Halın içindəki hal

 

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın Həsrət, eşq sükut kitabı aybkitab layihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Halın içində gizlənən halın sənin mübtəlan oldum.

 

Sürur Çiçəyim, Məhşərim, Hər şeyim...

 

Çöldə əsən küləyin qoxusunu qalu-bəladan alan; elə bir sərxoşam ki eşqinlə illərdir tam yuxuya keçə bilmədi gözlərim; səninlə həmdəm olan könlüm əllərini, barmaqlarını, alnını, ovuc içlərini, üzünü, gözünü, xülasə, səni tanıdı tanıyandan özündə deyil Hüma quşum.

 

Rəbbimə şükrüm, Ona təslimiyyətim sonsuz; sənə eşqim o qədər böyük ki, dünya deyilən cahan eşqimin yağışlarıyla sulanmaqda könlümdən düşən eşq toxumlarıyla səhralar, vadilər bağçalar çiçək açmaqda. Meyvələr, ağaclar, bir sözlə bütün təbiət qoxusunu dadını eşqimizdən almaqda.

 

Mübaliğə etmirəm, könlüm sənə səslənərkən səsi gözəl olan bütün quşlar, dənizlərdəki balıqlar mərcanlar bu səslənişdəki səmimiyyəti eşqin özündən gələn o gözəl bəstəni qısqanır.

 

Ruhum sənə hər xitabında eşqimi yenidən təzələyir sükut deyilən o əfsun səssizliyinə, qısqanclıqdan həsədindən bir az daha sükut qatıb, bilinməyən bir diyara gizlənir.

 

Məndəki hər şey sənə dair; lakin eşqini könlümə qoyan böyütməyimə icazə verən Rəbbimi unutmağım mümkün deyil.

 

Harada olduğumu, söylədiyimi bilməsəm ; ağlım könlümə məğlub olsa da, Xüdaya şükrümü Ona təvəkkül etməyi unutmaram, yar.

 

Halın içində halı yaşayarkən Rəbbimin izni ilə kəşf edilməmiş dünyaları kəşf edir; içimdəki eşq cücərtilərini oralara səpir sənə olan eşqimi ölümsüz etməyə çalışıram.

 

Mövlanın yaratdığı hər cahan səni tanıyır, Sevgili. Mənimlə eşqə dair danışan hər kəsə özümdən asılı olmayan bir halda məhşərinə sevdamdan bəhs edirəm fərqində olmadan.

 

Səndən xəbərdar olan mələklər belə gözəlliyini qısqanır; bilirəm ki, hər məxluqat aşiq olan məni heyran-heyran izləyir; sənlə dolu olan ürəyimin atışları saatımın tik-takları yerinə keçir.

 

Gecənin zülməti sənin nurunla ziyasına qovuşur. Şəfəq sənin işığın olmasa, doğamayacaq. Günəş sən olmasan eşqimiz olmasa, bütün sirrini istiliyini itirəcək sanki.

 

Təvazökarlıq səndə bir tac, Sevgili. Əsl gözəl olan sənsən; mən yalnız bir aynayam sənin gözəlliklərini göstərmə şərəfinə çatan. Amma mən gözəlliyimi eşqlə gördüm səndə.

 

Sən olmasan Şükür Çiçəyim, mən gözəlliyimi necə görəcəkdim. Hansı güzgü mənə məni sənin kimi göstərdi ki, bu günə qədər.

 

Mən məni səndə itirdim, amma mən məni səndə, mən bütün gözəllikləri sənin üzündə, dilində, əlində tapmadımmı?

 

Ovuclarından içdiyim xoşbəxtlik dinclik Rəbbimin bir lütfü, amma onlar sənə aid olduğu üçün qiymətli.

 

Barmaqlarından daddığım şükür şərbəti başqa hansı çeşmədə var ki? Xəyalına belə daldığımda dünyanı qucaqlayan könlüm elə bir pəhləvana çevrilir ki, nəfs deyilən hər cür oyunu bilən hiyləgər rəqibimi hər dəfəsində dəqiq hədəfə alır; əvvəl Rəbbimdən, sonra səndən aldığım o güc deyilmi?

 

Dünyada eşqinlə nəfəs almaq bu eşqlə məhşərə getmək bir nemət. İnanıram ki, Rəbbim eşqimizi hər dəm qoruyacaq əbədi eyləyəcək. Ona şükrüm sonsuzdur təslimiyyətim hər keçən gün artır.

 

Bilirəm ki, könlüm sənə hər nəfəsdə yenidən təzələnərək daha da çox aşiq olur.

 

Səni sevdiyim gerçəyini həm dünyaya, həm əbədiyyətə qışqıracağım günü səbirlə, təvəkküllə imanla; içimdə davamlı böyüyən dinclik xoşbəxtliyin mənə verdiyi məhşəri həvəslə gözləyirəm.

 

Ey sevgili! Halın içində gizlənən halın sənin mübtəlan oldum.

 

Bu halın məhşərə qədər davam etməsini Rəbbimdən hər nəfəsdə diləyirəm. Mən səninlə oldum; mən səninlə doldum yar.

 

Gülüstana varınca şad olur kələbəklər,

Rəbbinə sığınınca huzur bulur ürəklər.

Dünyada gülmək var; ağlamaq da, sevgili

İncinən qəlblər isə təmir olmağı bəklər.

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.19.