Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
(Əvvəli ötən
şənbə sayımızda)
İslam
dünyası
İslam VII əsrdə Ərəbistanda yarandı. Bu ərazinin
mərkəzində ucsuz-bucaqsız Ərəbistan səhrası
uzanırdı.
Adamlar əsasən onun kənarında və dəniz
sahillərində yaşayırdılar. Təsərrüfat
və mədəni cəhətdən ən inkişaf
etmiş ərazi Yəmən və Ərəbistandakı
Hicaz idi, axırıncıda dar vahə zolağı var idi.
Yəmənin torpağı isə çox məhsuldar
idi, ona görə də burada sabit əkinçilik
sivilizasiyası inkişaf etmişdi. Lap qədimdən
Yəməndən və Hicazdan mühüm ticarət yolu
keçirdi, bu yol Hindistanla əvvəlcə Roma, sonra isə
Bizans imperiyalarını birləşdirirdi. Ərəb şəhərlərində ticarətlə
təkcə ərəblər deyil, həm də Roma təbəələri,
perslər, abissiniyalılar məşğul olurdular.
Səhranın kənarlarında bədəvilər
adlanan köçəri ərəb tafyaları
yaşayırdılar. Onlar dəvə, qoyun otarır,
yaxşı atlar yetişdirirdilər. Çobanlıq
heç də çox vaxt bədəvi tayfalarını
yedizdirə bilmirdi, onlar oturaq sakinlərə qarşı
soyğunçuluq basqınları edirdilər. Bədəvilər təkcə igid
döyüşçülər deyildilər, onlar həmçinin
obrazlı və hissiyyatlı poeziya ilə şöhrət
tapmışdılar.
Ərəblər Semit xalqlarına aiddir. Onların dini
və adətləri yəhudilərinkinə yaxın idi.
Nə vaxtsa ərəblərin və yəhudilərin
əcdadları bir tayfada yaşamışdılar, bu əcdadlar
yəhudi Bibliyasında öz əksini tapır. Uzun əsrlər ərzində ərəblər bütlərə
sitayiş etmişdilər. Ərəbistanın
bütpərəst mərkəzlərindən biri öz
müqəddəs yeri olan Kəbə ilə şöhrət
tapmış Məkkə idi. Ərəblər
Kəbəni Abrahama (İbrahimə) aparıb
çıxarırlar. Kəbə məbədində
Adəmin cənnətdən gətirdiyi Qara daş
qalırdı (bu daş indiyədək oradadır).
V-VI əsrlərdə yerli ərəblərdən
çox sayda moizəçilər meydana gəldi, onlar öz
tafya adamlarını bütpərəstlikdən çəkindirmək
istəyirdilər. Ərəbistanda xristianlar və iudeylər
də moizə oxuyurdular. Çox sayda ərəblər
onda xristianlığa və iudaizmə keçdi. Yəməndə isə hətta xristian və iudey
knyazlıqları meydana gəldi.
570-ci ildə Məkkədə tanınmış
Qureyş nəslindən olan Məhəmməd dünyaya gəldi. O, çox erkən yetim
qaldı, aclıq və ehtiyac içərisində oldu. 25 yaşında o, Xədicə adlı varlı
qadınla evləndi və onun ticarət işlərini
apardı. Bu qadın ərinin yaxın
dostu və əqidə sirdaşı oldu. Məhəmmədin
belə bir adəti vardı ki, o, Məkkə
yaxınlığındakı Hira dağına çəkilir,
orada nəcib düşüncələrə dalırdı.
Bir dəfə, bu hadisə 610-cu ildə
olmuşdu, o, dağlıq mağarada yuxuya daldı və
yuxuda onun yanına mələk Cəbrayıl gəldi və
onunla danışmağa başladı. Beləliklə,
Məhəmməd peyğəmbərliyə
çatdırıldı və öz ölümünə qədər
yuxarıdan vəhy almaqda davam etdi. Onlar da
müqəddəs kitab Quranın tərkib hissəsi oldu.
Yalnız dörd ildən sonra Məhəmməd
məkkəlilər qarşısında öz moizəsini
oxudu. Onlara vahid Allah haqqında məlumat verdi
və adamları ona inanmağa çağırdı,
bütpərəstləri isə Qiyamət günü barədə
xəbərdar etdi. Lakin şəhərlilərin
bir hissəsi, xüsusən Qureyşin görkəmli
adamları onun çağırışından hiddətləndilər,
onu öz atalarının dinindən uzaqlaşmaqda ittiham etdilər.
Şəhərin başçıları Məhəmmədi
və onun ardıcıllarını
sıxışdırırdılar. Xədicənin
ölümü də Məhəmmədi çox
sarsıtdı. Peyğəmbər Məkkədən
uzaqlaşmağı qərara aldı. 622-ci ildə peyğəmbərin
və onun ardıcıllarının Yasribə (bir qədər
sonra peyğəmbərin şəhəri kimi Mədinə ən-Nəbi
və ya Mədinə adlandı) köçməsi - hicrə
baş verdi. Burada bir-birilə
düşmənçilik edən Mədinə
tayfalarını birləşdirə və ilk müsəlman
icmasını yarada bildi. Peyğəmbər
nəsil və tayfa fərqlərini ləğv etdi, onlar ərəbləri
ayırırdı. İcmanın üzvləri
isə artıq özlərini vahid xalqın nümayəndələri
sayırdılar. İcmaya iudeya
tayfaları da daxil idi, lakin bu ittifaq uzun sürmədi.
İudaizmə sitayiş edən iudeylər ilk əvvəllər
Məhəmmədin təliminə hörmətlə
yanaşdılar. Məhəmməd, Bibliyaya da daxil
olmuş qədim əhvalata əsaslanaraq öyrədirdi ki,
Allahla ilk ittifaq bağlayan Abraham (İbrahim) olmuşdur. Bu ittifaqı xatırlatmaq üçün Allah
insanlara peyğəmbərləri göndərmişdir,
onlardan başlıcaları Moisey və İususdur. Məhəmməd təkcə ərəbləri
deyil, iudeyləri və xristianları da Abrahamın dininə
qayıtmağa çağırdı, bu din iudaizmdən və
xristianlıqdan qədimdir və hər iki dini birləşdirəcəkdir.
Bu qədim və əsl din Allahın iradəsinə
özünü tam “tabe etməkdə” ifadə olunurdu. “Müsəlman” sözü (ərəb dinində
“muslim”) “islam” sözlərindən yaranır, o, həmin
adamdır ki, özünü bütünlüklə “Allaha
tabe edir”. Müqəddəs Kitabın, iudeya və
xristian peyğəmbərlərinin həqiqiliyini etiraf etməklə,
Məhəmməd deyirdi ki, o, İbrahim (Abraham) dininin
axırıncı peyğəmbəridir, öz ifadəsi ilə
deyildiyi kimi, “peyğəmbərliyin möhürüdür”. Lakin tezliklə Məhəmməd əmin oldu ki, onun
çağırışı çox sayda ərəb tərəfindən
dəstəkləndiyi halda, nə iudeylər, nə də
xristianlarda müsbət cavab tapmadı. İslam,
özünün iudaizmdən və xristianlıqdan fərqli
olan ritualları ilə ayrıca dinə çevrildi. Qədim Kəbə hələ də bütpərəstlərin
əlində qalsa da, müsəlmanların baş məbədi
kimi qəbul edildi.
Məhəmməd Mədinənin valisinə
çevrildi və məkkəlilərlə müharibəyə
başladı.
Həlledici mühasirə vaxtı məkkəlilər
qorxudan döyüşsüz şəkildə Məhəmmədə
təslim oldular. O, Məkkəyə gəlib, Kəbəni
bütlərdən təmizlədi və bu məbəd
müsəlmanların ali müqəddəs
yerinə çevrildi. Xədicənin ölümündən
sonra Məhəmməd bir neçə nikaha girdi (bunlar bəzən
siyasi məqsədlər güdürdü), lakin onun kişi cinsindən olan övladı
qalmadı. Sonrakı
dövrlərdə peyğəmbərə və müsəlman
icmasına münasibətdə ən böyük nüfuz
sahibi Ayişə oldu. Peyğəmbərin
nəslini isə onun Xədicədən olan qızı Fatimə
davam etdirdi, onun törəmələri şərif və
seyid adlanır və indiyə kimi müsəlmanlar arasında
müstəsna hörmətə malikdirlər.
621-ci ildə Məhəmmədin özü demişdi
ki, bir dəfə gecə o, Kəbədə yatanda, qanadlı
heyvan olan Burak onu Yerusəlimə, Moria dağına aparıb
çıxardı, orada qədimdə Solomon (Süleyman) məbədi
yerləşirdi. Həmin yerdə o, İbrahimi
(Abrahamı), Müsanı (Moiseyi) və İsanı (İisus
Xristosu) gördü və onların Allaha olan duasına rəhbərlik
etdi. Moria dağından o, göylərə qalxdı və
Allah qarşısında dayandı, Allah Məhəmmədin
ardıcıllarına öz başlıca göstərişlərini
verdi. Bu səyahət və
Məhəmmədin göyə qalxması ərəb dinində
“isra” və “mirac” adlanır. Məkkəlilər
onun sözlərinə inanmayanda, peyğəmbər Yerusəlimi
təsvir etdi. O, bu şəhərdə əvvəllər
olmamışdı və oradan Məkkəyə yollanan
karvanları saydı.
İlk əvvəllərdən müsəlmanları hərbi
uğurlar müşayiət etdi. Onlar çox tezliklə
bütün Ərəbistanı fəth etdilər, sakinlərin
əksəriyyəti tədricən müsəlmanlığa
keçdi. Hamı tərəfindən təqib
olunan peyğəmbər kimi başlayan Məhəmməd
632-ci ildə müsəlman dövlətinin hökmdarı
kimi oldu.
İslamın ilahiyyat və praktiki əsasları Quranda
öz əksini tapmışdır, onlar Allahın Məhəmməd
vasitəsilə insanlara çatdırılan birbaşa
müraciəti hesab olunur.
Dindar adamın həyatı beş ritual vəzifə ilə müəyyən olunur. Onlar Allahın Məhəmməd vasitəsinə göstərişləri kimi çatdırıldığı vaxtdan indiyə kimi saxlanılır və qüvvədədir. Bunlar inanc, namaz qılmaq, xüms və zəkat, oruc tutmaq və Məkkəyə ziyarət etməkdir. Onlar İslamın beş dayağı adlandırılmışdır.
İnancı bu sözlər müəyyən edir: “Allahdan başqa Allah yoxdur və Məhəmməd onun peyğəmbəridir”. Əgər kimsə səmimi qaydada bu ehkama inam bəsləyir və onu dilinə gətirirsə, o, heç bir ritual ibadətləri olmadan belə, müsəlmana çevrilir. Başqa dinlərdə isə digər ritual ibadətləri vacibdir. Ali ləyaqət - Allaha tabe olmaqdır. İslamın ikinci dayağı namazdır, namaz gündə beş dəfə qılınmalıdır. Bundan başqa, namazdan əvvəl hökmən ritual yuyunmanı icra etmək lazımdır, bunsuz o, ibadət sayılmır. Müsəlmanın üçüncü vəzifəsi ianə verməkdir. Onu dövlət yığırdı və ehtiyacı olanlara dəstək üçün istifadə olunurdu. Öz əmlakının bir hissəsini ianə kimi vermək müsəlmanın əmlakının onun özündə qalan hissəsini gözdən qoruyurdu.
Ramazan ayında oruc tutmaq müsəlmanın dördüncü borcudur. Ramazan ayında Sahib ilk dəfə öz peyğəmbərinə - rəsuluna Quranı vəhy etmişdi və məhz bu ayda Məhəmməd məkkəlilər üzərində ilk dəfə qələbə çalmış və Məkkəyə girmişdi. Günün işıqlı vaxtı müsəlman oruc tutmalı, yalnız gün batandan sonra və çıxandan əvvəl yemək yeməli və su içməlidir.
Dindarın axırıncı vəzifəsi Məkkəyə Həcc adlanan ziyarətdir. Hər bir müsəlman bunu ömründə heç olmasa bir dəfə icra etməlidir. Bu göstəriş qədim ərəb adətinə gedib çıxır, qədim ərəblər zülhiccə ayında bunu icra edirdilər. Həmin ayda Məkkəyə bütün islam dünyasından zəvvarlar gəlir, onlar ihram adlanan xüsusi geyimdə olurlar. Onlar birlikdə ibadətləri yerinə yetirir və bu qayda onlarda birlik və öz dinlərinin güclü olması hissini yaradır.
Məhəmmədin ölümündən sonra Kiçik Ərəbistan İslam dövləti onun varislərinin işğal siyasəti hesabına qüdrətli imperiyaya çevrildi. Məhəmməd sağ ikən öz varisini adlandırmadığına görə, VIII əsrin ortalarına qədər Xəlifə titulu üstündə qızğın mübarizə getdi. Xəlifə peyğəmbərin valisi olmaqla, İslamın dini və siyasi rəhbəri idi. Dörd mömin xəlifədən birincisi Əbu Bəkr oldu, onunla İslamın “qızıl dövru” başlandı. O, İslamdan uzaqlaşan ərəb tayfalarına qarşı uğurla vuruşurdu və yenidən dindarları birləşdirdi. O, İslamı həmçinin Persiyanın və Bizansın bir hissəsinə yaydı. 634-cü ildə Əbu Bəkr isitmədən öləndə, Məhəmmədin müşaviri Ömər xəlifə oldu. Bu xəlifənin on illik idarəçiliyi dövründə İslam öz ali nüfuzuna çatdı. İslam imperiyasına Palestina, Suriya, Misir və demək olar ki, bütün Persiya birləşdirildi. Yerli əhalə qəsbkarları Bizans və Persiya ağalığından özlərinin xilaskarı kimi qarşıladı. Ərəblər tutulmuş torpaqlarda əvvəllər mövcud olan dövlət idarəetməsini saxladılar. Müqəddəs Kitabın əsasını təşkil etdiyi dinlərin ardıcıllıqlarına, başqa sözlə, iudeylərə, xristianlara, həmçinin zoroastristlərə dini ibadət azadlığı verilirdi, lakin onlardan xüsusi can vergisi - cizyə alınırdı.
Ömərin ölümündən sonra o, şəxsi qisasa görə iranlı xristian tərəfindən öldürülmüşdü, xəlifəlik onun kürəkəni Məhəmməd Osmana keçdi. O, Əməvi nəslindən idi. Onun hökumranlığı dövründə Quranın kanonik mətni yaradıldı, bu mətndəki bəzi versiyalar əvvəllər mövcud olunmuşlardan bir çox cəhətlərə görə fərqlənirdi. Lakin Osman öz təbəələrinin narazılığına səbəb oldu. Çünki böyümüş xilafətin möhkəmləndirmək niyyəti ilə torpaqları və mühüm dövlət vəzifələrini öz qohumlarına payladı. Xristian kilsəsindəki nepotizm, elə bil ki, yeni yapranan dində də öz tətbiqini tapmışdı.
Xilafətdə, beləliklə, ilk daxili çəkişmə başladı. Osman öz əleyhdarları olan müsəlmanlardan birinin qılıncının zərbəsi ilə həyatdan getdi. Dördüncü xəlifə Əli ibn Abu Talib oldu, o, Məhəmmədin qızı Fatiməyə evlənmişdi, həm də peyğəmbərin dini və dünyəvi irsinə sahib olmağa yalnız onun haqqı var idi. Lakin Əlinin əleyhinə xəlifənin Dəməşqdəki valisi və Osmanın qohumu olan Muaviyə çıxış etdi.
Osmanın əleyhdarları arasında Məhəmmədin dul arvadı Ayişə də var idi. O, siyasi həyatda fəal iştirak etməyə can atırdı. Ayişə indi də Əliyə qarşı çıxış etdi. Ayişənin ardıcılları hətta Əlinin xəlifə Osmanın qətli ilə əlaqədə olması barədə ittiham irəli sürürdülər. Xilafətdə ilk vətəndaş müharibəsi başlandı. Qarışıqlıq bütün ölkəni bürüdü.
856-cı ildə Əli “dəvə döyüşündə” Ayişənin tərəfdarlarını darmadağın etdi. Bu döyüş ona görə belə adlanırdı ki, Ayişə döyüş meydanına zirehli kəcavəsi olan dəvənin üstündə çıxmışdı. Sonrakı ili Əli Siffində Müaviəyə ilə döyüşə girdi. Müaviyə Osmanın əmisi oğlu idi. Qələbə artıq Əlininki idi, bu vaxt Suriya döyüşçüləri nizələrinə Quranın vərəqlərini keçirib, kimin haqlı olduğunu sübut etmək uçun məhkəmənin keçirilməsini tələb etdilər. Əli buna razılıq verdi və məhkəməni uduzdu. Əlinin tərəfdarlarının bir hissəsi məhkəmənin qanuniliyini etiraf etməyi rədd etdi və öz rəhbərinə ümidini itirdi və xəlifənin düşərgəsini tərk etdi. Bu gedənləri xaricitlər adlandırdılar və Əli sonralar onlardan birinin xəncəri ilə qətlə yetirildi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.22.