Pedaqoji Universitetdə ədəbi-elmi müzakirələr - Foto

 

Professor Təyyar Salamoğlu "Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri" mövzusunda məruzə edib

 

Bugünlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev lektoriyasında, ədəbi-elmi müzakirələr keçirilib.

 Dekabrın 6-da Filologiya fakültəsində fakültə dekanlığının, “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda professor-müəllim heyətinin, tələbələrin və mütəxəssis qonaqların iştirakı ilə tədbir keçirilib. Tədbiri “Azərbaycan dünya ədəbiyyatı” kafedrasının müdiri, professor Himalay Qasımov açaraq müstəqillik dövründə ictimai-siyasi, mənəvi-əxlaqi pedoqoji sferalarda ölkəmizin qazandığı böyük uğurlardan danışıb. Milli müstəqillik dövründə dövlətçiliyimizin təməlində duran vətəndaşlıq düşüncəsinin formalaşmasında ədəbiyyatın müstəsna rolunu vurğulayıb. “Azərbaycan ədəbiyyatı ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunun bu mənada son dərəcə aktual müasir olduğunu qeyd edib.

Professor Himalay Qasımov müəyyənləşdirilmiş mövzu ilə bağlı kafedranın əməkdaşı, professor Təyyar Salamoğlunun məruzə edəcəyini bildirib. Həmçinin o, professor T.Salamoğlunun respublikamızda nüfuzlu ədəbiyyatşünas tənqidçi kimi tanındığını, mövzu ilə bağlı tədbir iştirakçılarına əhatəli məlumat verəcəyinə əminliyini dilə gətirib qeyd edib ki, Təyyar Salamoğlu “Pedaqoji mühit uşaq ədəbiyyatı”, “Faciəli talelər (Azərbaycan repressiya mühacirət şeirinə dair portret – oçerklər)”, “Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)”, “Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)”, “Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri”, “Tarixi çağdaş ədəbi prosesə dair araşdırmalar” monoqrafiyalarının, ”Ədəbi tənqid tarixinə dair portret – oçerklər”, “Müasir Azərbaycan ədəbiyyatı” adlı vəsaitlərin, 200-ə yaxın elmi məqalənin müəllifi, “Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası”, “Ömrü şərəflə yaşayanda” kitablarının, “Ən yeni Azərbaycan ədəbiyyatı” fənninə dair tədris proqramlarının tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfransın iştirakçısıdır. Bir çox xarici ölkələrdə elmi məqalələri çap olunub.

Professor T.Salamoğlu mövzu ilə bağlı qırx dəqiqəlik məruzəsində Azərbaycan ədəbiyyatının öyrənilməsi, tədqiqi ilə bağlı ədəbiyyatşünaslığın qarşısında duran vəzifələrdən söhbət açıb. O, məruzənin mövzusunun son dərəcə geniş olduğunu nəzərə aldığını, buna görə məruzədə ancaq XX əsr Azərbaycan ədəbiyyatının öyrənilməsi ilə bağlı problemlərə aydınlıq gətirməyə çalışacağını vurğulayıb. Məqsədini elmi şəkildə gerçəkləşdirmək üçün o, XX əsrin əvvəlləri Sovet dövrü ədəbiyyatına elmi-nəzəri metodoloji münasibətin əsas konturlarını ümumiləşdirib qarşıda duran vəzifələrdən danışıb.

Professor T.Salamoğlu həm XX əsrin əvvəlləri, həm Sovet dövrü ədəbiyyatına yeni ədəbiyyatşünaslıq düşüncəsi ilə yanaşmağı zəruri hesab edərək, bu düşüncəni gerçəkləşdirən konsepsiyasının mahiyyətini açıqlayıb. O hər bir bədii mətnə “yenidən oxu dərk et” prinsipi ilə yanaşmağı həmin mətnləri, postmodernist estetikada deyildiyi kimi, “bitib tükənməz məna potensialı” prizmasından dərk izah etməyi əsas elmi yol kimi təqdim edib. M.Ə.Sabirin, C.Məmmədquluzadənin, Mir Cəlalın, M.Hüseynin, İ.Şıxlının b. sənətkarların yaradıcılığından nümunələr əsasında “yenidən oxu dərk et” konseptinin sözü gedən dövrün ədəbiyyatında mətnlərin alt qatlarında, gizli laylarında əks olunan milli düşüncə sisteminin bəşəri dəyərlərin ifadəsini aşkarlamağın mümkünlüyünü sübut edib.

Məruzədən sonra Filologiya fakültəsinin dekanı professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli, professor Seyfəddin Rzasoy, professor Əzizxan Tanrıverdi, folklorşünas alim Qalib Sailov, dosent Gülçöhrə Alıyeva digərləri məruzə ilə bağlı fikirlərini bölüşüblər, mövzu ətrafında müzakirələr aparıblar.

Dekabrın 7-də Filologiya fakültəsinin tələbələrinin “Azərbaycan dünya ədəbiyyatı” kafedrasının əməkdaşlarının iştirakı ilə professor İslam Qəriblinin

“Məhəmməd Hadinin həyatı yaradıcılığı” məruzəsi ətrafında müzakirələr keçirilib. Tədbiri giriş sözü ilə açan professor Himalay Qasımov professor İslam Qəribli haqqında geniş məlumat veribonun Məhəmməd Hadi yaradıcılığını geniş araşdırdığını, bu mövzuda dəyərli tədqiqatlar və kitablar müəllifi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, İslam Qəribli Hadi dünyasına addım-addım yaxınlaşaraq bu böyük sənətkarın tədqiqinə böyük əmək sərf edib. Professor H.Qasımov İslam Qəriblinin tədqiqatlarının, araşdırmalarının Hadişünaslıq elmində önəmli yer tutduğunu söyləyib: “Heç şübhəsiz ki, görkəmli alimlərimizdən Məmməd Cəfərin, Mir Cəlalın, Əziz Mirəhmədovun Hadi yaradıcılığı ilə tədqiqatları da İslam müəllimin bir Hadişünas kimi yetişməsində mühüm rol oynayıb. Onun “Məhəmməd Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah" poeması adlı namizədlik, "Məhəmməd Hadinin ədəbi irsi Azərbaycan dövri mətbuatında (1905-1920-ci illər)" mövzusunda doktorluq dissertasiyaları ədəbiyyatşünaslıq elmində yeni bir hadisədir. Bundan əlavə o, "Məhəmməd Hadi yaradıcılığının "Həyat" və "Fyuzat" mərhələsi", "Məhəmməd Hadi və mətbuat", "Mən bir kitab, hər vərəqim min kitabdır" monoqrafiyalarının müəllifidir”.

Daha sonra professor İslam Qəribli geniş məruzə edərək böyük şair Məhəmməd Hadinin keşməkeşli həyat və yaradıcılıq yolu haqqında məlumat verib. Bu mövzu ətrafında uzunillik araşdırmalarının nəticələrini tədbir iştirakçıları ilə bölüşüb. Məhəmməd Hadinin faciəvi taleyi, çətin həyatı, əsərlərindəki ideya, maarifçi düşüncələri haqqında şəxsi qənaətlərini də diqqətə çatdırıb. Həmçinin məruzəçi romantik ədəbiyyatın nümayəndəsi olan Hadinin əsərlərinin alt qatında realist düşüncələrin, ideyaların olduğunu söyləyib: “Ümumiyyətlə, mən hər hansı yazıçını, şairi birmənalı olaraq hansısa cərəyana aid etməyin tərəfdarı deyiləm. Zənnimcə, metodlar və cərəyanlar məsələsinə yenidən qayıdıb daha dərin araşdırmalar aparmaq lazımdı. Məsələn, elə romantik ədəbiyyatın nümayəndəsi hesab edilən Hadinin əsərlərinin alt qatında realist ideyalar da az deyil. Məncə, romantizmdə realizmi, yaxud realizm içərisindəki romantizmi araşdırıb üzə çıxarmaq zamanıdır və mən gələcəkdə də bu istiqamətdə tədqiqatlar aparmaq fikrindəyəm”.

Geniş məruzədən sonra tədbir “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının müdiri, professor Himalay Qasımovun, professor Elman Quliyevin, professor Təyyar Salamoğlunun, kafedranın müəllimi Pərvin Nurəliyevanın və digər iştirakçıların mövzu ətrafında müzakirələri ilə davam edib, bu cür görüşlərin gənc nəsilə, tələbələrə faydalı olduğu bildirilib.

 

PƏRVİN

 

Azərbaycan.- 2016.- 9 dekabr.- S.7.