. Beləliklə müəllifinAdını sən seçşeirlər kitabını yubanmadan oxudum ləngimədən qeydlərimi qısa şəkildə olsa oxuculara çatdırmaq qərarına gəldim. Bəri başdan bildirim, toplunun ön səhifələrində görkəmli professor, ədəbiyyatşünas alim, Respublika Dövlət Mükafatı laureatı Nizaməddin ŞəmsizadəninBədii sözə ehtiramsərlövhəli məqaləsi yer alıb. Yazıda diqqət çəkən belə cümlələrlə rastlaşdım: “Dünyada şairlik ixtisası yoxdur. Təhsilin sahəsinə görə hüquqşünas, aqronom, çilingər s. peşələr var. İnsan ya şair doğulur, ya da yox, sadəcə nəzm qaydaları üzrə sözqoşan olur...”

 

Nüfuzlu hüquqşünas Sabir Abdin yüz on yarpaqdan ibarət misra düzümünü maraqlı başlıqlarla bölmələrə ayırıb.Bir sən idin, bir mən”, “Pəncərəmi döyən yağış”, “Bağlı qapılar”, “Ölüm mən”. Mövzu rəngarəngliyi, məna dərinliyi, təsvir üsulları o qədər təsirləndirici oldu ki, bəzi bəndləri, beytləri, sətirləri seçib ayırdım. Onlardan bir neçəsini misal göstərmək istəyirəm.

 

İşğala məruz qalan, nankor qonşuların tapdalayıb xarabaxanaya çevirdiyi torpaqlarımızın taleyi Sabir müəllimi bərk düşündürür. Kövrək duyğuların tərənnümçüsü ürək ağrısı ilə yazır:

 

Bənövşənin xalı yox,

Göz açmağa halı yox;

Durnaların yolu yox,

Qarabağa yaz gəldi.

 

Sizsiz, sizinlə”, “Sənə məktublarım”, “Qınamasın yurdum məni” - bu şeirlər Sabir Abdin qələminin vətənpərvər oxuculara töhfələridir.

 

Əbədiyaşar, unudulmaz Milli Qəhrəmanımız Mübariz İbrahimliyə həsr etdiyi şeir daha təsirlidir:

 

Böyük türk ellərində,

Doğma Azərbaycanın

Hər qarış torpağında,

Hər könüldə, ürəkdə,

Hər arzuda, diləkdə

Sənin evin, ocağın var,

Sənin isti bucağın var!

 

Odlar ölkəsinin gözəlliklərini söz rəssamı kimi nəzərimizdə canlandıran müəllif doğulduğu, boya-başa çatdığı dədə-baba məskənini, uşaqlıq çağlarını, həyatın enişli-yoxuşlu yollarında sabaha doğru inamla irəliləməyini yadda qalan lövhələrlə xatırladır.

 

Kitabda zövq oxşayan nəğmə mətnlərinə yer verilib. İstedadlı bəstəkar Nazim Əzimlinin musiqisi ilə uyğunlaşan poeziya mətnləri təqdirəlayiqdir.

 

Ümumiyyətlə, tanınmış şair Sabir Abdinin “Adını sən seçtoplusu onun ictimaiyyətlə növbəti, uğurlu görüşü sayılmalıdır.

 

 

Oqtay RZA

Əməkdar müəllim

525-ci qəzet.- 2016.- 27 avqust.- S.14.