Aşıq Pənah 90 illiyində anıldı

 

 

Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Aşıq Rza Qobustanlı adına mədəniyyət evində Aşıq Pənahın anadan olmasının 90 illiyi ilə əlaqədar konsert proqramı keçirilib.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Altay Məmmədov Aşıq Pənahın həyat fəaliyyəti haqqında geniş məlumat verib.

 

Konsertdə Əli Tapdıqoğlunun rəhbərliyi iləAşıqlarxalq kollektivi, Aşıqlar Birliyinin üzvləri - Aşıq Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Elçin Dərya dueti digər gənc aşıqlar çıxış ediblər.

 

Konsertdə tanınmış xanəndələrdən Rövşən Əziz, Kamilə Nəbiyeva, Tahir Quliyev Aşıq Pənahın şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

 

Sonda Aşıq Pənahın oğlu ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.12.