Əsəd Cahangir: “Bizim alimlər üçüncü mərhələyə çata bilmirlər”

 

 

“On üçüncü gecətanınmış tənqidçi Əsəd Cahangirin sayca dördüncü kitabıdır.

 

Təzəcə işıq üzü görən kitabda müəllifin Elçin yaradıcılığı - hekayələri, məqalələri, dram əsərləri, onlar əsasında hazırlanmış tamaşalar nəhayət, “Başromanı haqda yazıları yer alıb.

 

Sevimli yazıçılarımdan olan Elçinin ədəbi atmosferinə intellektual bir tənqidçinin əqli mühakimələri, analizləri vasitəsilə daxil olmaq mənim üçün olduqca yeni maraqlı oldu. Yəqin ki, bu üzdən tənqidçi ilə gözəl bir söhbət baş tutdu.

 

- Kitaba yazıçının oxucuların reaksiyaları necə oldu?

 

- Kitab təzə çıxıb, hələ satışa qoymamışam. Dekabrın 21-də Milli Kitabxanada təqdimat keçiriləcək, onu  gözləyirəm. Milli Kitabxananın direktoru Kərim müəllimə mənə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Kitabı hələlik rəyinə ehtiyac duyduğum ən yaxın çevrə adamlarına hədiyyə etmişəm. Elə şəxslər var, onların rəyi mənim üçün çox önəmlidir xoşdur ki, müsbət rəydədirlər, məsələn, professor Nizami Cəfərov. Elçin müəllim özü isə kitabdakı məqalələri vaxtaşırı dərc olunduqca oxuyub. Rəyi ümumən müsbətdir, təbii ki bəzi zəruri qeydləri nəzərə almaq şərtilə.

 

- Zəruri qeydlər deyəndə nələri nəzərdə tutursunuz?

 

- Məsələn, bunu vurğulamışdı ki, yazıçının yazdıqları hökmən onun öz həyatı demək deyil bunlar arasında bərabərlik işarəsi qoymaq metodoloji yanlışlıqdır. 

 

- “On üçüncü gecəbir yazıçının yaradıcılığına həsr olunan ilk kitabınızdır. Maraqlıdır, niyə məhz Elçin?

 

- Elçin mənə anlaşıqlı yazıçıdır. Onun əsərlərində özümü görə bilirəm. Onun Mahmud, Məmmədağa digər obrazları öz psixotipinə görə mənə yaxındır. O, şüuraltımda olan məsələləri aydın şüur işığına çıxarıb özümüdərkimə kömək edib. Elçinin əsərlərini oxuduqca öz həyatım haqda bədii informasiya almışam. Bəzən isə bu əsərlərdə yazılanlar sonradan başıma gəlib bu, məni heyrətləndirib. Yəni bu əsərlərin müəllifində öncəgörənlik var. ElçininBaşromanı bu qənaətimi bir daha təsdiqlədi. Yazıçı bu romanda metafizik-ilahi həqiqətlərə yönəlib bədii düşüncəmizin gələcək konturlarını cızıb. Mən bu romanı çoxdan gözləyirdim nəhayət ki, o yazıldı.

 

- “Metafizik ilahi həqiqətlər”... Yəni nələr?

 

- Fizika qanunları dışına çıxan həqiqətlər. Metafizik aləmdə Nyuton qanunları işləmir. Bu həqiqətləri beş ənənəvi duyğu orqanı ilə yox, altıncı duyğu ilə qavramaq olar. Metafizika bədən yox, ruhla bağlıdır. Bədən fizika qanunlarına tabedir, ruh isə metafizik mövcudluqdur, transsendent məndir. Elçinin son romanı olanBaş”ın qəhrəmanı general Sisianovun ruhudur, yəni metafizik varlıqdır. Romanın əsasında milli, ümumbəşəri ilahi vəhdət, yəni tövhid ideyası durur. Bu, postmodernist plüralizmin gətirdiyi xaosdan sonra monist təfəkkürlə şərtlənən nizama qayıdışdır. Başöz müəllifinin sadəcə bədii yox, həm intellektual qələbəsidir. Təsadüfi deyil ki, roman məhzBaşadlanır. Burda antiruhani sovet ədəbiyyatı ilə açıq-aşkar, əsrlər boyu ürək-könül konsepsiyasına həlledici önəm verən  klassik divan ədəbiyyatıyla isə gizli bir qarşıdurma var.

 

- “Başromanı haqqında məqaləniziBaş”lanğıcadlandırmağınız özündə hansı mənaları daşıyır?

 

- Əksər yazıçılarımız xeyir-şər qarşıdurmasının o üzünə keçib vəhdətə, yəni metafizik həqiqətə çata bilmirlər. Başromanının timsalında isə bədii nəsr düşüncəmiz haqqa gəlir, bədii həqiqətlə ilahi həqiqət birləşir. Bu həqiqəti Azərbaycan bədii fikri Füzulidən, ən yaxşı halda Caviddən sonra unutmuşdu. Başmilli bədii nəsr düşüncəmiz üçün yeni metodla - metafizik realizm metoduyla yazılıb. Yəni bu romanla nəsrimizdə çox şeylər başlayır. Roman haqqında məqaləmiBaş”lanğıc adlandırmağım da bundan irəli gəlir.

 

- Maraqlıdır ki, kitabdakı birinci yox, sonuncu məqaləBaş”lanğıcadlanır.

 

- Hər başlanğıc bir son, hər son bir başlanğıcdır. Çünki hərəkət  çevrə şəklindədir. Biz çevrə üzrə sona doğru getdikcə həm başlanğıca yaxınlaşırıq. Kainatda planetlərdən atomda elektronlaracan hər şey bu qanuna tabedir. İnsan düşüncəsi bu yöndən istisna deyil. Çünki insan özü də kainatın bir zərrəsidir. “Baş” romanında da məhz bu problem qoyulub - insan ruhunun, yəni zərrənin, Allaha, yəni küllə qovuşması problemi.

 

- Yazırsınız ki, Bakıya qədərki həyatınızı İlyas Əfəndiyev, Bakıya gəldikdən sonrakı dünyanızı isə Elçin qələmə alıb...

 

- Mənim uşaqlığım və gəncliyim klassik inzibati dillə desək, Qaryagin mahalında keçib. O mahalın psixologiyası, məişəti və xarakterini İlyas bəy öz əsərlərində qələmə alıb. “Geriyə baxma, qoca” romanında babam Şirin bəyin adı çəkilir. Yadımdadır ki, bu romanı gecələr ailəlikcə həyətimizdəki ağacın altına yığışıb oxuyardıq. Çünki o bizim yaxın keçmişimiz haqqındaydı və bundan qürur duyurduq. Ümumiyyətlə, biz tərəflərdə İlyas Əfəndiyev kultu var. Mənim ədəbiyyatla, teatrla, sənətlə ilk tanışlığım İlyas bəyin “Mahnı dağlarda qaldı” pyesi əsasında hazırlanan tamaşa ilə başlayıb. İlyas bəy barədə kitabda yazdıqlarım bunların ifadəsidir.

 

Bakıya oxumağa gələndən sonra yaşadığm Dağlı məhəlləsi adamlarının həyatı və mühitini isə Elçin qələmə alıb. Özünəməxsus mentaliteti, klassik şərq davranış etiketi ilə seçilən bu adamlar da mənə çox doğmadır. Bütün tələbəliyim onların arasında keçib. “Həyatımın iki mərhələsi elə bil ki, bu iki yazıçı arasında bölüşdürülüb” deyəndə bunu nəzərdə tutmuşam.

 

- ElçininBaş” romanı ilə Kafkanın “Çevrilmə”sini müqayisə edirsiniz. Sizcə, bu nə qədər əsaslıdır?

 

- Kafkanın “Çevrilmə”si psixoloji fantastika örnəyidir. Qəhrəman səhər tezdən ayılır və görür ki, nəsə əcayib bir həşərata çevrilib, amma düşüncəsi və daxili hissiyyatı etibarilə insan olaraq qalır. ElçininBaş” romanında da qəhrəmanlar müxtəlif heyvanlara, cansızlara çevrilirlər. At oğrusu Cəfər uzunqulağa çevrilir, onunla birlikdə dərəyə yuvarlanır. Hiperseksuallıq Sarı Çoban qızını adamlıqdan çıxarır. Lal Qafaroğlu insana məxsus ən vacib xüsusiyyətdən - nitq qabiliyyətindən məhrum olur, sanki cansız bir şeyə dönür. Amma Elçinin romanındakı çevrilmələr heç vaxt özünün zahiri ifadə formasını tapmır. Buna baxmayaraq, istər Kafkanın, istərsə də Elçinin əsərində insanın insanlıqdan çıxmasının doğurduğu faciədən söz gedir. Mən öz müqayisəmdə bu əsərlərin daxili mahiyyətinə əsaslanmışam.

 

- Bəzi məqalələriniz hekayələrə bənzəyir. Ümumiyyətlə, bədii və estetik yanaşmadan söz gedir.

 

- Akademik filoloji üslub bu gün çətin oxunur. Müasir dövrün oxucusu ilə ortaq dil tapmağın yollarını axtarmaq lazımdır. Bunlardan birielmi məqalədə bədii üslubdan, metaforik düşüncə elementlərindən istifadədir. Mən bu üsuldan istifadəyə hələ 20-25 il öncə ilk məqalələrimdə başlamışam. Başlanğıcda bu təbii, spontan şəkildə alınırdı. İndi isə bunu həm də məqsədyönlü edirəm. Görünür, bunun bir səbəbi də tam realizə etmədiyim poetik potensialımı ədəbi-tənqidi məcraya yönəltməyimlə bağlıdır.

 

- Yazırsınız ki, tənqidçilərin bəziləri özünü ədəbiyyatda yox, ədəbiyyatı özündə axtarır. Bunu bir az aça bilərsiniz?

 

- Bəziləri var özünü ədəbiyyatda axtarır, yəni ədəbiyyatın tərkib hissəsi kimi zənn edir. Amma tənqidçi də var, ancaq öz xeyrini güdür, ədəbiyyatı özündə axtarır. Bu ikincilər kardinal düşüncəli adamlardır. Yəni öz şəxsini hər şeyin mərkəzinə qoyur, hər şeyə “mən” deyib baxırlar. Əsl tənqidçi isə fərdi eqosunu fənaya uğradan adamdır. Ümumiyyətlə, hər bir söz adamı ədəbiyyatın xidmətçisidir. Ədəbiyyatda bircə şah var - sözün özü. Bizim bəzi tənqidçilərə isə elə gəlir ki, guya onlar çox böyük adamlardır, yazıçılar onlara baş əyməli, yaxud hansısa cəhətdən maraqlarını ödəməlidir. Bu bayağı düşüncə ağlın dayazlığını göstərir. Tənqidçi yazıçıya pərəstiş etməməli, amma onunla daşa-tərəziyə də girməməlidir. Eyni söz yazıçılara da aiddir. Çünki onlarda da az yoxdur. Ümumən yazıçı-tənqidçi münasibətləri hər cür umu-küsü, emosiya, pərəstiş və nifrətdən uzaq olmalıdır.

 

-Sizcə, bu düşüncə nədən doğur?

 

- Elmin üç mərhələsi var. Birincisi cəhalət mərhələsidir və bu, elmdə ilk addımını atanlara aiddir. İkincisi, müəyyən bilik qazanmış və özünü çox savadlı bilənlərə aiddir. Bu mərhələ insanda təkəbbür doğurur. Üçüncüsü, bu təkəbbürü, eqonu dəf edənlərə aiddir. Onlar biliyin elə həddinə çatırlar ki, sokratik bir dillə, “bircə onu bilirəm ki, heç nə bilmirəm” deyirlər. Bizim alimlər ən yaxşı halda ikinci mərhələyə çatır, üçüncüyə keçə bilmirlər. Təkəbbür üçüncü mərhələ keçməyə onlara imkan vermir. Mənəvi dayazlıq, intellektual kasadlıq, qısqanclıq, mənəm-mənəmlik də burdan doğur.

 

- Bir neçə kitab müəllifisiniz. Hansı daha dəyərlidir sizinçün?

 

- İlk kitabım “Qədim türk ədəbiyyatının linqvistik poetikası”dır. Mahmud Kaşğarlı “Divan”ındakı bədii nümunələrin poetikasına həsr  olunub. Bu bəsit dizaynlı kitab 2001-ci ildə izoqraf üsulu ilə çap olunmuşdu. Ancaq mənim üçün ilk kitab kimi çox əzizdir. “Kim yatmış, kim oyaq?” adlı kitabım mənə iki mükafat qazandırıb -  Yaşar Qarayev və “Qızıl kəlmə” mükafatlarını. Bu baxımdan qiymətlidir. “On üçüncü gecə” həm çox sevdiyim bir yazıçı haqqında olduğu, həm də son kitabım olduğu üçün dəyərlidir. Ən sonuncu həmişə ən yaxşı olur.

 

Müşfiq ŞÜKÜRLÜ

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.15.