Keçəl müğənni qadın

 

İKİNCİ ŞƏKİL

 

Cənab Smit, xanım SmitMeri.

 

MERİ (içəri girərək). Sizin qonaqlarınız, cənab Marten və xanımı qapının dalında dayanıblar. Məni  gözləyirlər. Özbaşına içəri girməyə ürək eləmirdilər. Siz onları bu gün şam yeməyinə dəvət etmisiz.

 

X-M SMİT. Hə. Biz onları gözləyirdik, ancaq acmışdıq. Gəlib çıxmadılar, biz də onlarsız şam etdik. Bütün günü bir şey yeməmişdik.

 

Meri gülür; sonra ağlayır; sonra gülümsəyir.

 

MERİ. Mən özümə gecə qarşoğu almışam.

 

X-M SMİT. Əziz Meri, zəhmət olmasa, qapını açın, cənab Marteni də, xanım Marteni də içəri buraxın. Biz isə gedib paltarımızı dəyişək.

 

Cənab Smit və xanım Smit sağ tərəfə gedirlər. Meri sol tərəfdə qapını açır. Cənab Marten və xanım Marten içəri daxil olurlar.

 

ÜÇÜNCÜ ŞƏKİL

 

MeriMarten cütlüyü.

 

MERİ. Niyə belə gec gəlmisiz? Yaxşı deyil. Vaxtında gəlmək lazımdı. Bildiz?.. Yaxşı də... Oturun və gözləyin.

 

DÖRDÜNCÜ ŞƏKİL

 

Cənab Marten və xanım Marten üzbəüz oturub susaraq, bir-birlərinə baxa-baxa gülümsəyirlər.

 

Dialoqları cansıxıcı və yeknəsəqdir, heç bir hiss-həyəcan ifadə etmir.

 

C-B MARTEN. Bağışlayın, madam, əgər səhv etmirəmsə, mən sizinlə hardasa rastlaşmışam.

 

X-M MARTEN. Mənə də elə gəlir ki, müsyö, hardasa sizinlə rastlaşmışam.

 

C-B MARTEN. Bəlkə biz Mançesterdə görüşmüşük, madam?

 

X-M MARTEN. Çox ola bilər. Mən özüm Mançesterdənəm. Ancaq müsyö, yadıma sala bilmirəm ki, biz orda görüşmüşük, yoxsa yox?

 

C-B MARTEN. Aman Allah, necə maraqlıdı! Madam, mən Mançesterdənəm.

 

X-M MARTEN. Maraqlıdır!

 

C-B MARTEN. Maraqlıdır! Ancaq madam, mən beş həftəyə yaxındır ki, Mançesterdən çıxmışam.

 

X-M MARTEN. Çox  maraqlıdır! Qəribə təsadüfdür ki, müsyö, mən beş həftəyə yaxındır ki, Mançesterdən çıxmışam.

 

C-B MARTEN. Mən səhər saat doqquzun yarısında çıxdım, Londona isə, madam, qatar beşə on beş dəqiqə qalmış çatır.

 

X-M MARTEN. Çox maraqlıdır. Çox qəribədir! Təsadüfə bir bax! Mən həmin qatarla gəlmişəm, müsyö.

 

C-B MARTEN. Aman Allah, necə maraqlıdır. Bəlkə mən sizi qatarda görmüşəm, madam?

 

X-M MARTEN. Çox mümkündür, istisna etmək olmaz, çox ola bilər. Niyə yox? Ancaq mən bunu xatırlamıram, müsyö.

 

C-B MARTEN. Madam, mən ikinci klasdaydım. Düzdü, İngiltərədə ikinci klas yoxdu, ancaq mən həmişə ikinci klasda gedirəm.

 

X-M MARTEN. Necə qəribədir, necə maraqlıdır, necə bir təsadüfdür. Axı mən ikinci klasda gəlirdim, müsyö.

 

C-B MARTEN. Necə maraqlıdır! Əziz madam, bəlkə biz sizinlə ikinci klasın kupesində görüşmüşük!?

 

X-M MARTEN. Ola bilər. Ancaq mən bunu xatırlamıram, əziz müsyö.

 

C-B MARTEN. Mən səkkiz nömrəli vaqonun altıncı kupesində gəlirdim, madam.

 

X-M MARTEN. Maraqlıdı, əziz müsyö. Mən səkkizinci vaqonun altıncı kupesində gəlirdim.

 

C-B MARTEN. Necə maraqlıdı, necə bir təsadüf! Əziz madam, bəlkə biz elə altıncı kupedə görüşmüşük?

 

X-M MARTEN. Ola bilər. Ancaq mən bunu xatırlamıram, əziz müsyö.

 

C-B MARTEN. Düzünə qalsa, madam, mən bunu xatırlamıram. Ancaq çox ola bilər ki, biz elə orda da görüşmüşük. Dərindən fikirləşsək, bu mümkün bir işdi.

 

X-M MARTEN. Tamam doğrudu, müsyö, əlbəttə!

 

C-B MARTEN. Necə maraqlıdı... Mən pəncərənin yanında, üçüncü yerdə oturmuşdum, əziz madam.

 

X-M MARTEN. Aman Allah, necə maraqlıdı, həm qəribədi. Axı mən pəncərənin yanında, elə üçüncü yerlə üzbəüz altıncı yerdə oturmuşdum, müsyö.

 

C-B MARTEN. Aman Allah, necə maraqlıdı, necə bir təsadüf! Axı, biz üzbəüz oturmuşduq, əziz madam. Belə çıxır ki, elə ordada da görüşmüşük.

 

X-M MARTEN. Maraqlıdır! Bütün bunlar ola bilər, ancaq mən, müsyö, heç xatırlamıram.

 

C-B MARTEN. Doğrusunu deyim ki, madam, mən heç nəyi xatırlamıram. Ancaq hər halda, madam, ola bilər ki, biz elə orda da görüşmüşük.

 

X-M MARTEN. Bəli, ola bilər. Ancaq müsyö, mən buna tam əmin deyiləm.

 

C-B MARTEN. Madam, axı siz deyəsən məndən xahiş etdiniz ki, çamadanınızı yuxarı rəfə qaldırım - həmin xanım deyildiz? Sonra da mənə təşəkkür etdiniz, tənbəki çəkməyə icazə verdiniz...

 

X-M MARTEN. Əlbəttə, o, mən idim, müsyö... Bu necə maraqlıdı, necə qəribə bir təsadüf!

 

C-B MARTEN. Bu necə maraqlıdı, necə qəribədi, necə bir təsadüf! Deməli, madam, belə çıxır ki, biz elə onda da tanış olmuşuq?

 

X-M MARTEN. Necə maraqlıdı, necə bir təsadüf! Çox mümkündü ki, elədir, əziz müsyö. Ancaq mən, nəsə, bunu xatırlamıram.

 

C-B MARTEN. Mən , madam, xatırlamıram.

 

Sükut.

 

Saat iki dəfə zəng çalır, sonra daha bir dəfə.

 

Londonda mən Bromfleddə yerləşdim, madam.

 

X-M MARTEN. Necə maraqlıdı, necə qəribədi. Mən Londonda Bromfled küçəsində yerləşdim, müsyö.

 

C-B MARTEN. Maraqlıdı... Onda bəlkə... bəlkə biz Bromfled küçəsində görüşmüşük, madam?

 

X-M MARTEN. Maraqlıdı, qəribədi. Hər şey ola bilər. Ancaq mən heç nəyi xatırlamıram, müsyö.

 

C-B MARTEN. Mən on doqquz nömrəli binada yaşayıram, əziz madam.

 

X-M MARTEN. Maraqlıdı, axı mən , əziz müsyö, on doqquz nömrəli binada yaşayıram.

 

C-B MARTEN. Belə, deməli... Belə... Deməli, biz həmin binada görüşmüşük, madam.

 

X-M MARTEN. Ola bilər, ancaq mən xatırlamıram, əziz müsyö.

 

C-B MARTEN. Mən, əziz madam, altıncı mərtəbədə, səkkizinci mənzildə yaşayıram.

 

X-M MARTEN. Maraqlıdır! Aman Allah, necə qəribədi! Bu, necə bir təsadüfdür, əziz müsyö? Mən altıncı mərtəbədə, səkkizinci mənzildə yaşayıram.

 

C-B MARTEN (fikirli). Necə maraqlıdı, necə maraqlıdı, necə maraqlıdı. Necə bir təsadüf! Bilirsiz, mənim yataq otağımda çarpayı var. Onun üstünə yaşıl örtük örtülüb. Yataq otağı da, çarpayı da, örtük dəhlizin axırında, tualet ilə kitabxananın arasında yerləşir.

 

X-M MARTEN. Aman Allah, necə bir təsadüf! Mənim yataq otağımdakı çarpayım yaşıl örtüklə örtülüb. Mənim yataq otağım dəhlizin axırında, tualetlə kitabxananın arasında yerləşir.

 

C-B MARTEN. Necə qəribədi, maraqlıdı, qeyri-adidir! Beləliklə , madam, biz sizinlə eyni yataq oağında, eyni çarpayıda yatırıq. Çox güman ki, biz elə orda da görüşmüşük!

 

X-M MARTEN. Necə maraqlıdı, necə bir təsadüf! Ola bilər ki, biz elə orda görüşmüşük. Hətta ola bilər ki, orda dünən gecə görüşmüşük. Ancaq mən bunu xatırlamıram, əziz müsyö.

 

C-B MARTEN. Mənim qızım var, madam, mənimlə birlikdə olur. İki yaşı var, sarışın bir qızdı, bir gözü , o biri qırmızıdı. O, çox gözəldi. Adı da Alisadır, əziz madam.

 

X-M MARTEN. Necə qəribə bir təsadüfdür. Mənim qızım var. İki yaşındadı. Onun da bir gözü , o biri qırmızıdı. Özü çox gözəldi, onun da adı Alisadı, əziz müsyö.

 

C-B MARTEN (elə həmin monoton adamın canını sıxan səslə). Maraqlıdı, gör, necə bir təsadüfdü. Çox qəribədi. Bəlkə, madam, Alis elə bizim ikimizin övladıdı?

 

X-M MARTEN. Necə maraqlıdı, əziz müsyö. Axı, hər şey mümkündü.

 

Xeyli uzun sürən bir pauza...

 

Saat iyirmi üç dəfə zəng çalır.

 

Cənab Marten bir xeyli fikirləşəndən sonra, yavaş-yavaş ayağa qalxır və eləcə yavaş-yavaş da xanım Martenə yaxınlaşır.

 

Xanım Marten cənab Martenin həmin anlardakı təmtəraqlı görkəminə təəccüb ediro da yavaş-yavaş ayağa qalxır.

 

Cənab Martenin səsi yenə də eləcə monoton və cansıxıcıdır.

 

C-B MARTEN. Beləliklə də, əziz madam, heç bir şübhə yoxdur ki, biz görüşmüşüksiz mənim qanuni həyat yoldaşımsınız... Elizabet, sən yenidən mənim oldun!

 

Xanım Martenyavaşca cənab Martenə yaxınlaşır. Onlar həvəssiz qucaqlaşırlar. Saat bir dəfə bərkdən zəng çalır. Zəngin səsi elə cingildəyir ki, tamaşaçılar da diksinir. Marten cütlüyü isə heçeşitmir.

 

X-M MARTEN. Donald, deməli, bu sənsən, əzizim!

 

İkisi bir kresloda oturub, qucaqlaşaraq, yatırlar.

 

Saat xeyli zəng çalır.

 

Yatanlar oyanmasın deyə, barmağını dodağına tutaraq, ayaqlarının ucunda addımlayan Meri gəlir. Yavaş-yavaş onların yanından keçərək tamaşaçılara müraciət edir.

 

BEŞİNCİ ŞƏKİL

 

Meri yatan cütlük.

 

MERİ. Elizabet ilə Donald indi elə bir xoşbəxtlik içindədi ki, mənim sözlərimi eşitməyəcəklər. Mən sizə bu sirri aça bilərəm. Elizabet - əslində heç Elizabet deyil, Donald da - Donald deyil. Sübut üçün sizə deyim ki, Donaldın dediyi uşaq Elizabetin qızı deyil, tamam başqa bir uşaqdır. Düzdü, Donaldın qızının da , Elizabetin qızının da bir gözü , o biri qırmızıdı. Donaldın qızının sağ gözü ağdır, sol gözü isə qırmızı. Halbuki Elizabetin qızının sağ gözü qırmızı, sol gözü ağdır. Beləliklə , Donaldın gətirdiyi dəlillər sistemi mənim sübutumun qarşısında dağılıb yox olur, nəzəriyyəsi tamam iflasa uğrayır. Bu qeyri-adi təsadüflər zahirən, elə bil, hər şeyi sübut edir. Əslində isə Donald Elizabet eyni uşağın valideynləri deyil. Buna görə onlar həqiqi Donald Elizabet deyillər. Donald nahaq yerə elə fikirləşir ki, Donalddır. Elizabet nahaq elə bilir ki, Elizabetdir. Onlar amansız bir səhv edirlər. Bəs, həqiqi Donald kimdir, həqiqi Elizabet kim? Kimə lazımdır  ki, onlar beləcə yanılmaqda davam etsinlər? Bilmirəm... Nəsə öyrənmək üçün əziyyət çəkmək fikrində deyiləm. Qoy, elə hər şey olduğu kimi qalsın.

 

Meri qapıya doğru bir neçə addım atır, ancaq yenə geri qayıdır yenə tamaşaçılara müraciətlə danışır.

 

Mənim isə adım - Şerlok Holmsdır! (Gedir.)

 

Ejen İONESKO

Tərcümə edən: ELÇİN

 

525-ci qəzet.- 2016.- 24 dekabr.- S.17.