Həddən artıq uyğunluqun təqdimatı oldu

Dekabrın 15-də Nizami Kino Mərkəzində Ülviyyə Könülün rejissorluğu ilə ekranlaşdırılan Həddən artıq uyğunluq bədii filminin təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, film Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında lentə alınıb.

 

Çəkilişləri ABŞ-da Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

 

Filmin təqdimat mərasimində çıxış edən Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiya tərəfindən müxtəlif janrlarda mövzularda filmlər çəkildiyini söyləyib. Son dövrlər çəkilən uğurlu filmlərdən danışan direktor bildirib ki, artıq istedadlı, yaradıcı kino heyəti yetişməkdədir. Bir il ərzində 19 filmin ekranlaşdırıldığını söyləyən Müşfiq Hətəmov kinostudiyanın 10-dan artıq filmə dəstək verdiyini deyib.

 

Vurğulanıb ki, kommersiya xarakteri daşıyan bu filmdə tanınmış gənc aktyorlar rol alıb.

 

Ülviyyə Könül, Aleksandr Mərdan, Xalq artisti Afaq Bəşirqızı digər çıxış edənlər filmin çəkilişinə dəstək olanlara minnətdarlıqlarını bildiriblər.

 

Sonra film nümayiş olunub.

 

Romantik komediya janrlı filmdə rolları Afaq Bəşirqızı, Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova digərləri canlandırıblar.

 

Qeyd edək ki, dünəndən etibarən filmin bütün kinoteatrlarda nümayişinə başlanılıb.

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.13.