Ölməzlik himni
Ulu öndər Heydər
Əliyevin əziz xatirəsinə
Başının altında yastığı
Vətən,
Qoynunda uyuyub yatdığı Vətən,
Qəbrini bəzəyən çiçəklər
Vətən,
Məzarın oxşayan küləklər
Vətən,
Onu sevən, duyan ürəklər Vətən!..
O, rəhbərdi, o, ölməzdi,
əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..
O, Antey tək torpağından güc aldı,
O, tarixdi, tarixlərdən bac aldı,
O, xalqının ürəyində
ucaldı,
İdraka
sığmayan bir ömür sürdü,
Çiyninə millətin dərdin
götürdü -
O, rəhbərdi, o, ölməzdi,
əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..
Yaşar
könlümüzdə - ruhu
şeyriyyət,
Bəşər yolçusudur - ünvanı
cənnət.
Çalar laylasını Vətən
anamız,
Oxunar nəğməsi hey ağız-ağız...
O, rəhbərdi, o, ölməzdi,
əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..
Zamanın saçına dən
düşüb keçər,
Göylər mehvərindən oynayar,
köçər,
Elə insanlarla ucalar dünya,
Qəbrinin üstündə qocalar dünya.
O, torpağ altında günəş tək yandı,
O, yerdi, o, göydü, o asimandı.
O, rəhbərdi, o, ölməzdi, əbədidi
O, insanlıq, fikir, zəka
məbədidi!..
Ənvər
ƏHMƏD
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 10 dekabr.- S.11.