Azərbaycanın dini tolerantlıq mühiti dünyaya nümunə kimi

 

Dinimilli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

Multikultural təhlükəsizlik ümumbəşəri təhlükəsizliyin tərkib hissəsi kimi

Beynəlxalq müstəvidə dini etnik zəmində baş verən proseslər sübut edir ki, multikultural təhlükəsizlik ictimai-siyasi, eləcə ümumbəşəri təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir.

Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına, xalqların, fərqli din mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilib. Xüsusilə, İslam dünyasında cərəyan edən hadisələr bir daha bu nəzəriyyənin doğruluğunu təsdiqləməkdədir. Bu baxımdan, multikulturalizmin liberalizmdən əsas fərqi onun həmin fərqli qrupların hüquqlarını tanıması, dini, milli icmaların inkişafına yönəldilən qanuni fəaliyyəti dəstəkləməsidir. Məhz buna görə multikultural təhlükəsizlik milli təhlükəsizliyin bir növ qarantı rolunu oynamaqdadır.

Azərbaycan bir çox millətlərin müxtəlif dinə mənsub adamların dinc yaşadığı məkan kimi əvəzsiz nümunədir. Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirərək Alban kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib.

Xüsusən son 20 ildə respublikamızda dövlət-din münasibətlərinin tənzim edilməsi, dini-mənəvi dəyərlərin pozitiv potensialından səmərəli məqsədyönlü istifadə olunması ilə bağlı görülən böyük işlərin mahiyyətini düzgün başa düşmək üçün müstəqillik dövrünün ilk illərində ölkənin dini durumuna nəzər salmaq yerinə düşər.

"Əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib"

 

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşü zamanı "bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib" - deyə qeyd edib.

Prezident vurğulayıb ki, 2016-cı ildə ölkənin siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi: "O, katolik kilsəsində ibadətdən sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu.

Bundan başqa, Roma Papası Bakıdan bütün dünyaya sülh tolerantlıq mesajı göndərdi".

"Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır"

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayev Misir mətbuatına verdiyi müsahibəsində multikulturalizmdəki qütbləşmə barədə maraqlı fikirlər səsləndirib: "Avopada multikulturalizm siyasətilə bağlı iki qütb formalaşıb. Birində Fransa, Almaniya, İngiltərə qərar tutub. Onlar multikulturalizmin iflas etməsini önə çəkirlər. Onların fikrincə, multikulturalizm bu ölkələrdə inkişaf edə bilməz; çünki miqrantlar, o ölkələrin dinini, mədəniyyətini qəbul edib assimilyasiya ola bilmirlər. "Bədbin qütb" adlandırdığımız bu qütbün siyasi ifadəsini İngiltərənin keçmiş baş naziri Devid Kemeron ifadə edib. 2011-ci il Münhen Təhlükəsizlik Şurasının iclasındakı çıxışını hətta "Mənim multikulturalizmə qarşı müharibəm" adlandırmışdı.

Dövlət müşaviri bildirib ki, digər qütbü "nikbin qütb" adlandırmaq olar: "Bu qütbdə Azərbaycanı Azərbaycan prezidentinin multikulturalizmə nikbin münasibətini görürəm. Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır. Cəmiyyətimizdə üçün multikultural əhvalın hökm sürməsinin başqa cavabı da var. Multikulturalizm əslində müxtəlifliklərin birliyi deməkdir. Azərbaycan kimi ölkələrdə multikulturalizm müxtəlifliklərin birliyi kimi ilkin mahiyyət daşıyır, yəni burada ilkin müxtəliflik özünü göstərir. Qədim zamanlarda müxtəlif xalqlar, fərqli din daşıyıcıları bir-birinin yanında yaşayıb formalaşıblar. anlaşılmazlıqlar olubsa, tarixin uzaq dövrlərində qalıb. Bu gün bu müxtəlifliklər Azərbaycan adlı birliyin içindədilər. Onlar bir-birinin mədəniyyətinə, fərqlənən xüsusiyyətlərinə hörmətlə yanaşa bilirlər. Avropa ölkələrində isə belə deyil. Orada multikulturalizmin iflasa uğramasının obyektiv səbəbləri var. Orada həmin müxtəliflik sonrakı müxtəliflikdir. Avropa ölkələrinə gələn başqa dinin, başqa millətin nümayəndələri artıq özünü təsbit etmiş, ozünə inamlı mədəniyyətləri gətirirdilər yerli mədəniyyətlə gəlmə mədəniyyət arasında qarşıdurma, ziddiyyət baş verirdi. Belə ölkələrdə siyasi müdaxilə daha daha məqsədəuyğun qurulmalıdır".

 

İlkin müxtəliflik: multikulturalizmin təntənəsi

 

K. Abdullayevin sözlərinə görə, müxtəlifliyin ilkin olduğu ölkələrdə multikulturalizmin təntənəsini görə bilirik: "Bunun baş verməsi üçün sadəcə siyasi iradə dəstək lazımdır. Bu da cəmiyyətin daxili ruhuna uyğun olanda multikultural əhval hökm sürür.

Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, hər kəsin hüquq azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması, inkişaf etdirilməsi deməkdir".

 

"Azərbaycanda yüksək tolerantlıq ab-havası var"

 

Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüdləşdirir.

Bu sahədə görülən bütün işlər müvafiq qanunvericilik aktlarına əsaslanır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Konstitusiyanın 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək məqsədilə yaradılıb.

Mövzu ilə bağlı "525"ə danışan sözügedən komitənin sədrinin müavini Gündüz İsmayılovun da fikirləri kifayət qədər maraqlıdır.

G. İsmayılov qeyd edib ki, ölkədə yüksək tolerantlıq ab-havası var: "Tolerantlıq ənənələrinin qorunub saxlanması, daha da gücləndirilməsi üçün bütün zəruri tədbirlər görülür. Bu təbirlər bir neçə istiqamətdə aparılır. Dövlət orqanları, o cümlədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən lazımi addımlar atılır.

2014-cü ildə prezident tərəfindən verilən sərəncama əsasən milli-mənəvi dəyərlərin, tolerantlığın təbliği məqsədilə Komitəyə 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsaitlə layihələr icra olunur, dini tolerantlığın gücləndirilməsi, qorunub saxlanması, təbliği və təşviqi sahəsində işlər həyata keçirilir".

 

Tolerantlığın iki əsas qarantı

 

Sədr müavini qeyd edib ki, Azərbaycan xalqının tolerantlığının əsas xüsusiyyətlərindən birincisi tarixi, coğrafi şəraitə, siyası vəziyyətə uyğun olaraq xalqın formalaşmış xarakterik xüsusiyyətlərindən, ölkənin coğrafi mövqeyindən, etnik toplularından, Azərbaycan türklərinin tarixən dözümlülüyündən, digər xalqların nümayəndələrinə hörmətlə yanaşmalarından qaynaqlanır. İkinci əsas qaynaq isə dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətdir. Ölkəmiz tarixi İpək Yolunun üstündə yerləşir. Burada müxtəlif dinlərin və etnik qrupların yaşaması da kifayət qədər rola malikdir. Yəni xalqımızın tolerantlığının iki əsas qarantı var: dövlət siyasəti və Azərbaycan xalqının xarakterik xüsusiyyəti, adət-ənənələri, tarixi keçmişi, coğrafi vəziyyəti".

G. İsmayılov vurğulayıb ki, 2016-cı ilin "Mltikulturalizm ili" elan olunması ilə yanaşı prezident tərəfindən tədbirlər planı təsdiqlənib: "Göstərişlər bu günə qədər ardıcıl şəkildə icra olunub. Tədbirlər planında üzərimizə düşən xeyli var. Komitə sözügedən işləri digər qurumlarla, xüsusən Multikulturalizm Mərkəzi, Bilik Fondu, Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəli şəkildə yerinə yetirir. Həm Azərbaycanda, həm də xaricdə - bura müsəlman, eləcə də Avropa ölkələri daxildir- tədbirlər keçirilib. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, V Bakı Beynəlxalq Humanitar Forumu buna misal ola bilər. Yüzlərlə tədbir təşkil olunub. Tədbirlər bütün təhsil müəssisələrini, dini icmaları, digər idarə müəssisələri əhatə edib".

O nəzərə çatdırıb ki, "Multikulturalizm ili" başa çatsa da, bununla bağlı fəaliyyət başa çatmayıb: "Tədbirlər ardıcıl şəkildə davam edəcək. Biz 2017-ci ildə bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirəcəyik".

Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması həm xarici siyasətçilərin diplomatların etiraf etdikləri həqiqətdir. ATƏT-in İnsan Hüquqları Demokratik Təsisatlar Bürosunun keçmiş rəhbəri Cerar Ştudman etiraf etmişdi ki, "Azərbaycanda dini dözümlülük heç yeni konsepsiya deyil. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, dözümlüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə göstərə bilərik".

 

Dünya mənəvi böhran içərisində: çıxış yolları axtarışında

 

İlham Əliyevin vurğuladığı kimi, hazırda dünya mənəvi böhran içindədir. Qanlı toqquşmalar və müharibələr bugünkü dünyanın reallıqlarıdır.

Təəssüflə də olsa qeyd edilməlidir ki, bu proseslərin əksəriyyəti müsəlman ölkələrində baş verir.

Dünya dərin mənəvi böhrandan qurtulmaq üçün multikulturalizm və tolerantlıq ənənələrini gücləndirməlidir.

İslam dinini düzgün yaşatmağa çalışan, eyni zamanda, dünyəvilik prinsiplərini əsas tutan ölkələr bu sahədə fəaliyyətlərini daha da genişləndirməli, radikal meyilli qüvvələrin cəmiyyətə qarşı yönəltdiyi aqressiv siyasətə qarşı öz güclərini birləşdirməlidirlər.

Bu baxımdan ölkəmizdəki multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunə ola bilər. Azərbaycandakı multikultural mühitin, dövlət-din münasibətlərinin yaxından öyrənilməsi, şübhəsiz ki, bütün dünyaya faydalı olacaq.

Bu məqam mütləq vurğulanmalıdır ki, regionda ilk dəfə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü kimi Azərbaycanda qeyd edilib və 1999-cu ildə bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə olub. Görkəmli siyasi xadim bu təşəbbüsü ilə həm tolerantlıq prinsiplərinə münasibətini bir daha nümayiş etdirib, həm də gələcəkdə mütərəqqi bir ənənənin yaranması üçün zəmin hazırlayıb.

 

Cavid ŞÜKÜROV

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.5.