Tərəddüd etmədən yazmaq
istəyi
Günlərdir, özümlə bərabər gəzdirdiyim, vaxt tapdıqca oxuduğum, tapmayanda isə yadımdan çıxmayan,məni düşünməyə sövq edən bir kitab haqqında öz təəssüratlarımı oxucularla, qələm əhli ilə bölüşmək istədim.
Psixologiya üzrə fəlsəfə doktoru Vaqif Hüseynin bu il "Təfəkkürün tərəddüdü
və ya bəla ağıldadır, yoxsa
arzuda?" adlı kitabı çap olunmuşdur. Zahirən bir o qədər böyük görünməsə
də, kitab mənəvi tutum etibarilə cildlərlə
kitaba bərabərdir.
Həyat
həqiqətlərindən bəhs edən bu yazılarda müəllif göstərə
bilmişdir ki, həqiqətən "psixologiyada
sadə və kiçik heç nə yoxdur". Çünki, psixologiyada hər sadə hesab olunan məsələnin
əsasında bir mürəkkəblik,hər
kiçik işin nə qədər böyük olduğu zaman-zaman öz təsdiqini tapmışdır.
Məlumdur ki, psixologiya psixika haqqında elmdir. Qədim dövrlərdən başlayaraq psixika haqqında iki-materialist və idealist təlim mövcud olmuşdur.
Psixologiyanın bir elm
sahəsi kimi inkişafı isə məhz
materialist təlimlə əlaqədardır.Bu
təlimə görə,psixika
obyektiv aləmin insan beynində subyektiv əksolunmasıdır.
Bu əksolunmada isə ağıl mühüm rol oynayır. Ağıl o zaman öz
qüdrətini göstərir
ki, insan etdiyi səhvlərdən nəticə çıxararaq
irəliləyir və
uğur qazanır.
Səhvsiz insan yoxdur,lakin səhvlərindən
nəticə çıxarmayanlar
çoxdur.Bu isə onların ağlının
bəlasıdır ki,arzuya,istəyə
yol verib ki,ondan qabağa keçsin.
Vaqif Hüseynin oxuculara təqdim etdiyi bu kitabın hər sətrinin arxasından sanki özü görünür. Zahirən
nə qədər sakit görünsə də, qəlbi şahə qalxan dalğalara bənzəyən,
müəyyən məsələlərə
əhəmiyyət vermədiyi
deyilsə də, əslində həssas, kövrək bir ürəyə malik, dünyaya göz açdığı torpaqda
yetişdirdiyi gülləri,
çiçəkləri qoxlamaq
üçün uzaq yollara çıxmağa həmişə hazır olan dostlarından, sevdiklərindən imkanı
daxilində heç nəyini əsirgəməyən,
sözündə ehtiyatlı,
davranışında tədbirli,
böyüklərə hörmət,
kiçiklərə qayğı
ilə yanaşan bir insandır bu kitabın müəllifi.
Kitabda verilmiş
kiçik həcmli yazılar və "Gərək olanlar olmamış olaydı" adlı
hekayə əsasən
müəllifin həyat
həqiqətlərindən bəhs edən düşüncələrini əks
etdirir. Bu yazılarda bəzi məqamlarda Azərbaycan və dünya mütəfəkkirlərinin
fikirlərinə də
istinad olunur.Baxmayaraq ki,bu yazılardan
bir hissəsi birbaşa müxtəlif vəziyyətlərdə
tərəddüdlə bağlıdır,o
biri yazılarda da tərəddüd problemi bu və
ya başqa şəkildə diqqət
çəkir.
Müəllif həyat həqiqətləri
haqda öz düşüncələrini maraqlı
bir tərzdə ifadə edir. O, insanlara
aid olanların hansının
əbədi qalacağına
diqqət çəkərək,onların hər birinə öz münasibətini bildirir:
Var-dövlət?
- Onu səndən ala bilərlər.
Şöhrət?
- Onu həsəd kölgədə
qoyur.
Möhtəşəmlik? - O, bir zaman yox olur.
Qanunlar? - Onlar dəyişir.
Dostlar? - Onlar xəyanət edə bilər.
Yoxsulluq? - Ona nifrət edirlər.
Əməl? - O, əbədiidir!
Həqiqətən, insanın əməllərinin
ömrü onun öz ömründən uzundur.
Müasir insan və onun tərəddüdünün
səbəbləri haqqındakı
fikirlərində maraqlıdır
ki,müəllif özü də bir qədər tərəddüd edir;
"Müasir insan qərəzli və qəsdlidir; emosiyalarla bağlı onun böyük çətinlikləri
var. O,canlı arzu,istək
və meyllərdən
məhrumdur.Onun həyatı
olduqca darıxdırıcı,boş
və mənasızdır.Bəlkə
də buna görə də indi daha çox
tərəddüd edirlər?
Bəlkə də ağzımızdan
çıxacaq ehtiyatsız
bir sözün girovuna çevrilməmək
üçün tərəddüd
edirik?"
Müəllifin bu fikrində bir qədər həqiqət
var. Müəyyən yaş
dövrünə qədər
etdiyimiz hərəkətlərə
valideynlərin,böyüklərin
gözü ilə baxmağa çalışaraq,nəyin
yanlış, nəyin
düz olduğunu aydınlaşdırmaq istəyirik.
Bir də Azərbaycan reallığında,
müsəlman psixologiyasından
doğan "nə deyərlər" fikri beynimizdə "at oynadır,
istəklərimizi, hiss etdiklərimizi
çərçivəyə salır". Nəticədə "proqramlaşdırılmış"
həyat keçirməyə
məcbur oluruq. Məktəb,
təhsil, əmək
fəaliyyəti isə
bu proqramin əsasını təşkil
edir. Əlbəttə,bunların hamısı
insanin şəxsiyyət
kimi formalaşmasında
vacib olan amillərdir. Ancaq, hər halda insan öz istəkləri
üçün də
vaxt ayırmağı
bacarmalıdır ona görə ki,onun
narazılıq dərəcəsi
dözüm dərəcəsinə
üstün gəlməsin.
Çünki narazılıq üstün
olanda bu insanın bütün fəaliyyətində -davranış
və rəftarında
əks olunur. Nəticədə onun ünsiyyət dairəsi daralır,hamı ondan ayrı durmağa çalışır.
Bu vəziyyət isə
insanın psixikasına
mənfi təsir göstərməklə yanaşı,onun sağlamlığından
da yan keçmir.
Beləliklə,insan addım-addım tənhalığa
yaxınlaşır. Tənhalıq isə insan üçün həqiqətən
fəlakətdir.
Tərəddüd edən insanlar qərar verməkdə aciz olurlar. Napoleonun
fikrincə, "Döyüşdə
o adam qalib gəlir ki, o məsləhət yox, qərar qəbul edir. "Bizim
isə gözəl bir atalar sözümüz
var: "Məsləhətli
don geniş olar. Müəyyən qərarlar
verərkən (təbii
ki,bir anda
verilən bəzi qərarlar istisna olmaqla - S.M.) məsləhət
almaq da pis nəticə verməz.
İnsan həqiqəti görür,
anlayır, ancaq anlatmağa tərəddüd
edir. Bu qorxu hissidir. Vaqif Hüseynin də qeyd etdiyi kimi,
"Tərəddüd - inamsızlıq,etimadsızlıq və
qorxudan yaranır.Qərar
ağlın,əzmin,cəsarətin məhsuludur".
Öz həyatlarına dair qərar verməyə qadir olan şəxsləri
isə bəzən hadisələr idarə edir və tərəddüdlü
vəziyyətə salır.
Müəllif məhəbbətdə
tərəddüddən, onun
xoşagəlməz nəticələrindən
danışarkən Çingiz
Aytmatovan "Qırmızı
yaylıqlı qovağım
mənim" əsərindən
məhəbbət haqqında
belə bir fikri nümunə göstərir: "Məhəbbət
- qayğıkeşlik, mehribanlıq,
səadətdir". Burada tərəddüd
etmək olmaz. Ona görə ki, "Məhəbbət tərəddüddən
qorxur. Çünki tərəddüd edən an məhəbbətin
böyük, əlçatmaz,
əsrarəngiz gözəlliyinə
xələl gəlməyə,
mühafizəkar və
sirayətedici funksiyani
şübhə əvəz
etməyə başlayır".
Vaqif Hüseynin "Ailədaxili münasibətlərin
uşaq şəxsiyyətinin
formalaşmasında rolu"
adlı məqaləsində
də bu mövzuda ətraflı danışılaraq, qeyd olunur ki,"bu cür ailələrdə
çatışmayan bir
şey olursa, o da məhəbbət olur".
Vaqif Hüseyn əsil ziyalıdır, müəllimdir,
psixoloqdur. O, köməyə,
məsləhətə ehtiyacı
olanlardan bacardığını
əsirgəməyən bir
insandır. Hüsey Caviddən misal gətirən Vaqif Hüseynin bu misralarda özü görünür:
İnsan! Sənə
mən yardım etməsəm gerçək,
Məni vicdan əzabı məhv edəcək!
Bu əzab yükünü çəkmək
istəməməsi Vaqif
müəllimin "Gərək
olanlar olmamış olaydı" adlı hekayəsində aydın görünür. Bu hekayədə
müəllif "yaşamaq
istəmədikləri"ni
qələmə alıb.
Həqiqətən qürurunu,şərəfini hər
şeydən uca tutan insan üçün
belə bir vəziyyət cəhənnəm
əzabına bənzəyir.
Ancaq burada da onun
"real mən"i IDEAL mən"inə
uyğun gəlir.
O.yaşadıqlarını, anladıqlarını və anlamağa çalışdıqlarını təfəkkür süzgəcindən
keçirərək qələminə
ötürür. Qələm isə
öz növbəsində
olanları tarixə çevirir. Bu çevirmədə isə
müəllifin "sosial
mən"i onun
"real mən"inə uyğundur.
Ona görə də mükəmməl məzmuna,cilalanmış ifadələrə malik bu kitab oxucusunu
düşünməyə, olanlardan nəticə çıxarmağa sövq
edir.
Vaqif Hüseynin sonda, "Son söz əvəzi"ndə
dediyi kimi, "Bu ölümlərdən, faciələrdən
nəticə çıxarsaq,
yeni həyat başlayacaq, ölümləri
dirilmələr əvəz
edəcək, xoşbəxt
həyatın əsl sahibləri doğulacaqlar!"
Sədaqət MƏMMƏDOVA
filologiya elmləri üzrə fəlsəfə doktoru,dosent
525-ci qəzet.-
2016.- 14 dekabr.- S.8.