Kərim Tahirov Ərəb ölkələri liqası Əlyazmalar İnstitutunun rəhbərləri ilə görüşüb

 

 

Bu gün Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub.

 

Direktor Kərim Tahirov qonaqla görüşdə Kitabxana haqqında ətraflı məlumat verib, həyata keçirilən layihələrdən bəhs edib.

 

Görüş üçün direktora təşəkkür edən qonaq rəhbəri olduğu institut haqqında danışıb, Milli Kitabxananın nəşrlərinə xüsusi maraq göstərib.

 

Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilən görüşdə Milli Kitabxanada ərəb dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunub.

 

Kitabxana ilə əyani tanış olan qonaq “Açıq kitabxananada “Xatirə kitabı”na öz ürək sözlərini yazıb.

 

Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilisrus dillərində), “Mədəniyyət və mədəni incilərimizin hamisi” (ərəb dilndə) mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, “Azərbaycan” (ərəb dilində), “Azərbaycan mətbəxi” (ingilis dilində) kitabları qonağa hədiyyə verilib.

 

 

525-ci qəzet.- 2016.- 8 dekabr.- S.7.