Sumqayıtda şair Sabir Sarvanın 60 yaşı qeyd edildi

 

 

SumqayıtPoeziya Evi”ndə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan şair Əjdər Ol yubilyarın həyat yaradıcılığı barədə fikirlərini bölüşərək deyib: “Hər bir şair milli ruhun daşıyıcısıdır. Sabir Sarvan milli ruhu özündə daşıyan yaşadan şairlərdəndirdeyən Əjdər Ol qələm dostunu təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək ölkə şəhər rəhbərliyinin ədəbi mühitə diqqət qayğısından danışıb. O, yubilyara Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təbrikini çatdırıb, Fəxri Fərman hədiyyə təqdim edərək yaradıcılıq uğurları arzulayıb.

 

AYB-nin katibi İlqar Fəhmi, tənqidçi İlham Abbasov, şair Sayman Arus, yazıçı Varis digərləri Sabir Sarvanı təbrik edib, şairə xoş arzularını çatdırıblar.

 

Muğam üçlüyünün ifası, Sumqayıt Dövlət Dram Teatrı aktyorlarının təqdimatında səslənən şeirlər rəğbətlə qarşılanıb.

 

Sonda şair Sabir Sarvan çıxış edərək gecənin təşkilatçılarına, şəhər rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, şeirlərini oxuyub.

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.13.