Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Üçüncü Səlib yürüşünə isə səbəb sultan Səlahəddin tərəfindən Yerusəlimin tutulması oldu.

 

Bu yürüşə üç monarx- alman imperatoru Fridrix Barbarossa, ingilis kralı I Riçard - Şir ürəkli Fransa kralı II Avqust başçılıq edirdi. Bütövlükdə isə səkkiz səlib yürüşü baş verdi onların çoxu uğursuzluqla nəticələnirdi.

 

Yerusəlimdə Müqəddəs İoann sığınacağında (xəstəxanasında) İoannitlər ya Hospitalyerlər ordeni yarandı. Solomon məbədinin yerində isə Tampliyerlər (fransız dilində temple - qəsr deməkdir) ordeni meydana gəldi. Ordenə girən rıtsarlar nikahsızlıq, yoxsulluq, tabe olmaq vədini qəbul edir, “sözlə silahla bütün öz gücləri ilə dinin sirrini müdafiə etməyə” and içirdilər. Onları adi rəhiblərdən həm üzərində xaç təsvir olunan geyim fərqləndirirdi. Tezliklə ruhani-rıtsar ordenləri bütün Avropada öz əllərində nəhəng ölçüdə torpaq cəmləşdirdilər. Tampliyerlərin var-dövləti haqqında hətta əfsanələr dolaşırdı, onlar hətta sələmçilikdən çəkinmirdilər.

 

1307-ci ildə Fransa kralı IV Filipp Qəşəngin əmri ilə Tampliyerlər ordeni dapmadağın edildi, ordenin üzvləri dustaqxanaya atıldı, onun əmlakı isə müsadirə olundu. Buna bəhanə rolunu ordendə əxlaqın tənəzzülü barədə şayiələr tampliyerlərin asi düşməsi şeytan ibadətlərini sirli qaydada icra etmək barədəki ittiham oldu. Səlib yürüşləri qurtardıqdan sonra tampliyerlər fəaliyyət yerləri kimi Fransanı seçmişdilər. Onlara verilmiş imtiyazlara görə, orden nəhəng var-dövlət toplamışdı. Kralın təzyiqi altında tampliyerlərə qarşı inkvizisiya məhkəmə prosesi başlandı. İşgəncə altında onlar, üzərilərinə qoyulan cinayətləri etiraf etməyə məcbur edilirdilər, ordenin qrossmeysteri Jak de Mole isə tonqalda yandırılmağa məhkum edildi.

 

Səlib yürüşü vaxtı xristianlar ayaqları dəyən yerdə öz dinləri naminə vəhşiliklər törədirdilər. Tomas Morun İngiltərədə onun vaxtında qoyunların ayağı dəyən qumun qızıl dənəsinə çevrildiyini deyən kimi, səlibçilərin ayağı dəyən yerdə isə iyrənc qanbulaqlarıəmələ gəlirdi. Buna qədər xristian dini müharibəni məhkum edirdi, özünü Allahın əsgəri adlanan xristianlar vuruşmaq əvəzinə yalnız dua etməyə üstünlük verirdilər, bu vaxt isə onlar Allah naminə Şərqə silahlı basqın etdilər, nəticədə uzunmüddətli savaş baş verdi. Bu yürüşlərin iştirakçılarını inandırmışdılar ki, onlar bütün günahlardan azad edilirlər. Belə günah bağışlanması sonra pul verməklə indulgensiya almaq qaydasına keçdi. İndulgensiya guya adamları əraf əzabından xilas edirdi.

 

Avropa səlib yürüşlərindən çox şey, ən başlıcası çox sayda insan həyatını itirdi, lakin qazandığı da oldu. Bu, Şərqdən götürülən, Qərbin tanımadığı universitetlərin Avropada yaranması yayılması idi. Avropa təhsilə elmə yaxşı münasibəti məhz Şərqdən, İslamdan öyrəndi.

 

Xristian dininin ən böyük biabırçılıqlarından biri, 1980-ci illərdə papa II İoann Pavelin dediyi kimi, inkvizisiyadır. İnkvizisiya XV əsrdə tüğyan etsə , onun start götürməsi üç əsr əvvələ təsadüf edir. 1292-ci ildə papa IX Qriqori dominikanlılar ordeninin sərəncamına əvvəllər yaradılmış inkvizisiyanı- yeretiklərlə mübarizə üçün katolik kilsəsinin yaratdığı təhqiqatı verdi. Beləliklə, bu yelərdə yepiskopların nəzarətindən çıxdı bilavasitə apostol paytaxtına tabe edildi.

 

Kilsənin orqanı kimi inkvizisiyanın yaradılması yolunda ilk addım birinci dəfə dünyəvi hakimiyyətlə əməkdaşlıq etmək məqsədilə papa III Lutsinin Müqəddəs Roma imperiyasının başçısı I Fridrix Barbarossa ilə 1184-cü ildə görüşü vaxtı atılmışdı. Lakin onların hazırladığı vasitələr çox sayda yeretik sektaların qarşısını kəsməkdə kifayət olmadı. 1215-ci ildə keçirilən onları məhkum edən katoliklərin IV Lateran soborundan xeyli sonra, Tuluzdakı kilsə soboru yeretiklərə qarşı tədbirləri sərtləşdirməyi qərara aldı.

 

İnkvizisiyanın dominikanlıların ordeninin ixtiyarına keçməsi ilə yeretiklərin təqibi əvvəllər görünməmiş bir miqyas aldı. Onun XIII-XIV əsrdə daha da artan qurbanları saya-hesaba gəlmir. İnkvizisiya ordeninin banisi Müqəddəs Dominikan vətəni olan İspaniyada sonralar xüsusən quduzlaşmışdı.

 

Yeretiklərlə bərabər inkvizisiya həmçinincadugərləriifritələritəqib edirdi. Avropada onlar barədə proseslər XVIII əsrin sonuna qədər davam etdi.

 

İnkvizisiya daha çox saydaiblis nökərləriniməhkəməyə verməyə çalışaraq, çuğulluğu dəstəkləyirdi. Çuğulçuların bu işə can atmasını həm bir cəhət qızışdırırdı ki, onlar məhkum edilmiş adamların əmlaklarının bir hissəsini alırdılar. Bu vaxt onların adı sirr kimi saxlanırdı. Qədim Romada da vaxtilə çuğulçuların xidmətindən geniş istifadə edilirdi. Orada onlar rəsmi ittihamçı institutu olmadığından, məhkəmələrdə açıq ittihamla çıxış edirdilər əvəzində mükafat kimi məhkum olunanların müsadirə edilən əmlaklarının bir hissəsinə sahib olurdular. Bu vəziyyət çuğulçuların quduzlaşmasına, daha çox gəlir əldə etmək üçün hətta təqsirsiz adamları saxta ittihamlarla mühakiməyə cəlb edib, məhkum olunmuşların əmlakı ilə varlanırdılar. Onların eybəcər fəaliyyətinə yalnız b.e. I əsrinin sonunda nəcib imperator Trayan son qoydu. O, hakimiyyətə gəldikdən sonra Romadakı bütün çuğulçuları toplatdırıb sınıq-salxaq gəmilərə otuzduraraq, onların taleyini dənizin quduz dalğalarının sərəncamına verdi. Beləliklə, Qədim Romada çuğulçular praktikasına birdəfəlik son qoyuldu.

 

İstintaq vaxtı inkvizitorlar hər cür vasitələrlə müttəhimlərin etirafını əldə etməyə çalışırdılar. Bu iyrənc üsuldan 1930-cu illərdə Sovet İttifaqında “xalq düşmənlərinin” istintaqında da geniş istifadə edilirdi. SSRİ baş prokuroru A.Y.Vışinski təkcə açıq məhkəmə iclaslarında gurultulu, yüksək natiqlik qabiliyyətini göstərən ittiham nitqləri ilə “şöhrət” tapmamışdı, həm də işgəncələrlə əldə edilən etirafın sarsılmaz hüquqi sübut olduğunu nəzəri cəhətdən əsaslandırmağa çalışaraq, “etiraf sübutun çariçasıdır” şüarını irəli sürmüşdü. Etiraf isə yalnız işgəncə vasitəsilə alınırdı. Bu vaxt ölkədə çuğulçuluq da görünməmiş miqyas almışdı. Övladın valideynə qarşı çuğulçuluq  etməyi də prinsipiallıq, qızğın vətəndaşlıq nümunəsi hesab edilirdi. SSRİ-nin mərkəzi orqanlarına çuğulçuluq şəklində 4 milyon ərizə daxil olmuşdu.

 

İnkvizitorlara kömək məqsədi ilə istintaqın aparılmasına dair xüsusi rəhbərlik təlimatları tərtib edilirdi. İttiham olunanlar məhkəməyə gəldikdə, bu proses çox sürətlə gedirdi və ədalətli hökmün çıxarılması ilə nəticələnirdi. Bəzi hallarda məhkum olunanlara kilsə cəzaları (ölüm, kilsədən müvəqqəti olaraq təcrid edilməsi) tətbiq edilirdi, ancaq daha çox hallarda onlar tonqalda yandırılmaqla ölüm hökmü ilə cəzalanırdılar. Autodafe adlanan bu cəza inkvizisiyanın fəaliyyətinin simvoluna çevrilmişdi.

 

Xristian dünyasının qarşılaşdığı ən böyük problem isə onun parçalanması, dinisosial hərəkat kimi Reformasiyanın meydana gəlməsi idi. Xristian kilsəsi özünün maddi fayda götürməsi siyasəti ilə istənilən yolla öz mənfəətini artırmaq istəyirdi. Xristian dəyərləri alqı-satqı münasibətinə çevrildi. Kilsənin bürokratlaşması prosesi dərinləşmişdi.

 

Reformasiya katolik kilsəsinin dini, siyasiiqtisadi sahələrdəki hər şeyi əhatə edən ağalığına qarşı mübarizə formasını almışdı. Reformasiya ideoloqları özləri arasındakı fərqlərə baxmayaraq, bir düşüncədə birləşirdilər ki, insan öz könlünü xilas etmək üçün kilsənin vasitəçiliyinə ehtiyac duymur. Bu, əslində kilsə ierarxiyasından imtina etməyə gətirib çıxarırdı. Reformasiyanın gedişində Avropa ölkələrində yeni xristian konfessiyaları meydana gəldi, onlar katoliksizmlə yanaşı indiki dövrə qədər mövcuddur. Reformasiyanın başlanmasına Avqustin rahibi Martin Lyuterin Almaniyadakı Vittenberqdəki 1517-ci ildəki çıxışı ilə start verildi. O, indulgensiyalar ilə alverə qarşı yönəlmiş 95 tezisini xalq qarşısında irəli sürdü. İndulgensiya alveri biabırçı formalargeniş miqyas almışdı. Pul ödəməklə istənilən xristian öz günahlarını yuya bilərdi. Lyuterdən öz baxışlarıdan imtina etməsi tələb olunurdu. Lakin o, bu tələbləri rədd etdi. İmperator edikti ilə o, yeretik kimi məhkum edildi. Bir il əvvəl isə papa Roması Lyuteri kilsədən təcrid etmişdi.

 

İmperiyanın iri torpaqları Reformasiya tərəfə keçdilər. Knyaz suvereniteti din üzərinə də keçdi, hər bir knyaz öz təbəələrinin dinini müəyyən edirdi. “Kimin ölkəsidirsə, onun da dinidirprinsipi zəfər çaldı.

 

Reformasiya hərəkatı təkcə Almaniya ilə məhdudlaşmırdı, o, öz tərəfdarlarını və ardıcıllarını Qərbi və Mərkəzi Avropanın çox ölkələrində də tapdı. Cenevrədə yeni protestant cərəyanı - Kalvinizm meydana gəldi. Kalvinizmin ən mühüm doqmatı belə bir inama əsaslanırdı ki, Allah hələ dünya yaranmamışa qədər adamların bəzilərinin xilasa çatmasını, digərlərini isə məhv olmağa gedəcəyini əvvəlcədən müəyyən etmişdi. Buradan Kalvinizm Avropa ölkələrinə yayıldı.

 

İngiltərədə isə Reformasiya teoloji deyil, əsasən siyasi xarakter daşıyırdı. Bu, din xadimləri tərəfindən deyil, kral VIII Henrix tərəfindən başlanmışdı. Kral arvadını boşayıb, sevdiyi Anna Boleynə evlənmək istəyirdi. Lakin Roma papası kralın mövcud arvadı ilə nikahının həqiqi olmamasını etiraf etməyi rədd etdi. Kral bundan istifadə edib kilsənin papa Romasının nüfuzuna tabelikdən azad etdi. 1534-cü ildə kral ingilis (anqlikan) kilsəsinin başçısı elan edildi, ölkədə bütün monastırlar bağlandı, onların əmlakı və torpaqları isə müsadirə edildi.

 

XVI əsrdə Reformasiya Fransaya nüfuz etməyə başladı. Kalvinizmin ardıcılları olan huqenotlar arasında xeyli yüksək aristokratiya nümayəndələri də var idi. Huqenotların öz dinlərinin tanınması uğrundakı mübarizəsi hakim Valua sülaləsi tərəfindən qəddarcasına təqib edilirdi. 1572-ci ildə Parisdə kralın regenti Yekaterina Mediçinin göstərişi ilə çox sayda huqenot liderləri və sıravi huqenotlar vəhşicəsinə bir gecənin içərisində öldürüldülər. Varfolomey gecəsi dini ədavəti gücləndirdi və yeni dini müharibələrə səbəb oldu.

 

Avropada dini qarşıdurma XVII əsrin başlanğıcında iri siyasi-dövlət münaqişəsinə keçdi, bu isə Otuz illik müharibəyə aparıb çıxardı. 1618-ci ildən sonrakı 30 il ərzində Mərkəzi Avropa döyüş səhnəsinə çevrildi. 30 illik qanlı döyüşlərdən sonra 1648-ci ildə, nəhayət, sülh bağlandı. Lakin Vestfaliya sülhü Avropadakı konfessiya vəziyyətinə ciddi dəyişiklik edə bilmədi. Hökmdarın öz təbəələrinin dinini müəyyən etməsi prinsipi qüvvədə qaldı, həm katolitsizmin, həm də protentastizmin mövcudluq hüququ qəbul edildi.

 

Reformasiya hərəkatı xristian dininin birliyinə son qoydu, katolik kilsəsi parçalanmağa başladı.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.22.