Alim ömrünün mənzərəsi

 

 

Azərbaycan ədəbiyyatşünaslığında, eləcə digər humanitar sahələrdə olduğu kimi, kitabşünaslıq sahəsində XX əsrin ikinci yarısı xüsusi mərhələ təşkil edir.

 

Azərbaycanda bu kimi istiqamətlər üzrə ilk aspirantlar, ilk dissertasiyalar, ilk milli dərsliklər, ilk dərs vəsaitləri ilk biblioqrafik göstəricilər bu dövrün nailiyyətidir. Əsasən AMEA- M.F.Axundzadə adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Milli Kitabxananın) təşkilatçılığı ilə həmin dövrdən üzü bəri xeyli biblioqrafiyalar tərtib nəşr edilib həmvətənlərimizin istifadəsinə verilib.

 

1950-ci illərdən bəri işıq üzü görmüş 100-ə qədər müxtəlif tipli biblioqrafik göstərici oxucu tədqiqatçılara mövzunun adından nəşr mənbəyindən başqa heç vəd etmədiyinə görə yalnız məlumat xarakteri daşıyıb. 1990-cı illərə qədər işıq üzü görmüş biblioqrafiyalarda yalnız müəllifin əsərin  adı, nəşr yeri, tarixi nəşriyyatın adı göstərilərdi. Belə nəşrlərdən istifadə edərkən oxucu tədqiqatçılar tez-tez çətinliklərlə üzləşərdilər. Bu qayda xeyli vaxt itkisinə gətirib çıxarsa da, heç kəs ona qarşı çıxmağa cəsarət etmirdi.

 

Artıq bu gün Azərbaycan biblioqrafiyasını forma məzmun baxımından dar çərçivədən çıxarıb, mütaliə məlumat vasitəsi kimi təqdim etməyə daha çox üstünlük verməkdədirlər. Bu meyar dəyərləri öz fəaliyyətlərində üstün tutan alimlərimiz - filologiya üzrə fəlsəfə doktorları Əmin Əfəndiyev Zakirə Əliyeva "Orucov qardaşlarının mətbəəsi", "M.F.Axundzadə" s. biblioqrafiyalardan sonra "Nizaməddin Şəmsizadə. Biblioqrafiya"sında alimin ömür yolunu dəqiq əks etdirməklə daha bir uğura imza atıblar.

 

"Nizaməddin Şəmsizadə. Biblioqrafiya" iki hissədən, səkkiz fəsildən ibarətdir. Birinci hissə N.Şəmsizadənin özü sözü haqqında sözdən, ikinci hissə ədəbi, elmi, nəzəri, ictimai-siyasi, pedaqoji əsərlərinin, tərtibçisi rəyçisi olduğu nəşrlərin, namizədlik doktorluq dissertasiyalarına yazdığı rəylərin, özü haqqında yazılmış kitab məqalələrin biblioqrafiyasından köməkçi göstəricilərdən ibarətdir. "Azərbaycanın elm mədəniyyət xadimləri" seriyası ilə buraxılan kitab görkəmli alimin 60 yaşına AMEA-nın ADMİU-nin yubiley töhfəsidir. Bu iki elm mədəniyyət mərkəzinin təşkilatçılığı ilə işıq üzü görmüş 392 səhifəlik kitab ilk səhifəsindən müsahiblərini çəkib öz ardınca aparır məlumatlandırır. AMEA bu sahədə birincilik estafetini əlində saxlamaqla digər elm mədəniyyət mərkəzləri üçün örnək olmaq nümunəsi göstərir. Bu mütərəqqi mövqeyə sadiqlik nümayiş etdirən "Nizaməddin Şəmsizadə. Biblioqrafiya"sının tərtibçiləri "Biblioqrafiya"nın formatını da, forma-məzmun səviyyəsini milli müstəqillik dövrünün qəlibinə salmaqla faydalı görüblər.

 

"Biblioqrafiya"nın "Tərtibçi-müəlliflərdən" adlı səhifədə göstərilir ki, Dövlət mükafatı laureatı, Yazıçılar Birliyinin üzvü, Qafqaz xalqları Elmlər Akademiyasının akademiki, Yusif Məmmədəliyev mükafatı laureatı, filologiya eləmləri doktoru, professor N.Şəmsizadə görkəmli nəzəriyyəçi, bənzərsiz tədqiqatçı, filosof  tənqidçi, səriştəli elm təşkilatçısı olsa da, milli-bəşəri düşüncələr şairi nasiri kimi çox sevilir. Onun ədəbi, elmi, fəlsəfi, tənqidi, ictimai-siyasi pedaqoji düşüncələrinin nüvəsində ardıcıl mütaliə qaynar yaradıcılıq bulağı ilə səmərəli fəaliyyətin vəhdəti dayanır. "Nizaməddin Şəmsizadə. Biblioqrafiya"sının elmi kütləvi mahiyyət daşıdığını şərtləndirən əsas amil elə budur.

 

Yaradıcılığın əzablı yollarında tərəqqi , sıçrayış da, tənəzzül , durğunluq da, ideya büdrəməsi ola bilər. Bu reallığı nəzərə alan N.Şəmsizadə müraciət etdiyi hər mövzuya həqiqət prizmasından baxan onu dəqiqlik möhürü ilə təsdiqləyən alimdir. Əsərlərində sözlərin möhkəm ilmələnməsi heyranlıq doğurur, oxucu-tədqiqatçı duyumu doyumu arasında tarazlıq yaradır. Böyük tutumu olan düşüncələrini lakonik fikir qəliblərinə salıb aforizm kimi səsləndirmək bacarığı bütün yaradıcılığı boyu müşahidə edilir. Filologiya üzrə fəlsəfə doktoru Müşfiq Babayevin "Görkəmli tənqidçi ədəbiyyatşünas" adlı əhatəli müqəddiməsi bu baxımdan böyük maraq doğurur. 23 səhifəlik müqəddimədə N.Şəmsizadənin müxtəsər tərcümeyi-halı yaradıcılıq nailiyyətləri tarixi ardıcıllıqla diqqətə çatdırılır. Müqəddimədə daha sonra vurğulanır ki, N.Şəmsizadə istedadı, yaradıcılığı ilə ədəbiyyatşünaslıq, ədəbi tənqid, nəsr, poeziya, ədəbiyyat nəzəriyyəçiliyi ictimai-siyasi düşüncə çərçivəsi ilə məhdudlaşmayan tükənməz enerji yükünə malik alimdir.

 

Müqəddimədə xatırlanır ki, N.Şəmsizadə 1930-cu illərin günahsız qurbanlarından Əli Nazim haqında elmi işini müzakirəyə təqdim edəndə müxtəlif bəhanələrlə ona yeni mövzu təklif edənlərə akademik Kamal Talıbzadə deyir: " Qoyun Nizaməddin dissertasiyasını müdafiə etsin. Siz hər dəfə ona yeni mövzular təklif etsəniz , o, həftədə bir dissertasiya yazıb gətirəcək". Müzakirə günü təyin edilsə , həmin gün elmi işin müzakirəsinə Kamal Talıbzadədən başqa heç kəs gəlmir. Yabançı düşüncə sahiblərinin bu mövqeyindən pərişan olan N.Şəmsizadə Moskvaya doktoranturaya gedir. Bədxahlarla mübarizə elmi mübahisələrlə dolu bir ömür yolu keçən gənç alim 1990-cı ildə böyük uğurla dissertasiya müdafiə edir.

 

"Nizaməddin Şəmsizadə. Biblioqrafiya"sının tərtibçiləri müəllifin "Əsərlərindən seçmə fikirlər"lə oxucuları tanış etməyi də zəruri sayıb, onu əsrlərdən əsrlərə, minilliklərdən minilliklərə körpü salan alim kimi təqdim ediblər. Onun yaradıcılığının ana mövzularını əhatə edən "Azərbaycançılıq", "Türkə yiyə- Türkiyə", "Bürkü", "İtmiş nəslə üvertüra", "Kitabi-Dədə Qorqud"da dövlətçilik", "Ədəbi-tənqidi fikrimizin patriarxı", "Qobustan dünyasının yazıçısı", "Rejissor taleyi", "Tarix yaradan şəxsiyyət", "Azərbaycan ədəbiyyatşünaslığı", "İstiqlal işığında", "Seçilmiş əsərləri" (üç cilddə), "Ədəbi mübahisələr", "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", "Əli Nazim", "Türk təfəkkürü məcrasında", "Bəkir Çobanzadə", "Ədəbiyyat nəzəriyyəsi", "Müdriklər bunları deməyib" və s. əsərlərindən seçilmiş 36 səhifəlik nümunələrin hərəsi bir ideya məşəlidir.

 

N.Şəmsizadənin ürəyindən və qələmindən keçən düşüncələrinin biblioqrafiyasını nəzərdən keçirdikcə sanki səhifələr dil açıb deyir ki, sözü üyüdən qələmdir, fikri üyüdən düşüncə. Söz qələmi əysə də, qələm sözü əyməməlidir, oxucunun qəlbinə dəyməməlidir. Söz - libasdır, dil - ütü. Haqqında danışdığımız "Biblioqrafiya" deməyə əsas verir ki, N.Şəmsizadənin ədəbi və elmi sözü oxuculara uzanan iki dost əlidir. Onun əsərlərinin leytmotivini təşkil edən bu məziyyətlər "Biblioqrafiya"nın təqdirinə də təsirsiz qalmayıb. Ustad alimin əsərləri də "Biblioqrafiya"sı da göstərir ki, onun müəllifliyi də, müəllimliyi də bir-birinə kömək edən iki məhsuldar fəaliyyət sahəsidir. Qələm incilərindən seçmə nümunələrə geniş yer ayıran tərtibçilər onun, demək olar ki, bütün əsərlərini mədəniyyət hadisəsi kimi qeydə alıblar.

 

"Biblioqrafiya"nı vərəqlədikcə  oxucu bir daha  əmin olur ki, N.Şəmsizadə əsərlərinin sayını yox, sambalını artırmağa ardıcıl səy göstərən, təsvirdən elmi təhlilə və səmərəli nəticəyə can atan bənzərsiz ədəbiyyatşünas və filosof tənqidçidir. Əsərlərində dul sözə, dul şərhə və qələm yonqarına yer yoxdur. Mükəmməl qənaətləri ilə oxucu ovqatına yeni impuls verən alimin düşündürən, istiqamətləndirən və faydalı polemikaya yönləndirən əsərləri kimi, həyat və  fəaliyyətinin silinməz izlərini sərgiləyən "Biblioqrafiya"sı da müsahiblərini eyni ovqata kökləyir. Bu qənaət deməyə əsas verir ki, onun elmi, nəzəri, ədəbi , tənqidi və fəlsəfi üslubunun sirrinin, sehrinin orbitinə düşmək, nə yaxşı ki, heç kəsə pərişanlıq gətirməyib.

 

Özü bizimlə olmasa da, sözü bizimlə olanların unudulmaz xidmətlərinə həsr edilmiş əsərlərə də "Biblioqrafiya"da geniş yer ayrılıb. "Heydər Əliyev Azərbaycançılıq ideologiyasının strateqi kimi", H.Mirələmovun "Zərifə Əliyeva" kitabı haqqında mülahizələr, M.Müşfiq, H.Cavid, İ.Əfəndiyev, Mir Cəlal Paşayev, B.Vahabzadə, M.Araz, Z.Yaqubb. korifey şəxsiyyətlərin şərəfli ömür yolunu işıqlandıran tutarlı yazılar "Biblioqrafiya"nın təqdim və təqdir etdiyi əsərlərdəndir.

 

"Biblioqrafiya"nın sonunda müəllifin başqa dillərdə işıq üzü görmüş əsərləri, internetdə yerləşdirilmiş yazıları, əsər və müəllif adlarının əlifba göstəriciləri yer alır. Kitabda hər söz, fikir, fakt, biblioqrafik təsvir ünsürləri yerində elə oturdulub ki, səhifədən səhifəyə keçəndə nə boşluq görünür, nə çat yeri, nə çöküntü verən ideya. "Biblioqrafiya"nın oxucu və tədqiqatçıya ütülənmış halda çatması naminə sonuncu səhifəyə qədər oxucu zövqü, tədqiqatçı tələbatı, müəllif məsuliyyəti və dəqiqlik amili əsas götürülüb.

 

"Biblioqrafiya" müsahiblərini belə bir inama kökləyir ki, N.Şəmsizadə gözlərinin və istedadının işığını, gəncliyinin və dincliyinin mənalı aylarını, illərini yazdığı kitablara, elmi və bədii əsərlərə hopdurub. Müxtəlif onilliklərin söz süfrəsinin "menyusunu" ədəbi-elmi ictimaiyyətin və geniş oxucu-tədqiqatçı kütləsinin diqqətinə çatdıran tərtibçilərin qürur doğuran "Biblioqrafiya"sı bundan sonrakı biblioqrafik nəşrlər üçün də etibarlı örnək ola bilər.

 

Haqqında danışdığımız "Biblioqrafiya" və buna bənzər digər kitabların sambalı deməyə əsas verir ki, indiyə qədər gen-bol işlətdiyimiz biblioqrafiya, biblioqrafik göstərici, biblioqrafik vəsait, izahlı biblioqrafiya terminləri ilə yanaşı, ədəbi biblioqrafiya, elmi biblioqrafiya, mətbu biblioqrafiya, mono biblioqrafiya (monoqrafiya tipli biblioqrafiya) və s. terminləri də işlətməyə ehtiyac var.

 

Kitabxananın, şəxsi təhsilin, tədrisin və elmi tədqiqatın heç bir sahəsini biblioqrafiyasız təsəvvür etmək olmaz. O, biliklərə yiyələnmək istəyənlərin əlində xəzinə qapısına düşən qızıl açardır. "Nizaməddin Şəmsizadə. Biblioqrafiya"sı da bu amala xidmət edir və öyrədir ki, Azərbaycan biblioqrafiyası doğru yoldadır. Bu təyinat oxucuları belə bir inama kökləyir ki, "Biblioqrafiya"nın əziyyəti tərtibçilərin, xeyri insanların payına düşüb. Bu böyük məziyyətdir. Ədəbi və elmi yaradıcılıqda olduğu kimi, biblioqrafik göstəricilərin tərtibi işində də səriştə və əziyyət olmasa, məziyyət də olmaz.

 

İmadəddin ZƏKİYEV

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2016.- 1 dekabr.- S.7.