Etnoqraf-alimin monoqrafiyları çapdan çıxdı

 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, etnoqraf-alim Hacı Qadir Qədirzadənin bugünlərdə ""Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər" və "Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı" adlı monoqrafiyaları işıq üzü görüb.

"Kitabi-Dədə Qorqud" və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər" adlı monoqrafiyada "Kitabi -Dədə Qorqud" boylarında adətlər, inamlar, ailə məişət münasibətləri təsvir edilib. Onların Naxçıvan paralelləri, "Bilqamıs" dastanı, həmçinin digər türk xalqları ilə ortaq cəhətləri əks olunub.Tədqiqatlarda daha çox ayrı-ayrı boylar üzrə qarşılaşdırmalara, tarixi proseslərə, bir sıra adət inamların genezisinə, müasir məişət münasibətlərində onların yerimələlərinə üstünlük verilməsinə çalışılıb.

Qeyd edək ki, yeni nəşrdə ədəbiyyat materialından çox dastana toplanılmış etnoqrafik materiallara istinad edilir.

200 səhifəni əhatə edən"Dünya insan: başlanğıcın sonu, sonun başlanğıcı" adlı monoqrafiyada isə dünya insan münasibətləri, Qurani-Kərimdə, Hədisi-Şəriflərdə, həmçinin mənəvi mədəniyyətimizin ən ciddi məqamlarından sayılan insanın daxili ailəmi, həyat ölüm, bunların vəhdəti, kamillik həddinə yüksəlmə yolları araşdırılıb. 2006-cı ildən qələmə alınan tədqiqat əsərində Nizami Gəncəvinin, İmaməddin Nəsiminin, Məhəmməd Fizulinin və digər bir sıra dahilərin əsərlərindən parçalar verilib, onların baxışlarında məsələyə münasibət göstərilib.

 

525-ci qəzet.- 2016.- 9 dekabr.- S.2.